Azərbaycanla Ukrayna arasında birgə istehsal üçün 5 prioritet sahə açıqlandı

Ukrayna və Azərbaycan kimya sənayesi, əczaçılıq, gəmi, təyyarə və maşınqayırma sahələrində birgə istehsal əlaqələrini inkişaf etdirməlidir Bunu Trend-ə müsahibəsində Ukraynanın iqtisadi inkişaf və ticarət naziri, baş nazirin müavini Stepan Kubiv deyib. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Ukrayna üçün mühüm strateji tərəfdaşdır. S.Kubiv bildirib: “Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi çox münasibdir, belə ki, Ukrayna […]

Novruz şənliyində partlayış törədilib, ölən və yaralananlar var

Suriyanın şimal-şərqində Qamışlı şəhəri yaxınlığında Novruz şənliyi zamanı minalanmış motosiklet partladılıb APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, onların sayı barədə dəqiq məlumat yoxdur. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Cumhuriyyet.az 

Türkiyədə əsgərləri ildırım vurdu

Türkiyədə Hakkari əyalətinin Çuxur bölgəsində əsgərləri ildırım vurub. APA-nın verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralananlar Hakkari mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Ağdamda 62 yaşlı qadın özünü öldürmək istədi

Ağdamda 62 yaşlı qadın intihara cəhd edib. APA-nın xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Kənd sakini Pənahova Zərqələm Ərşad qızı yaşadığı evdə zəhər içərək intihara cəhd edib. Z. Pənahovanı evə gələn qohumlar huşsuz vəziyyətdə tapıblar. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadınını vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Əsgər atası: “Bilmədik, erməni öldürdü, yoxsa özümüzünkü”

«Dedilər, çox dirəşməyin, «qəsdən öldürülüb» yazılsa, uşağa şəhid statusu verilməyəcək. Dedim, erməni vursaydı, torpağa görə ölsəydi, qanını halal edərdim, əsgər yoldaşı vurubsa, bir qətrə qanından da keçmərəm». Qubanın Zizik kəndinin sakini Elçin Fərzəliyev bu ilin fevralında dəfn etdiyi əsgər oğlundan Azadlıq Radiosuna danışıb. Onun sözlərinə görə, əvvəl «atəşkəs pozulması nəticəsində həlak olmuş əsgər» kimi təmtəraqla […]

Çin haqqında ağlagəlməz FAKTLAR: 1 dollar, bakirə qızlar, məst edən qadınlar və… – FOTOLAR

Çin dünyada əhalisinin sayına görə birinci ölkədir, həm də bu ölkə saxta mal istehsalında liderlik edir. Lakin Çinlə haqqında olan maraqlı məlumatlar bununla yetərli deyil. Publika.az  xarici mətbuata istinadən Çinlə bağlı indiyədək bilmədiyiniz məlumatları təqdim edir. Çin ordusundakı əsgərlərin başlarını daim dik tutmaq üçün mundirlərində boğazlarının altına iynə yerləşdirilir. Çin polisinin yürüş zamanı qollarını nə […]

Niderlanddan Türkiyəyə qarşı ŞOK ADDIM – FOTO

PKK terror qruplaşmasının tərəfdarları Niderlanda razılaşdırılmış aksiya keçiriblər. “Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib. Xəbərdə bildirilir ki, aksiya Haaqada baş tutub. Aksiya iştirakçıları əllərində PKK terrorçularının rəhbəri Abdulla Öcalanın portretlərini və terrorçuların simvolları olan bayraqları tutublar. İki yüzədək adamın iştirak etdiyi tədbirin təşkilatçıları aksiyanı Novruz bayramına aid etməklə aksiyanın əsl səbəblərini ört-basdır […]

Dünyanı silkələyən Rokfellerin Xruşşov, Qorbaçov və Fidel Kastro ilə GİZLİ GÖRÜŞÜNÜN SİRRİ

Qüdrətli Rokfeller sülaləsinin yaradıcısı Con Rokfeller haqqında belə bir rəvayət dolaşır. Deyilənə görə o, hələ yeniyetmə yaşında hər kəsə deyirmiş ki, yüz yaşında vəfat edəcək və dünyanı idarə edəcək qədər milyonlara sahib olacaq. Yeniyetmə Rokfellerin “peyğəmbərliyi” qismən doğru çıxdı – milyonlarla ölçülən sərvətə sahib oldu və 97 yaşında dünyasını dəyişdi. Onun özündən heç də az […]

Deputat: ‘Kredit gənclərə 5 faizlə verilməlidir’

«Kimin nə deməsindən asılı olmayaraq, ölkədə qiymətlərin ən azı 15 faiz bahalaşması faktdır. Buna uyğun olaraq da təqaüd və maaşların artırılmasının vacibliyini hələ keçən il büdcə icmalının müzakirəsi zamanı parlamentdə də bildirmişəm». Bunu AzadlıqRadiosuna qısa müsahibəsində deputat Fərəc Quliyev bildirib. Deputat deyir ki, iqtisadiyyat neft asılılığından xilas olmayıb, ölkədə sahibkarlığa normal münasibət, hələ ki, tam […]

Ter-Petrosyandan QARABAĞ SÖZLƏRİ: “Azərbaycan və Ermənistan demək olar ki, razılığa gəlib”

“Kim deyir ki, Qarabağ məsələsi həll olunmur? Birbaşa danışıqlar elə onun üçündür ki, tərəflər onları özləri üçün daha sərfəli etməyə çalışırlar – Ermənistan bunun üçün mübarizə aparır, Azərbaycan da, təbii ki, mübarizə aparır. Lakin əvvəlcə fikir ayrılıqları xeyli çox idi, indi isə onların sayı bir-iki məsələ ilə məhdudlaşır”, – bunu İctimai televiziyanın efirindəki “Orakargits durs” […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031