“Roma” – “Qarabağ”- CANLI YAYIM

Bu gün ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsi çərçivəsində son matçına çıxacaq. Cumhuriyyet.az xəbər verir ki, Ağdam klubu səfərdə “Roma” ilə qarşılaşacaq. Buna qədər keçirilən görüşlərdə 2 xal qazanmağı bacaran Qurban Qurbanovun komandası sonuncu matçında da rəqibinə layiqli müqavimət göstərməyə çalışacaq. Saat 23:45-də start götürəcək qarşılaşma “atlılar” üçün formal xarakter daşısa da, bunu […]

Rusiya Olimpiadaya buraxılmadı – ŞOK QƏRAR

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, komitə Rusiyaya sanksiya tətbiq edib və bu ölkənin milli komandasını 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırıb. Qeyd edilib ki, bəzi rusiyalı idmançılar Pxençxanda neytral bayraq altında yarışlara qatıla bilərlər.

Mikayıl Cabbarov vergilər naziri kimi ilk çıxışını etdi

“Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir. İkitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır”. Cumhuriyyet.az-ın APA-ya istinadən xəbərinə görə, bunu bu gün vergilər naziri vəzifəsinə təyin olunan Mikayıl CabbarovYaponiyanın milli bayramı münasibətilə keçirilən tədbirdə deyib. İmperatorun doğum günü münasibəti ilə Azərbaycan hökuməti adından Yaponiya hökumətini təbrik edən M.Cabbarov deyib ki, Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə […]

Uşaq intiharlarının səbəbi din yox, yad ideologiyaların uşaqlara verdiyi təlqindir

Ağdaş rayonunun 12 yaşlı sakini İsmayılın intihar etməsinin səbəblərindən biri kimi “Mavi Balina” oyununu oynaması göstərilib. Bu oyun bu günə qədər 200 nəfərə yaxın oyunçunun intihar etməsi ilə nəticələnib. Oyunun qurucusu Rusiya vətəndaşı 21 yaşlı Filip Budeykinə 3 il müddətinə həbs cəzası verilib. Məhkəməsində Budeykin məqsədini açıqlayıb: “cəmiyyətdə təmizlik edirəm. Qurbanlar “bioloji tullantılardır” deyə bildirib. […]

Fazil Məmmədovu bitirən səbəblər – ŞƏRH

Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamları əsasında təhsil naziri Mikayıl Cabbarov da tutduğu vəzifədən azad olunaraq vergilər naziri təyin edilib. Qeyd edək ki, F.Məmmədovun vəzifəsindən azad olunacağına dair məlumatlar son 2 ildə çox tez-tez mətbuat gündəminə gətirilib. Bunun bir səbəbi kimi MTN işi çərçivəsində istintaqın […]

“Ona görə sürətli sürürdüm ki…” – Gelandewagen-lə adam öldürən məmur nəvəsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir. Cumhuriyyet.net qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hadisə zamanı N.Allahverdiyevlə ötüşən “Mazda”nın sürücüsü “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov ifadə verib. O deyib ki, haqqında deyilənlər yalandır: “Uzun […]

Tələbə qızın avtobusdan qaçırıldığı anın görüntüləri – VİDEO

Türkiyənin Mersin şəhərində mindiyi avtobusdan qaçırılan tələbə qızın sözügedən görüntüləri yayılıb. Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Zelal Topçulun avtobusdan 2 kişi tərəfındən qaçırıldığı anlar ATV ekranlarında Müge Anlının proqramında təqdim edilib. Verilişə qoşulan qızın atası Yusuf Topçul qızının əmisi oğlu Derviş Topçul tərəfindən qaçırıldığını deyib. Bu da dəhşətə gətirən həmin görüntülər:<span data-mce-type=”bookmark” style=”display: inline-block; […]

Fazil Məmmədov niyə Vergilər Naziri vəzifəsindən çıxarıldı? – SƏBƏB

Xəbər veridiymiz kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vergilər Naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib. Prezidentin imzaladığı bir digər sərəncamla bu vəzifəyə Təhsil Naziri Mikayıl Cabbarov gətirilib. AZXEBER.COM-un məlumatına görə, günün sonunda ölkədə iki böyük nazirlikdə edilən dəyişiklik heç də gözlənilməz olmayıb. Belə ki, zaman-zaman mətbuatda Fazil Məmmədovun səhhəti ilə əlaqədar olaraq müalicə […]

Mikayıl Cabbarovu əvəz edəcək məmur bilindi: RƏSMİ

Ceyhun Bayramov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsini icra edəcək. Axar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edək ki, C.Bayramov təhsil nazirinin müavinidir. Az öncə Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib.

Hazırda Təhsil Nazirinin vəzifəsini kim icra edir? – AÇIQLAMA

Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. “Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi”, – deyə, nazirlikdən əlavə olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031