Sabiq icra başçısı yeni biznesə başladı

Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov istixana biznesinə başlayıb Cumhuriyyet.net ölkə.az-a istinadən xəbər verir ki, Tahir Kərimov Salyan rayonunun Qaraçala qəsəbəsində istixana kompleksi inşa etdirib. Bir neçə hektarlıq ərazidə salınan istixanada pomidor və xiyar becəriləcək. Əldə etdiyimiz məlumata görə, sözügedən istixanaya Tahir Kərimovun oğlu nəzarət edir. Xatırladaq ki, Tahir Kərimov Prezident İlham Əliyevin […]

Boksçumuz Avropa çempionatını gümüş medalla bitirdi

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün başa çatıb Report xəbər verir ki, bu gün baş tutan final mərhələsində rinqə yığmamızın üzvlərindən 75 kq. çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı çıxıb. Həlledici görüşədək 3 rəqibinə qalib gələn Olimpiya mükafatçımız ukraynalı Aleksandr Xijnyakla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə […]

Azərbaycanlı reperin ölümünün TƏFƏRRÜATLARI: – VİDEO

ARB TV-nin “Yolun sonu” verilişi bu dəfə tanınmış reper Rüfət Ryderin (Əfəndiyev) xatirəsinə həsr olunub Cumhuriyyet.net verilişdən maraqlı anları təqdim edir: Ramil Nabran: “Qərar verdik ki, bir qrup yaradaq. Başladıq komandanı yığmağa. Sonradan qrupa Rüfət gəldi. Arıq, eynəkli, kompleksi olan oğlan idi. Gəlib ikinci mahnını gətirdi və uğurlu oldu. Musiqi yarışmasına bizi dəvət etdilər. Azərbaycanda […]

Bakıda yeni doğmuş anaya səhv qan köçürdülər – FOTO

Bakıdakı  Respublika Perinatal Mərkəzində müalicə olunan  hamilə qadına səhv qan köçürülüb Cumhuriyyet.net-in Lent.az-a istinadən xəbərinə görə, bu barədə xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin atası Məhəbbət Məmmədov modern.az-a məlumat verib. O bildirib ki, qızı iyunun 4-də Respublika Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı olunub. Atanın dediyinə görə, həkimlər qızına +II yox, səhvən –II qan köçürüb və onun […]

Bakıda gecə saatlarında gizli görüşən sevgililərin – DƏHŞƏTLİ SONU

Bakıda gənc sevgililərin meyiti tapılıb Cumhuriyyet.net Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində – metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən binanın həyətindəki qarajda baş verib. Gecə saatlarında qarajda gizli görüşən 21 yaşlı Elşən Əhmədovla Aysu İsmayılovanın (adlar şərtidir) meyiti “Toyota Land Cruiser” markalı avtomobilin salonunda tapılıb. Onların hər ikisinin dəm qazından boğulduğu məlum […]

İlham Əliyev: Terrorizmin bütün təzahürlərinə qarşı mübarizə aparılmasını vacib hesab edirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə məktub göndərib Cumnhuriyyet.net-in məlumatına görə, başsağlığı mətnində deyilir: “Hörmətli cənab Prezident, Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı […]

Bakı Lift İdarəsinin baş direktorunun qızı Leyla Əliyeva ilə bir arada

400 minlik toy xəbəri ilə bir anda mətbuatın gündəminə düşən Aysel Şükürova yeni foto paylaşıb Cumhuriyyet.net BAKU.WS-ə istinadən məlumatına görə, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı olan Aysel Heydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva ilə birgə şəkil çəkdirib. Xanım bu barədə şəxsi Instagram hesabında yazıb: “Gözəl xanım, gözəl insan”. […]

Dado və Natavan nişanlandı

Müğənni Natavan Həbibi və reper Dado (Səid Əliyev) nişanlanıb Cumhuriyyet.net xəbər verir ki, artıq cütlüyün “İnstagram”da yeni fotoları yayımlanıb. Paytaxt retoranlarından birində baş tutan nişan mərasimində cütlüyün ailəsi və yaxın dostları iştirak edib. cumhuriyyet.net

Erməni ABŞ hərbçilərinə narkotik satırmış – VİDEO

Amerika hərbçiləri hərbi bazaya böyük miqdarda marixuana keçirmək istəyən şəxsi həbs ediblər Ələ keçirilən şəxs 59 yaşlı erməni Aşot Qriqoryandır. Onun idarə etdiyi yük avtomobilindən 300 kiloqram çəkisi olan 35 marixuana qutusu aşkar edilib. Qriqoryan Oklahoma ştatının həbsxanasına salınıb. cumhuriyyet.net

“WhatsApp”dan daha bir yenilik

Milyonlarla istifadəçisi olan “WhatsApp” proqramı daha bir yeniliyə imza atdı Cumhuriyyet.net publika-ya istinadən xəbər verir ki, istifadəçilər artıq rahat bir şəkildə istənilən formatda olan faylları paylaşa biləcəklər. Göndərilə biləcək faylların bütün özəllikləri hələlik bəlli olmasa da, fayl ölçülərinin müəyyən qədər kiçildilməsi nəzərdə tutulur: “İOS” istifadəçiləri 128 MB, “Android” istifadəçiləri isə 100 MB ölçüsündə fayl göndərə biləcəklər. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2017
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930