İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən edəcək Cumhuriyyet.net-in APA-ya istinadən xəbərinə görə, bu, “Məktəbəqədər təhsil haqqında” 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqi barədə Azərbaycan prezidentinin imzaladığı fərmanda öz əksini tapıb. Qanunla Nazirlər Kabineti tərəfindən sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları, […]

DİN veteranlar şurasının sədri: “Azərbaycanın dövlət müstəqilliyini qoruya bilən gəncliyi var”

“Ölkəmizin bütün bölgələrində polis veteranlarının cinayətkarlıqla mübarizədə, asayişin, əmin-amanlığın qorunmasında, eləcə də gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında fəaliyyətlərinin güclənməsinin şahidi oluruq.  DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov bu yaxınlarda Göygöl, Ağstafa və Qazax rayonlarında olub, polis şöbələrinin şəxsi heyəti və həmin bölgələri təmsil edən ictimaiyyət, gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. Bu […]

Vahid Mustayevdən ANS mesajı

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev mətbuatda özü barədə çıxan xəbərlərə reaksiya bildirib Vahid Mustafayev bu barədə sosail şəbəkədəki şəxsi səhifəsində yazıb. ANS Şirkətlər Qrupunun saat kimi işlədiyini deyən şirkət rəhbəri barəsində məqalə yazanları obyektiv və qərəzsiz olmağa səsləyib. “ANS-in keçmiş prezidenti” fikri ilə razılaşmayan Vahid Mustafayev, özünün hazırda da ANS ŞQ-nin prezidenti olduğunu xatırladıb. […]

Hüquq müdafiəçisi Oktay Gülalıyev prokurorluğa çağırılıb

Hüquq müdafiəçisi Oktay Gülalıyev prokurorluğa çağırılıb Bu barədə onun özü bildirib. Hüquq müdafiəçisi iyunun 20-si saat 10.00-a Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev ona çağırışın əsası ilə bağlı ona rəsmi bilgi verilmədiyini bildirib. «Ancaq güman edirəm ki, çağırış Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının […]

Xədicə İsmayılova Ağır Cinayətlər İdarəsində dindirilir –“Uzun illərdir ki, Əfqanla əlaqəm yoxdur”

Jurnalist Xədicə İsmayılova prokurorluğa dindiriməyə çağırılıb İyunun 19-da saat 15:00-da o, Ağır Cinayətlər İdarəsinin binasına daxil olub. X.İsmayılova Turan-ın müxbirilə söhbətində bildirib ki, onu Əfqan Muxtarlının işi ilə bağlı dindirəcəklər: “Ancaq mənim xaricə çıxışım yasaqlanıb. Mən Gürcüstanda olmamışam. Onlara bildirdim ki, uzun illərdir ki, Əfqanla əlaqəm yoxdur. Ancaq dedilər ki, mənə sualları var”, – deyə […]

XDMX “Android” smartfonlar istifadəçilərinə xəbərdarlıq etdi

“Kaspersky Lab” şirkətinin əməkdaşları “Android” smartfonlar üçün nəzərdə tutulan yeni troyan aşkar ediblər Cumhuriyyet.net xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, “Google Play” onlayn mağazası vasitəsilə yayılan zərərverici proqram, yeni üsullardan istifadə edərək qurğunu “root” imtiyazlara keçirməyə qadirdir. “Dvmap” adı alan (“Kaspersky Lab”ın təsnifatına görə) […]

6 yaşlı ögey qızını divara çırpa-çırpa öldürdü, sonra anasıyla sevişdi – DƏHŞƏTLİ CİNAYƏTİN İYRƏNC TƏFƏRRÜATI

Ögey qızını divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən Ağsu rayon sakini, 1982-ci il təvəllüdlü  Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnar Hacıyevin 10 yaşlı qızı H.H. şahid qismində dindirilib. Məhkəmədə onun qanuni nümayəndəsi – anası Bülbül Hacıyeva da prosesdə iştirak edib. […]

Qurban Qurbanov “Qarabağ”ın ÇL-dakı rəqibindən danışdı: Ən çətini düşdü

“5 potensial rəqibdən ən çətini düşdü. “Samtredia” bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır” Cumhuriyyet.net  xəbər verir ki, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Püşklə bağlı klubun rəsmi saytına danışan Qurbanov Gürcüstanda çempionatın davam etməsini rəqib üçün üstünlük sayır: […]

AppLab proqramının iştirakçısıstartap müsabiqəsində qalib oldu

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb Cumhuriyyet.net xəbər verir ki, proqram üzvü olan “Mango” layihəsi ADA Universitetində keçirilən “1st ADA University Ideation Competition” müsabiqəsində 20 namizəd arasında ən innovativ layihə kimi birinci yeri tutub. Qeyd edək ki, “Mango” istifadəçilərə onların […]

“Azər Türk Bank”ın İdarə Heyətinə sədr təyin olundu

“Azər Türk Bank” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağı keçirilib Bankdan Cumhuriyyet.net-ə verilən məlumata görə, iyunun 19-da “Azər Türk Bank” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağı keçirilib. Orxan Ziyad oğlu Hüseynov “Azər Türk Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. cumhuriyyet.net

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2017
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930