Prezident: “Məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”

“İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü […]

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzini “sosial lift” adlandırdı

“Ötən dövr ərzində Dövlət İmtahan Mərkəzi geniş elmi-metodoloji və texniki potensiala yiyələnib, bütövlükdə Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradılıb”. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu sistem nə qədər möhkəmlənibsə, onun faydalılığı və effektivliyi də bir o qədər artıb, […]

Azərbaycanda satılan 3 kitabdan biri “piratçılıq” məhsuludur

“Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb”. “Report” xəbər verir ki, bunu “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, […]

Azərbaycan əsilli biznesmen “Çerkizovo”nu 2 milyard dollara satır

Azərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi “Cerkizovo” şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər. Bu barədə öz mənbələrinə istinadən “Kommersant” qəzeti yazıb. Bildirilir ki, biznesmen Taylandın “CP Foods” şirkəti və Vadim Moşkoviçə məxsus “Rusaqro” ilə danışıqlar aparır. “Çerkizovo”nun rəsmisi məlumat təkzib edib. “CP Foods” isə “Çerkizovo” ilə danışıqların aparılmasına dair şərh vermək istəməsə […]

İƏT bəyannamə qəbul etdi: Şərqi Qüds Fələstinin paytaxtıdır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib. Toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin […]

Kriştianu Ronaldu azərbaycanlı nənəni əsəbləşdirdi – VİDEO

Azərbaycanlı nənə Ronaldu və Messini müqayisə edib. Milli.Az xəbər verir ki, o, Messinin 11 metrəlik cərimə zərbəsinə sevinmədiyini, Ronaldunun isə lovğalanmağını lağa qoyub. Həmin görüntüləri təqdim edirik:

Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir – İlham Əliyev

Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. SalamNews xəbər verir ki, bunu prezident İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxışı zamanı bildirib. Ölkə başçısı deyib ki, bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam […]

“İcra başçısı mənə niyə “sən öl” deyirdi?”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə barələrində məcburi gətirilmə qərarı çıxarılan şahidlərin məhkəməyə gəlmədiyi bildirilib. T.İbrahimov bildirib ki, şahidlərin məhkəməyə çağırılaraq dindirilməsini istəyib: “Raqub Məmmədov icra başçısıdır, […]

10 günə 32 nəfər öldü – Ölkədə “yol terroru” davam edir

Azərbaycanda yol terroru can almaqda davam edir. İlin son ayında baş verən qəzalarda ölən və yaralananların statiskası narahatlıq üçün əsas verir. “Qafqazinfo” dekabr ayının ilk 10 günündə qəzaların qurbanı olanların sayını araşdırıb. Rəsmi məlumatlardan ortaya çıxna nəticə budur ki, bu günlər ərzində 94 nəfər qəzaya düşüb. Onlardan 32 nəfəri vəfat edib, 62 nəfər isə müxtəlif […]

2017-ci ilin rəmzi komandası açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin rəmzi komandasını açıqlayıb. Cumhuriyyet.net qol.az-a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin 91 jurnalisti arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, ilk on birlikdə aşağıda adları qeyd olunan futbolçular yer alıb Qapıçı: Canluici Buffon (İtaliya,”Yuventus”) – 52% səs, Müdafiəçilər: Dani Alves (Braziliya,”Yuventus” / PSJ) – 48%, Serxio Ramos (İspaniya, “Real”) […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031