Alı Alıyev: “Ordumuz Zəhranın qisasını alıb”

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttinin Füzuli rayonu istiqamətində mülki əhalini mütəmadi olaraq minatanlardan və ağır artireliya qurğularından atəşə tutmasına baxmayaraq rayon əhalisinin, xüsusilə Alxanlı kənd sakinlərinin əhval ruhiyyəsi yüksəkdir  Kənd sakinləri arasında yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, ordu-xalq birliyi hökm sürür, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə güclü inam mövcuddur. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev […]

Azərbaycanlı müğənni: Mənə nifrət etmək lazımdır

Müğənni Nadir Qafarzadə onun çörəyinə bais olan həmkarlarını hədələyib Cumhuriyyet.net axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni şou əhlini ondan qorxmağa çağırıb. O, “Xəzər Maqazin”ə müsahibəsində belə deyib: “Məndən qorxmaq, mənə nifrət etmək lazımdır. Mən qorxulu insanam. Ehtiyat eləmək gərəkdir. Məndə o qədər faktlar var ki… O faktlarla danışa bilərəm, amma eləmirəm. Hələ məndə hansı kitablar, orada açılmamış […]

Deputatdan dənizi hasarlayanlar üçün… estakadalar üzərində qəbiristanlıq təklifi

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa facebook-dakı şəxsi səhifəsində Xəzər dənizini hasarlayanlar barədə çox maraqlı paylaşım edib. Musavat.com millət vəkilinin statusunu təqdim edir: “Sübh tezdən artıq vərdişə çevirmişəm, dənizə gedirəm. Qaçıram, yüyürürəm, çimirəm, sahildə adam tapanda futbol oynayıram. Təbii ki, sahilboyu xeyli gəzdiyimə görə dənizin səviyyəsiz formada hasarlanmasının da bir daha şahidi oluram. Bir […]

İstirahət mərkəzində baş verən bədbəxt hadisənin GÖRÜNTÜLƏRİ: 2, ölü, 2 yaralı – VİDEO

Hadisənin təfərrüatları üzə çıxdı. İsmayıllı rayonundakı istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. ARB Şəki xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının İstisu kəndi ərazisində yerləşən istirahət mərkəzində baş verib. Rayon sakinlərinin sözlərinə görə, istirahət etmək üçün Bakı və Zaqataladan İsmayılıya gələn 4 nəfər […]

İbrahim Mehdiyev postundan götürüldü, vətəndaşlar problem qarşısında qaldı” – FOTO

Yasamal rayonu, Şərifzadə 174 ( yeni ünvan 610, 624) ünvanında yaşayan sakinlər heç bir sənəd və kompensasiya verilmədən binalarının sökülməsinə etiraz ediblər. Sakinlərin razılığı olmadan “Qismət-Mcontruction” MMC tərəfindən binaları hasarlanıb, söküntü işlərinə hazırlıq gedir. Şirkət nümayəndələri vətəndaşlara bunun pilot layihə olduğunu desələr də, onu təsdiqləyən qanuni sənədi sakinlərə göstərməyiblər. Bu səbəbdən də tikinti şirkətinin nümayəndələri […]

İŞİD Mosula nəzarəti itirdi

İraq Təhlükəsizlik Qüvvələri Mosulu İŞİD əsirliyindən tamamilə azad edib Cumhuriyyet.net Lent.az-a istinadən verdiyi məlumata görə, dördüncü gün  Mosula daxil olan İraq Təhlükəsizlik Qüvvələri İŞİD hərbi qüvvələrinin Mosuldakı mərkəzini ələ keçirib. Mərkəz yerin 10 metr dərinliyində olub. 5 nəfər öldürülüb, yerdə qalan heyət isə ələ keçirilib. Bu gün İraqın dövlət televiziyasının yaydığı məlumata görə, hökumət qüvvələri şəhərin […]

Festivalda faciə: Akrobat minlərlə tamaşaçının gözü önündə həlak oldu – VİDEO

Madriddə keçirilən “Mad Cool” rok festivalında faciə baş verib Cumhuriyyet.net-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Pedro adlı akrobat minlərlə tamaşaçının gözü önündə faciəli şəkildə həlak olub. O, amerikalı “Green Day” qrupunun səhnəyə çıxışından öncə nömrə göstərərkən  28 metr hündürlükdən yıxılıb. Gənc akrobat aldığı xəsarətlərdən yerindəcə keçinib. cumhuriyyet.net

Azərbaycanda qanunsuz yaşayan 11 əcnəbi saxlanılıb – FOTO

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zaman ölkə ərazisində qanunsuz yaşayan 9 nəfər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər Nigeriya vətəndaşı saxlanılıb DMX-dan Cumhuriyyet.net-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Hindistan vətəndaşları Marimutu Sureş, Muruqesşan Jayanal, Muruqeşan Vignes, Manikandar Mativazhaqan, Elayaraja Radhakrişna, Vallyakalam Sebastian, Putenpuraparmbu Macid, Filip Rony, Kerian […]

Zakir Həsənov cəbhə xəttində – FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb Bu barədə Cumhuriyyet.net-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatverilib. Qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri  və qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyət məsələləri bir daha öyrənilib. Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan Müdafiə naziri general-polkovnik Zakir […]

Sabir Rüstəmxanlıdan Rusiyaya sərt sözlər : “Bu, Sergey Lavrovun oyunlarıdır”

Girov saxlanan azərbaycanlı vətəndaşına sahib çıxmayan Moskva nədən erməni vətəndaşlarının Bakıya axışmasına çalışır? Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycandan Bakı hava limanına gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı ayrı-seçkiliyi dayandırmaqla bağlı tələbi ölkəmizdə sərt etirazla qarşılanıb. Əslində bu tələbin olduqca ciddi mətləblərdən xəbər verdiyi, bunun arxasında təsir vasitəsinin olduğu və məkrli niyyətin dayandığı vurğulanır. Təhlükəsizlik baxımından […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2017
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31