Tələbələrə mitinq çağırışı

Mitinq qabağı tələbələrə hədə gəliblər ki, mitinqlərə getsəniz universitetlərdən qovulacaqsız. Bilirsinizmi bu mənə nəyi xatırlatdı? İllər öncə, Milli azadlıq hərakatı başlayanda da hamını eyni şəkildə hədələyirdilər ki, mitinqlərə getsəniz sizi Universitetdən qovacağıq. Bu gün sizə də hədə gəlirlər. Amma o universitetlərdən sizi kimsə qova bilməz. Çünki bu ölkənin də, o universitetlərin də sahibi sizsiniz. İndi […]

Nəcməddin Sadıkov ABŞ-a getdi

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-a gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, N.Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək.

Prezident mükafatları artırılır: ayda 500 manat…

Azərbaycanın incəsənət xadimləri üçün hər biri ayda 500 manat olmaqla Prezidentin 130 mükafatı təsis edilib. Cumhuriyyet.net modern.az-a istinadən xəbər verir ki, bu mükafatların sayı gələn il 150-yə çatdırılacaq. “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində belə qeyd edilib. Prezident mükafatlarının sayı 2018-ci ildə 150 mükafat müəyyən edilməklə maliyyə təminatına tələb olunan vəsait Azərbaycan Respublikası Mədəniyyət və […]

İranlı tələbəni öldürən dəstə üzvləri danışdı – VİDEO

İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Cumhuriyyet.net ARB TV-yə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev […]

Tikinti şirkətinin aldatdığı şəxs özünü binadan atmaq istədi – VİDEO

Paytaxtın Binəqədi rayonu, Atatürk prospekti 30/38 ünvanında 40 yaşlı kişi binanın damına çıxaraq intihara cəhd edib. Cumhuriyyet.net-in APA-ya istinadən məlumatına görə, o, hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb. Məlum olub ki, həmin şəxs tikinti şirkətlərinin birindən ev alıb, lakin sənədlər saxta olub. […]

“Qarabağ”ı təhqir edən yazar üzr istədi – Foto

“Qarabağ” futbol klubunun azarkeşləri barədə “Əzik xoreoqrafiya” yazısının müəllifi “Sabah” qəzetinin müxbiri Mövlud Tezel Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib. Axar.az xəbər verir ki, bu barədə Tezel Tvitter hesabında yazıb. “Diqqətlə baxsanız yazımın sadəcə bu xoreoqrafiya barəsində əyləncəli bir şərh olduğunu görərsiniz. Əgər Azərbaycan xalqını və qarabağlıları incitmişəmsə, üzr istəyirəm”, – Tezel bildirib. Qeyd […]

Qazini çörəklə imtahana çəkirlər – Vəziyyəti acınacaqlıdır – FOTOLAR

İlqar Tahir oğlu Nəsirov 1967-ci il aprelin 14-də Tovuz rayonunun Böyükqışlaq kəndində anadan olub. Hazırda rayonun Nizami küçəsi 6, mənzil 14-də məskunlaşıb. Yenicag.az xəbər verir ki, iki övlad sahibi olan İlqarı Bakıda işlədiyi müddətdə maşın vurub. İ. Nəsirov ağır bədən xəsarətləri ilə Əhmədlidə yerləşən Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilərək, ağır açıq-beyin əməliyyatı keçirib. Bundan sonra nəfəs çatışmazlığı […]

“Onların mənliyi olsa Azərbaycan bayrağının altında oturmazlar” – İTTİHAM…

O adamlar Milli Məclisdə də var, Prezident Aparatında da, Nazirlər Kabinetində də, dövlət qurumlarında da” Ötən gün “APA TV”-nin “İlham Tumasla 40 dəqiqə” verilişinin qonağı olan istiqlalçı millət vəkili vahid Əhmədov maraqlı fikirlər səsləndirib. Belə ki, adıçəkilən kanalın 18 oktyabr Müstəqillik Günü ilə bağlı buraxılışında “Müstəqilliyimizə necə çatdıq?” sualının müzakirəsi üçün verilişin qonaqları millət vəkili […]

SSRİ rəssamlarının sərgisində Xruşovun partlatdığı “bomba” -“Sən homoseksualsan, sənin ananı….”

Sovetlər birliyinə rəhbərlik etdiyi dövrdə bir çox qalmaqallı hadisələrlə yadda qalan Nikita Xruşovun istənilən bir məsələ, hadisə ilə bağlı öz şəxsi mülahizələri olub. Təbii ki, dövlət başçısı üçün bu normal haldır. Ancaq elə məsələlər var ki, onlar haqqında fikir irəli sürəndə əvvəcədən müəyyən bir təhlil aparmaq, məsələnin mahiyyətini bir az dərindən öyrənmək və bilmək lazım […]

«Müsavat» Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək. Cumhuriyyet.net “Report”a istinadən xəbər verir ki, bunu partiyanın başqanı Arif Hacılı deyib. O bildirib ki, buna səbəb BŞİH-in Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməməsidir. Qeyd edək ki, icra hakimiyyəti yürüşün göstərilən yerlərdə-“Elmlər Akademiyası” və “Azadlıq prospekti” metrostansiyalarının yaxınlığında deyil, Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031