Aygün Bəylərin qardaşının ömürlük həbs olunması istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib. Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Bəylər Məmişov müdafiə çıxışı edib. O, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş ittihamların tam sübuta yetirildiyini deyib: “Cəza məsələsinə gəldikdə […]

12 oktyabrda nə olacaq? – DÜNYA YENİ FƏLAKƏTLƏ UZ-ÜZƏ

Xarici mətbuatda 12 oktyabr 2017-ci il tarixi ilə bağlı təzadlı və qorxulu xəbərlər artmaqdadır Cumhuriyyet.net BakiPost.az-a istinadən xəbər verir ki, Yer kürəsinə doğru gələn nəhəng asteroid artıq planetə çox yaxınlaşıb. Mütəxəssislər bildirir ki, bu obyektin təsirindən iqlim dəyişiklikləri daha da kəskinləşəcək, çoxsaylı insan tələfatı olacaq. Məlumata görə, TC4 adlı təhlükəli kosmik obyekt 2013-cü il Çelyabinsk meteoritindən […]

I vitse-prezident Mehriban Əliyeva Masazırda məcburi köçkünlər üçün mənzillərin təqdim edilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. “Azərtac” xəbər verir ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verib. Bildirildi ki, bu […]

Ərdoğan Ukraynaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 9-da Ukraynaya rəsmi səfər edəcək R.T.Ərdoğan Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək, Cumhuriyyet.net xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat mərkəzi açıqlama yayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə ikitərəfli əlaqələr və regionla bağlı məsələləri də müzakirə edəcəklər. R.T.Ərdoğan Kiyevdə Ukrayna […]

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Rumıniyanın Konstantsa limanı arasında anlaşma memorandumu imzalanıb

Rumıniyanın Konstantsa şəhərində keçirilən “İpək yolu” sammiti çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (BBDTL) QSC və bu ölkənin Konstantsa Limanı (Dəniz Limanları Milli Administrasiyası) arasında anlaşma memorandumu imzalanıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Report-un Şərqi Avropa bürosu məlumat yayıb. Sənədi Azərbaycan tərəfdən BBDTL-nin baş direktoru Taleh Ziyadov, Rumıniya tərəfdən isə Konstantsa limanının baş direktoru Dan Nikolae […]

SOCAR neft hasilatını azaldıb

SOCAR avqust ayında 626.6 min ton neft hasil edib Cumhuriyyet.net şirkətə istinadən xəbər verir ki, iyulda bu rəqəm 631.5 min ton təşkil edib. Beləliklə neft hasilatı avqustda iyul ayı ilə müqayisədə 1,5 faiz azalıb. Qeyd edək ki, yanvar-avqust aylarında SOCAR 4 963,5 min ton xam neft hasil olunub.

Reket redaktorun dələduz əməlləri ortaya çıxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşı SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən, özünü “Ata yolu” qəzetinin baş redaktoru kimi təqdim edən Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir Cumhuriyyet.net-in “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası keçirilib. İttihama görə, S.Nəsirova daha iki nəfərlə birgə işləyib. Belə ki, Elçin Əsədovu yüksək […]

Arif Alışanovun və ailəsinin milyonluq mülkləri üzə çıxdı

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun 5 milyonluq daşınmaz əmlakının ortaya çıxdığını yazmışdıq. Cənab Alışanov 2009-cu ildən bəri aldığı əmlakları mənimsəmək məqsədilə həyatına sui-qəsd planı hazırlamaqda suçladığı Şücayət Əkbərovu bu ilin yanvarında həbsə atdırıb. Əkbərov istintaq materiallarında Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirməkdə də ittiham edilir. İlk baxışda Alışanovun […]

Bacısını zorladığı üçün atasını öldürən gənc bıçaqlandı – Bir ailənin dramı – VİDEO

Şirvanda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə oktyabrın 5-də axşam saatlarında şəhərin Fariz Eynullayev küçəsində qeydə alınıb. Hacıqabul rayonunda məskunlaşan Füzuli rayonunun Mahmudlu-1 kənd sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsrət Sabir oğlu Şahverənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağciyərin bıçaq yarası xəsarəti ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən 24 yaşlı […]

Paytaxtda mis oğurlayan gənclər saxlanıldı – VİDEO

Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində yerləşən məhdud məsuliyyətli cəmiyyətlərdən biridən ümumi dəyəri 97500 manat olan 1300 metr mis kabelin oğurlanması barədə Xəzər Rayon Polis İdarəsinə məlumat daxil olub. ARB TV xəbər verir ki, həyata keçirilən əməliyyat – axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Dostumalı Paşayev və Hüsən Bağırov saxlanılıb. Dostumalı Paşayev – […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031