Daha bir cüdoçumuz Avropa çempionu oldu – VİDEO

Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb. “Report”un məlumatına görə, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışıblar. Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finalda keçirdiyi ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarımfinala yüksəlib. Qasımovla […]

Hacıqabulda “Baron” həbs edildi – Video

Hacıqabulda “Baron” ləqəbi ilə tanınan narkotik alverçisi tutulub. Rayon sakini İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman kibrit qutularına yığılmış 10 qrama yaxın marixuana aşkar edilərək götürülüb. Onun evindən isə bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş […]

Bakıda daha bir avtobusda sürücü özbaşınalığı

Dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq bəzi ictimai nəqliyyatda sürücü özbaşınalığı hələ də davam etməkdədir. Növbəti ciddi problem metronun “Memar Əcəmi” stansiyası – Masazır marşrut xətti üzrə hərəkət sərnişindaşıma xidməti göstərən 525 saylı avtobusda yaşanıb. Sürücü sərnişinlə dolu avtobusu qapıları açıq vəziyyətdə idarə edir. Bir neçə sərnişinin sallaşaraq getdiyi avtobus sü insanların həyatını təhlükə altına atır. Bununla […]

İmişlidə Makedoniyalı İskəndər dövrünə aid yaşayış məskəni aşkarlanıb

Bu il aprelin 11-də AMEA Arxeologiya İnstitutuna İmişli sakini Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən rayonun Qızılkənd kəndi ərazisində gümüş sikkələrdən ibarət dəfinənin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sikkələrdən birinin təsviri M.Rüstəmov tərəfindən institutun elektron ünvanına göndərilib. Sikkənin fotosuna baxış keçirilərkən onun avers (üz) tərəfində təsvirin Makedoniyalı İskəndərə […]

Tovuzda idarə müdiri kabinetində ölü tapıldı, müavini yaralıdır – YENİLƏNDİ

Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib. “Report”un Qərb bürosunun məlumatına görə, qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Tovuz rayon şöbəsinin müdiridir. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi, hələlik məlum deyil. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. *** Tovuz rayonunda baş verən qətl hadisəsi ilə […]

Türkiyədə BİABIRÇILIQ: Futbolçular jurnalistləri döydü – VİDEO

Türkiyə çempionatının 28-ci turunda baş tutan “Rizəspor” – “Başakşəhər” matçından sonra insident yaşanıb. Cumhuriyyet.az xəbər verir ki, 3:3 bitən qarşılaşmanın ardından qonaq komandanın futbolçuları və bəzi işçiləri reportaj hazırlayan televiziya kanalının operatoruna və müxbirinə hücum çəkib. İnsident nəticəsində müxtəlif xəsarətlər alan televiziya əməkdaşları polisə şikayət edib. Həmin davanın görüntülərini təqdim edirik.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2017
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930