Azərbaycan Almaniyaya uduzdu

Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018 çərçivəsində Azərbaycan və Almaniya yığmaları arasında keçirilən oyunda Almanya yığması qalib gəldi. Hesabı görüşün 19-cu dəqiqəsində Almaniya millisinin üzvü Andre Şürrle açdı – 0:1. 31-ci dəqiqədə Azərbaycan millisinin üzvü Dmitri Nazarov hesabı bərabərləşdirdi – 1:1.Xatırladaq ki, bu, son 7 oyun ərzində Almaniya yığmasının buraxdığı ilk qoldur. Matçın 36-cı dəqiqəsində […]

Rusiyada kütləvi aksiyalar başladı – CANLI YAYIM

Martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb. Müxalifət fəalı Aleksandr Navalny Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb. Polis onu Tver küçəsində saxlayıb. Bu haqda Korrupsiya Əleyhinə Mübarizə Fondunun direktoru Roman Rubanov məlumat verib. Moskvada polis icazəsiz aksiyanın […]

Həbs edilmiş dövlət başçıları – kim, nə üçün? – FOTOLAR

Hakimiyyət sükanını ələ keçirmək o qədər də asan məsələ deyil. Dünyanın ayrı-ayrı dövlət başçılarının, diktatorlarının hakimiyyətə gedən yolları bəzən həbsxanalardan keçib. Onlar uzun müddət azadlıqdan məhrum ediliblər. Dünyanın həbsxana həyatı yaşamış dövlət başçılarının adlarını təqdim edir: SSRİ-nin qurucularından olmuş Vladimir İliç Lenin bolşevikləri, ayrı-ayrı vətəndaşları Rusiyadakı dövlət quruluşunun dəyişilməsinə çağırış etdiyinə görə 1895-ci ilin dekabrında […]

Şimali Koreya ABŞ və Cənubi Koreyanı qabaqlayıcı zərbə ilə hədələdi

Şimali Koreya ABŞ və Cənubi Koreya hərbi birləşmələrinin hazırda birgə həyata keçirdiyi “Foal Eagle” və “Key Resolve” hərbi təlimlərini qabaqlayıcı zərbə endirməklə hədələyib. Bu barədə Şimali Koreya Xalq Ordusunun Baş Qərargahı məlumat yayıb. Baş Qərargah istənilən vaxt və xəbərdarlıq edilmədən Şimali Koreya xalqına qarşı xüsusi əməliyyat hazırlığına cəlb edilən ABŞ və Cənubi Koreya hərbi hissələrinə […]

Sabah 21 dərəcə isti olacaq

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cumhuriyyetaz  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun yarımadada gecə 5-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 18° isti, […]

Danimarka İsmayıllıda hind quşu fabriki tikəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 26-da Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinqin etimadnaməsini qəbul edib. Sonra səfirlə söhbət edən dövlətimizin başçısı Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruriliyini vurğulayıb. Hazırda ölkələrimiz arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın […]

Tibb dünyası şokda: Cavanlıq iksirinin tapıldığı iddia olunur

Niderlandda siçanlar üzərində aparılmış sınaq dünya alimlərinin marağına səbəb olub. Axar.az xəbər verir ki, Niderlandın Erazmus Universitetində siçanlar üzərində aparılan sınaq nəticəsində onların bəzi orqanlarının fəaliyyətini əvvəlki vəziyyətinə gətirmək mümkün olub. Yəni inkişafdan qalmış bir siçana bu preparat verildikdən sonra bədənində yenidən tüklər çıxmağa başlayıb, qaraciyər və böyrəklərinin funksiyası qüvvətlənib. Hazırda araşdırmanı həyata keçirən qrup […]

Azərbaycan Almaniyaya qarşı

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşacaq. Maraqla gözlənilən oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Azərbaycan seçməsinin start heyəti bəlli olub. Qapıçı: Kamran Ağayev Müdafiəçilər: Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev Yarımmüdafiəçilər: Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, […]

Şəmkirdə 27 yaşlı qız sirkə turşusu içib

Şəmkir rayon sakini sirkə turşusundan zəhərlənib. Rayonun Qaracəmirli kənd sakini, 1990-cı il təvəllüdlü Əliyeva Turanə Fərmail qızı sirkə turşu zəhərlənməsi əlaməti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Yaxınlarının dediyinə görə, T.Əliyeva səhvən sirkə turşusunu içərək zəhərlənib. (APA)

Azərbaycan nefti ilə dolu supertanker Şri-Lanka sahillərində “ilişdi”

Çinlə Myanma arasında anlaşmanın əldə olunmaması ucbatından Azərbaycan neftini daşıyan supertanker Şri-Lanka sahillərində ilişib qalıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” bildirir. Xəbərə görə Myanmadan Çinə uzanan neft kəmərinin çoxdan gözlənilən açılışının növbəti dəfə təxirə salınması nəticəsində Azərbaycan nefti ilə dolu tanker Şri-Lanka sahillərində, açıq dənizdə gözləməkdədir. Belə ki, kəmərlə neft ixracına dair lisenziyanın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031