Ərdoğan: “İdlibdə ciddi əməliyyat davam edəcək”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Suriyanın İdlib vilayətində hərbi əməliyyatın başlandığını bildirib. “İndi İdlibin təhlükəsizliyini təmin etmək üçün yeni bir addımla Fərat Qalxanı əməliyyatı üzrə özümüzə açdığımız mövqenin daha da irəliləməsinə səy göstəririk”, – Ərdoğan deyib. “Məsələn, İdlibdə ciddi bir əməliyyat var və bu davam edəcək”, – Ərdoğan, Türkiyə ordusunun hələ ki, İdlibə girmədiyini bildirib. […]

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib. Cumhuriyyet.net xəbər verir ki, nazirlik “Report”un sorğusuna cavab olaraq bildirir ki, həmin dərslikdə texniki səhv aşkar edilib. “Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap […]

İstanbulda İŞİD əməliyyatı: 31 nəfər deportasiya edildi

Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib. Axar.az xəbər verir ki, əməliyyat zamanı 6 şübhəli şəxsdən 2-si həbs edilib. 23 sentyabrdan başladılan əməliyyatdan bu yana 31 əcnəbi şübhəli şəxs qismində saxlanılıb. Şübhəli şəxslər ölkələrinə ekstradisiya edilib. cumhuriyyet.net

Gəminin göyərtəsində 4 ton kokain aşkarlandı – VİDEO

İspaniya polisi tərəfindən keçirilən beynəlxalq əməliyyat nəticəsində göyərtəsində 3,8 ton kokain olan gəmi saxlanılıb. Cumhuriyyet.net-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Məlumata görə, narkotiklər gəmi mətbəxinin altında düzəldilmiş gizli kabinədən aşkarlanıb. Kolumbiyadan İspaniyaya üzən gəmi Kanar adalarından 870 km aralıda saxlanılıb.

Hər kəs yüz il yaşamasa… – Alimlər əbədi gəncliyin sirrini axtarır

Əbədi gənclik əsrlərdir ki, insanların arzusunda olduğu bir qayğıdır. Bəs yaşlanma prosesinin qarşısını ala bilsək nə baş verər? 1850-ci illərdə ABŞ-da orta ömür müddəti 40 yaş hesab olunurdu. İndi isə bir amerikalı ən az 78 il yaşayır. Son tibbi tədqiqatlar, insan həyatını daha da uzadacaq vədlərlə zəngindir. Bəs bu yeni tibb necə təsir göstərər və […]

“Google” qırx dilə tərcümə edən qulaqlıqlar

“Google” şirkəti nitqi real vaxt rejimində tərcümə edən “Pixel Buds” simsiz qulaqlıqlarını təqdim edib Sahibinə əcnəbilərlə ünsiyyət qurmağa kömək edən qulaqlıqlar 40 dilə tərcüməni həyata keçirə biləcək. Bu funksiya yalnız qulaqlıqlar “Bluetooth-interfeys” vasitəsilə “Google Pixel 2” smartfonuna qoşulduqda əlçatan olur. Azərtac nanonewsnet.ru saytına istinadla xəbər verir ki, səs köməkçisindən istifadə etmək üçün sağ qulaqlıqda olan […]

“Qarabağ” – “Atletiko” oyununa satılan biletlərin sayı açıqlandı

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko” (Madrid) ilə matça bilet satışı davam edir. Cumhuriyyet.net klubun rəsmi saytında verilən məlumata görə, qarşılaşmaya satılan biletlərin sayı artıq 20 minə çatıb. “Qarabağ”-“Atletiko” (Madrid) matçı oktyabrın 18-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Paytaxtda oğurluq edən qadın kameralara düşdü – VİDEO

Bakının mərkəzində yerləşən marketdən oğurluq edilib Cumhuriyyet.net-in criminal.az-a istinadla məlumatına görə, metronun “28 May” stansiyasının yaxınlığında, Süleyman Rəhimov küçəsi 190 ünvanındakı mağazada oğurluq hadisəsi kameraya düşüb. Orta yaşlı xanım marketdən əşyanı götürür, əlindəki torbaya qoyur və sonra oranı tərk edir.

Tarix Muzeyinin yaxınlığında FACİƏ: yaralılar var -VİDEO

Londonda Tarix Muzeyinin yaxınlığında bir avtomobil səkidəki izdihama çırpılıb. Cumhuriyyet.net Reuters agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində çox sayda insan yaralanıb. İnsidentdən sonra bir nəfər saxlanılıb. Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb. London polisinin yaydığı rəsmi açıqlamada hadisənin terror hücumu olub-olmadığı araşdırılır.

İlham Əliyev Putinə zəng edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib Cumhuriyyet.net-in xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031