ZİYA MƏMMƏDOVUN ADI BEYNƏLXALQ RÜŞVƏT QALMAQALINDA – Həbs təhlükəsi

Fevralın 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin ləğvindən sonra həm Ziya Məmmədov, həm onun müavini Arif Əsgərov hakim komandadan uzaqlaşdırıldı. Nəqliyyat nazirinin digər müavini Musa Pənahov birləşdirilmiş Rabitə, İnformasiya Texnologiyaları və Nəqliyyat Nazirliyində müavin statusunu qoruduğu halda Z.Məmmədovla A.Əsgərovun sıradan bir vəzifəyə təyinat almamalarının səbəbi haqda hər gün yeni məlumatlar üzə çıxır. “Azərbaycan […]

Mingəçevirdə ağır qəza – FOTO

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib Cumhuriyyet.net-in “Report”a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Heydər Əliyev meydanında qeydə alınıb. Belə ki, “Daewoo” markalı, 10 PV 486 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes” markalı, 66 BH 105 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Nəticədə “Mercedes”dəki gənc xanım sərnişin, 1989-cu il təvəllüdlü Qəbələ rayon sakini Zirinə […]

Nərgiz Nəsrullayevaya Neft Fondunda vəzifə verildi

Nərgiz Nəsrullayeva-Müdüroğlu Dövlət Neft Fondunun (SOFAZ) İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib Cumhuriyyet.net xəbər verir ki, bu barədə SOFAZ-dan bildirilib. Nərgiz Nəsrullayeva-Müdüroğlu bu təyinata qədər Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə direktoru, “Regus Business CentreTrading Ltd” Bakı filialında Biznes Mərkəzinin meneceri, “HSBC Bank Middle East” Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində […]

Benzin vurdurarkən diqqətli olun

Bakıda yerləşən yanacaqdoldurma məntəqəsi fırıldaqçılıqda ittiham olunur Cumhuriyyet.net xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaş Elvin Quliyev iddia edib ki, paytaxtın Şövkət Məmmədova küçəsində yerləşən “X Petrol” yanacaqdoldurma məntəqəsi müştərilərini “Bonus kartı” adı ilə aldadır: “Bu gün səhər mən “zapravka”ya daxil olub, 20 manat verdim. Operator pulu alıb avtomatı avtomobilin çəninə daxil etdikdən sonra mənə […]

Türkiyədə güclü zəlzələ oldu – VİDEO

Bu gün Türkiyə ərazisində güclü zəlzələ baş verib Cumhuriyyet.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub. Kandil Rəsədxanası zəlzələnin gücünün 6,3 bal olduğunu açıqlayıb. Yeraltı təkan İstanbul, İzmir və Çanaqqalada hiss edilib. cumhuriyyet.net  

Bakıda ŞOK OLAY: Görüşə gedən şəxsi ölümcül döyüb, lüt şəkillərini çəkdilər – VİDEO

Bakıda adam oğurluğu və quldurluqla məşğul olan şəxslərin ifadələri yayılıb Cumhuriyyet.net “ARB”yə istinadən xəbər verir ki, cinayəti törədən şəxslər ilkin ifadələrində hadisənin baş verdiyi gündən danışıblar: Zərərçəkən şəxs: “Telefon vasitəsilə bir xanımla tanış oldum. Onla münasibət qurandan sonra Azərbaycana çağırdı məni. Elə oldu ki, Azərbaycana gələsi oldum. Qızla Buzovnada görüş təyin etdik. Görüş zamanı 2 nəfər […]

İlham Əliyevdən 5.3 milyonluq sərəncam

Prezidetn İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb Yüz səksən səkkiz min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon […]

Məmmədyarov: “Status-kvo”nu dəyişməyin vaxtı çatıb

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk” Cumhuriyyet.net  xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskva görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb. “Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə […]

“Microsoft” bazara yeni oyun avadanlığı çıxarıb

“Microsoft” korporasiyası E3 sərgisi çərçivəsində yeni “Xbox One X” oyun avadanlığını nümayiş etdirib Cumhuriyyet.net xəbər verir ki, bu oyun avadanlığı hazırda bazardakı ən güclü avadanlıq hesab edilir. İstehsalçı iddia edir ki, avadanlıqdakı oyunları 4K formatında 60 ps tezliyi ilə oynamaq mümkündür. Onun qrafik kartının gücü isə 6 teraflops təşkil edir. Bundan başqa, yeni oyun avadanlığı istehsalçının […]

Azərbaycanda təşkilat sədri: “Azan səsi eşitmək istəmirəm”

Cumhuriyyet.net xəbər verir ki, Azərbaycanda ictimai birliyin sədri hər kəsi təəccübləndirən fikirlər səsləndirib “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva öz “Facebook” hesabında azanla bağlı fikirlərini bölüşüb. Onun fikirləri birmənalı qarşılanmayıb.Bu statusu paylaşan bəzi şəxslər onu tənqid ediblər. cumhuriyyet.net

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2017
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930