Ağ Ev yaxınlığında şübhəli qutu tapıldı –Kəşfiyyat araşdırmaya başladı

ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında şübhəli qutu aşkar edilib. Təhlükəsizlik səbəbindən Ağ Evə giriş-çıxış qadağan edilib. Kəşfiyyat məsələ ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, şübhəli qutu Şimal bağı adlanan ərazidə tapılıb(Axar.az).

Qarabağla bağlı 3 maddəlik plan… –Politoloq detalları açdı

Elxan ŞAHİNOĞLU, “Atlas” Araşdırmalar Mərkəzi ATƏT-in Minsk Qrupu həmsədrləri martın 27-də İrəvanda rəsmi görüşlər keçirdilər. Onlar əvvəlcə xarici işlər naziri Edvard Nalbandyan, daha sonra isə prezident Serj Sərkisyanla görüşdülər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırdılar. Həmsədrlərin qısa zaman kəsiyində Bakıya və İrəvana səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail […]

Rusiya-Türkiyə münasibətlərində “S-400” gedişi:Türkiyənin NATO-dan uzaqlaşdırılması hər an gündəmə gətirilə bilər – TƏHLİL

Fehim Taştekin “Al-Monitor” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da dövlət başçısı Vladimir Putinlə Moskvada görüşəndən sonra bildirildi ki, Türkiyə Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sisteminin alınması üçün danışıqlar aparır. “Rostex” dövlət şirkətinin direktoru Sergey Çemezov martın 14-də bəyan etdi ki, Türkiyə sistemi üçün kredit xahiş edib, lakin sövdələşmə hələ yekunlaşmayıb. Çemezov deyib: […]

Jurnalistin məlumat yaymasına mane olmanın cəzası ağırlaşdırılacaq –Yeni qanun Milli Məclisdə

Azərbaycanda jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır. Hazırda Cinayət Məcəlləsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə […]

“Mən kommersiya sirrini yox, korrupsiya faktını yaymışam”

“Mən kommersiya sirrini yox, korrupsiya faktını yaymışam”. Bu sözləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəisi Taleh Ziyadovun hədəfinə gələn Anaxeber.az saytının baş redaktoru Azər Talıbov deyib. Məlumat üçün deyək ki, artıq bir müddətdir Taleh Ziyadov Azər Talıbovun həbsinə çalışır. Səbəb baş redaktorun Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən maliyyə əməliyyatları barədə sensasion materiallar dərc […]

Qarabağda daha bir erməni əsgəri öldü

Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan torpaqlarında daha bir hərbi qulluqçusunu itirib. Virtualaz.org erməni KİV-ə istinadən xəbər verir ki, martın 28-də saat 13:00-da Qarabağın şərq istiqamətində yerləşən hərbi hissələrin birinin döyüş postunda 1997-ci il təvəllüdlü Ardak Edik Rafaelyanın meyiti tapılıb. Hazırda fakt araşdırılır.

Bakıda universitet müəllimlərinin binasındakı yanğın söndürüldü

Bakının Yeni Yasamal yaşayış massivində BDU-nun müəllimləri üçün tikilən çoxmərtəbəli binada baş verən yanğın söndürülüb. Hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağdadır

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) Dağlıq Qarabağa səfər ediblər. Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, onlar separatçı rejiminin rəhbərliyi ilə görüşüblər. Görüşdə Azərbaycan-Ermənistan münaqişəsinin nizama salınması və son tendensiyalarla bağlı məsələlər müzakirə edilib.

Lənkəranda ŞOK CİNAYƏT: qadın müəllimi öldürdülər – TƏFƏRRRÜAT (YENİLƏNDİ)

Səpnəkəran kənd sakini Maygül Əliyevanın öldürülməsinin təfərrüatı məlum olub. Kənd sakinlərinin publika.az -a verdiyi məlumata görə M.Əliyeva həyat yoldaşı tərəfindən öldürülüb: “Onun bir qızı, bir oğlu var. Qızı ailə qurub, oğlu “texnikum”da oxuyur. Hadisəni də ilk dəfə oğlu görüb. Günorta məktəbdən gələndə anasını qanlar içərisində görüb. Atası balta ilə başını kəsib”. Sakinlər hadisənin qısqanclıq zəminində törədildiyini […]

SON DƏQİQƏ: Bakıda çoxmərtəbəli yaşayış binası YANIR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub. Cumhuriyyet.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031