İbtidai icma quruluşundan gələn adam – İNANILMAZ YAŞAM TƏRZİ – VİDEO

Daş dövründən “qalan” bu oğlan vəhşi təbiətdə sağ qala bilmək üçün min bir əziyyətə qatlaşır. Publika.az sizə, Şimali Avstraliya meşələrində gənc blogerin milyonlarla insanın marağına səbəb olan görüntülərini təqdim edir. 2015-ci ilin may ayında Yutub sosial şəbəkəsində “Primitive Technology” kanalı adsız müəllifə məxsus bir video paylaşıb. Videoda oğlanın vəhşi təbiətdən faydalanaraq hazırladığı alətlər, palçıq və […]

Bakıda yeni fırıldaqçı peyda olub – Diqqət + Video

Bakıda yeni fırıldaqçılıq metodundan istifadə olunub. Sosial şəbəkələrdə paylaşılan oğurluq videosunda bir kişi mağazaya daxil olaraq qonşu mağazada işlədiyini və 100 manatlığa 2 ədəd 50 manatlığın olub-olmamasını soruşur.  “Qafqazinfo” xəbər verir ki, fırıldaqçının qurbanı olan xanım bu haqda yazıb: “Bu videonu hər yerdə paylaşın, bu oğrunu hamı tanısın. Bu adam bu gün mənim mağazama girib […]

Obamanın qızı sevgilisi ilə – Foto

ABŞ-ın eks-prezidenti Barak Obamanın qızı Maliya Nyu-Yorkda sevgilisi ilə yaxalanıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Nyu-Yorka köçən və orada yaşayan 18 yaşlı Obamanın naməlum şəxslə yaxın və səmimi görüntüləri onların sevgili olmaları ilə bağlı iddiaların yaranmasına səbəb olub. Qeyd edək ki, “Girls” serialının çəkiliş meydançasında təcrübə keçən Maliya Obamanın bu […]

“Azəriqaz”da yoxlama aparıldı .Nöqsanlara yol vermiş vəzifəli şəxslər cəzalanacaq

Hesablama Palatasının Kollegiya iclasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri haqqında hesabat təsdiq olunub. Cumhuriyyet.az  APA-ya istinadən xəbər verir ki, müəyyən edilib ki, 2009-2013-cü və 2014-2018-ci illər üzrə Dövlət Proqramlarına əsasən ölkənin qazla təmin edilməyən məntəqələrinin qazla təchiz edilməsi, rayon və şəhərlərin qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam […]

Şürrle bu qıza görə Azərbaycana 2 qol vurub – Fotolar

Xorvatiya mətbuatı Andre Şürrlenin DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı yaxşı oyun göstərməsinin maraqlı səbəbini ortaya çıxarıb. “Qafqazinfo” xəbər verir ki, həmkarlarımızın fikrincə, almanların 4:1 hesabı ilə qalib gəldikləri matçda yarımmüdafiəçi yığmamıza 2 qolu yeni sevgilisinə görə vurub. Anna Şaripova adlı xanım məhz Şürrlenin qollarının səbəbkarıdır.

Nərimanov rayonunda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

31 mart 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib. Öncə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə […]

73 yaşlı erməni anasının məzarını ziyarət etmək üçün Bakıya gəldi və…

Hazırda Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib. Azvision.az xəbər verir ki, 73 yaşlı Sarkisov buna görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib. “Sonuncu dəfə mən anamın məzarını 1984-cü ildə ziyarət etmişim. Növbəti dəfə ziyarət etmək istəyəndə erməni soyadına görə mənə icazə vermədilər. İki ay əvvəl səfir Polad Bülbüloğluna […]

Əliyevdən Sərkisyana mesaj: “Danışığına fikir versin və bizim səbrimizlə oynamasın”

“Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi» Bunu prezident İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə bağlı bir qrup hərbçi ilə görüşündə deyib. AzərTAC-ın məlumatına görə prezident çıxışında bildirib: “İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi […]

İsmayıllıda 31 mart-Azərbaycanlıların soyqırımı günü qeyd olundu

İki mindən çox İsmayıllı sakini, çoxsaylı məktəblilər 31 mart-Azərbaycanlıların soyqırımı gününü qeyd etmək üçün “Ana harayı”-“Soyqırımı” abidəsini ziyarətə gəlmişdir. Rayon İcra Hakimiyyətinin rəhbərliyi abidənin önünə gül dəstələri qoydu. Sonra tədbir başlandı. Dövlət qulluğu veteranı Valeh Salehov  hüznlü mitinqi açaraq tarixi düşmənlərimiz olan ermənilərin iki əsr müddətində xalqımızı məruz qoyduğu soyqırım hadisələrindən, qətliamlarından, işğalçılıq siyasətindən, bütün […]

Bakıda FACİƏ: külək qızı 7-ci qatdan yerə atdı

Bakıda güclü külək faciəyə səbəb olub. Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada baş verib. E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva rəfiqəsi ilə danışmaq üçün eyvana çıxıb. Saçları uzun olduğundan külək onu havaya sovurub və qəfildən qızı eyvandan çölə atıb. N.Quliyeva məhəccərdən tutub […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031