Azərbaycan uğrunda həlak olmuş 29 xüsusi təyinatlı

Bu gün, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələri Xüsusi Təyinatlılar Komandanlığının və xüsusi təyinatlıların ailə üzvlərinin iştirakı ilə keçənilki aprel müharibəsi zamanı bu dəstədən qəhrəmancasına həlak olmuş döyüşçülərin anım mərasimi keçirilib. Xatırladaq ki, Xüsusi Təyinatlılar Dəstəsinin komandiri şanlı general Hikmət Mirzəyevdir. Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzərək, xatirəsini hörmətlə yad ediblər. Sonra […]

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanov haqqında film çəkilib. Cumhuriyyet.az  bildirir ki, filmin təqdimatı bu gün saat 11:00-da Çingizin məzunu olduğu Texniki Universitetdə baş tutub. “ARB Media Qrup” tərəfindən lentə alınan “Çin olan yuxu” adlı ekran işində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Filmin çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil […]

Ağdaşda 76 yaşlı kişi özünü asdı

Ağdaş rayonunda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb. Kənd sakini, 1941-ci il təvəllüdlü Hacıyev Vaqif Mirzə oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib. Evdə tənha yaşayan Vaqif Hacıyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən […]

“Texnikabank”ın rəhbəri iri əmanətçilərin siyahısını Eldar Mahmudova ötürübmü…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin şöbəsi rəisi, polkovnik Vüsal Ələkbərovun işi üzrə məhkəmə prosesində qalmaqallar yaranıb. Virtualaz.org-a məlum olub ki, MTN müstəntiqi məhkəmədə etiraz olaraq hakimə arxasını çevirib, daha sonra zərərçəkənlər iş üzrə şahid qismində ifadə verən keçmiş bankir, “Texnikabank”ın (ləğv olunub) rəhbəri olmuş Etibar Əliyevi Eldar Mahmudovla əlbir olmaqda günahlandırıblar. Xatırladaq […]

“VOSMOY”da “AĞA” NÖKƏRLƏRƏ DİVAN TUTUR… – Generalın “mafiyası” iş başındadır

Bakının “Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki meyvə-tərəvəz bazarında yük arabalarının icarə haqqının birdən birə 4 manatdan 10 manata qaldırılmasına etiraz edən arabaçılar 15 günə yaxındır bazara buraxılmırlar. Bu günlərdə arabaçılar Nizami Rayon İcra Hakimiyyətinə növbəti dəfə müraciət ediblər. Lakin bu dəfə də onların müraciətlərinə cavab verən olmayıb. Bu barədə virtualaz.org saytına narazı […]

“Əri onu evdə əsir kimi saxlayırdı, zülm edirdi… ” – İntihar edən məmur arvadı ilə bağlı ŞOK

Xəbər verdiyimiz kimi, martın 30-da Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı Natavan Allahverdiyeva yaşadığı evin tualetində özünü asaraq həyatına son qoyub. BiG.AZ olaraq 3 uşaq anası olan Nohurqışlaq kənd sakini Natavanın intiharının təfərrüatları ilə bağlı məlumatlar əldə etmişik. Mərhumun adının çəkilməsini istəməyən yaxın qohumu məmur xanımının ölümü ilə bağlı bəzi sirlərin […]

Vəzifəli polislər işdən niyə çıxarıldı? – Açıqlama

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub. Report-un məlumatına görə, onunla bərabər kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb. Bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək […]

Daş karxanasında BƏDBƏXT HADİSƏ: Fəhlənin ayağı kəsildi

Qazax rayonunda fəhlə ehtiyatsızlıqdan laqondayla ayağını kəsib. cumhuriyyet.az  xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü, Əfəndiyev Turxan Maksim oğlu daş karxanasında işləyən zaman ehtiyatsız davranaraq laqondayla sağ ayaq baldırının ön səthini kəsib. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınıb və lazımi tibbi yardım göstərilib. […]

“Mavi”lərə qarşı REYD – Saxlanılanlar arasında din xadimləri, iki məşhur aparıcı da var

Çeçenistanda homoseksuallıqda şübhəli bilinən yüzdən çox kişi saxlanılıb. Cumhuriyyet.az  oxu.az-a istinadən xəbər verir ki, məlumatı LGTB fəalları və FTX və Rusiya DİN-nin respublika üzrə idarəsindəki mənbələr təsdiqləyiblər. Saxlanılanlar arasında tanınmış və nüfuzlu din xadimləri, həmçinin iki məşhur televiziya aparıcısının olduğu bildirilir. “Novaya qazeta” qeyd edir ki, saxlanılan şəxslərin sağ qalmaq şansları çox azdır, belə ki, […]

Gəncə Dövlət Universitetinin yeni korpusu istifadəyə veriləcək – VİDEO

Gəncə Dövlət Universitetinin yeni korpusu istifadə veriləcək. Savash.org-a bu haqda məlumat verən Gəncə Dövlət Universitetinin dosenti,texnika elmləri üzrə fəlsəfə doktoru Elçin Cavadovun sözlərinə görə, yeni korpusda 1500 tələbənin tədris alması üçün hər bir şərait yaradılıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2017
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930