Şəkərli diabetə qarşı ən optimal mübarizə vasitəsi- maarifləndirmə!

Azərbaycanda və dünyada şəkərli diabet pasientlərinin sayının sürətlə artması  son illərin ən çox narahatlıq doğuran reallıqlarından biridir. Hansı ki, müalicəsi böyük maliyyə vəsaiti tələb edən bu xəstəliyə qarşı bir çox effektiv mübarizə vasitəsi var ki, bunlardan ən başlıcası maarifləndirmədir.  Şəkərli diabet – pulla satın aldığımız xəstəlik! Qanda şəkərin xroniki artımı kimi xarakterizə edilən şəkərli diabet […]

Otlardan hörülmüş körpü – FOTO

Perunun Kanas və Kusko əyalətlərinin sakinləri dərin dərə üzərindən otlardan hörülmüş körpü salıblar.  Bizimsesimiz.info AZƏRTAC-a istinadla bildirir ki, uzunluğu 36 metr olan körpü əlaqəsi kəsilmiş bir neçə kəndi birləşdirir. Qadınlar quru otlardan kəndir hörərək bu işdə kişilərə kömək ediblər. Körpünün quraşdırılmasında kəndlərin 1000 nəfərə qədər sakini iştirak edib. Maraqlıdır ki, bütün proseslər yalnız əllə, xüsusi mexanizm […]

 “ABŞ-ın Bakıda dərman almamaq xəbərdarlığı…” – Nazirlikdən reaksiya

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirib. APA-nın xəbərinə görə, E. Ağayev deyib ki, bu, ABŞ Dövlət Departamentinin öz seçimidir. “Hər bir halda Azərbaycanda yaşayan ABŞ və digər ölkələrin vətəndaşları Azərbaycanın səhiyyə sistemindən faydalanırlar. Dünyada elə bir əməliyyat yoxdur […]

Azərbaycan milli “Euronews”unu yaradır

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda yeni televiziya kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqə elanı verilib. Şuranın budəfəki elanı ənənəvi televiziya kanalı formatında yox, sırf yeni konsepsiya ilə fəaliyyət göstərəcək kanalın yaradılacağından xəbər verir. Cumhuriyyet.net xəbər verir ki, Qafqazinfo.az Azərbaycan teleməkanında yenilik hesab olunacaq bu hadisə ilə bağlı kiçik bir araşdırma aparıb. Belə ki, söhbət […]

Akademik Əşrəf Hüseynovun 110 illiyi qeyd olunacaq

Azərbaycan prezidenti İlham Əliyev akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net-in, Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyiilə birgə akademik Əşrəf Hüseynovun 110 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Zimbabvedə nə baş verir? – 5 suala cavab

Hərbiyyə hərəkətini necə əsaslandırıb? Televiziya ilə çıxış edən general-mayor Sibusiso Moyo bəyan edib ki, prezident Robert Mugabe və onun ailəsinin təhlükəsizliyi təmin edilir. Onun təbirincə, ordunun hədəfi yalnız Mugabe-nin ətrafında olan və ölkədə “sosial-iqtisadi çətinliklər yaradan kriminallardır”. “Missiyamızı başa vuran kimi, vəziyyətin normal məcrasına qayıdacağını güman edirk”, – Moyo deyib. Hərbçilərin hərəkətinin kim tərəfindən idarə […]

Yeni nazir iki idarə rəisini və bir şöbə müdirini işdən çıxardı

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib APA-nın məlumatına görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb. Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifələri ilə vidalaşıblar. Hələlik onların yerinə təyinat aparılmayıb.

Peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququ verilir

Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək APA-nın məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan […]

Tualet yumoru üzərində qurulan film

Sevda Sultanova yazır… Ötən həftə Türkiyənin “Dada produksion” şirkətinin “Aranfilm” Yaradıcılıq Mərkəzinin qatqısıyla çəkilən “Yanlış anlama” komediyası ekranlara çıxdı. Filmin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi Ayberk Çinar, operatoru Hüseyn Devrim, prodüserləri Levent Çengizhan və Tahir Tahiroviçdir. Filmin qəhrəmanı ehtirası üzündən bir qadının fırıldağına tuş gələn, bu səbəbdən evini itirən qoca Hunkardır (Bahadır Efe). Türkiyədə […]

Arvadının xəyanətindən şübhələndi, öldürdü – Sumqayıtdakı qətlin TƏFƏRRÜATI

Sumqayıt şəhərində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəqani Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Tunar dizayn” şirkətində mebel ustası vəzifəsində işləyən Xəqani Hüseynov 2012-ci ildən Ramilə Əsgərova ilə faktiki ər-arvad münasibətlərində olub, 2014-cü ildə rəsmi nikaha girib. Onlar 24 sentyabr 2015-ci il tarixədək birlikdə yaşayıblar. Qısqanclıq Xəqani Hüseynov […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930