İşsizlik müavinəti ləğv edildi

Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar bəzi qərarlarını ləğv edib. Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabinetinin “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarı ləğv edilib. Ləğv edilmə ilə bağlı qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Ağdamda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Prezident İlham Əliyev Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin […]

Dünyanın ən zəngin klubları açıqlandı

Dünyanın ən zəngin klublarının adları müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Londonda yerləşən “Soccerex” şirkətinin araşdırmasının nəticəsinə görə, “Mançester Siti” siyahıya başçılıq edir. Adıçəkilən şirkət araşdırma zamanı klubların turnirlərdəki nəticələrə əsasən əldə etikləri gəlirləri, büdcələrindəki pulun miqdarını, yatırımlarını və borclarını nəzərə alıb. Ərəb milyarder Şeyx Mənsurun sahibi olduğu “Mançester Siti”ni İngiltərənin digər klubu “Arsenal” izləyir. […]

“Monte Melkonyanı öldürən oğlan hazırda Bakıda…” – Qarabağ qazisindən sensasion müsahibə

Özüm də müharibə uşağıyam. Oyuncağım güllə qutusu, topun sarı barıtları olub. Uşaqlıq xatirələrimin hər birində güllə izi var. Buna görə də Qarabağ müharibəsinin iştirakçıları ilə söhbət mənim üçün qızıla bərabərdir. Bu məqsədlə ən yaşlı müsahibin evinə yollandım. Söhbət Vəli Babayevdən gedir. Müharibə illərində şux görünsə də, indi 80-ni haqlayıb. Bu qoca kişidə müharibənin sirləri var… […]

Nobel mükafatçısı etirazçılara səsləndi – Aksiyaları davam etdirin

“İranlılar antihökümət nümayişlərini davam etdirməli, referendumun keçirilməsini tələb etməli, hökümətə iqtisadi təzyiqlər göstərməlidir”. AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bunu iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadi yerli qəzetlərdən birinə müsahibəsində deyib. Şirin Ebadinin fikrincə, küçədə qalmaq və tələb irəli sürmək hər bir vətəndaşın qanunu hüququdur. Hüquq müdafiəçisi dinc nümayişlər tərəfdarı kimi çıxış […]

Ruslana Ukraynanın qədim türk yurdu olduğunu dedi

Avroviziya-2004 mahnı müsabiqəsinin qalibi ukraynalı müğənni Ruslana ölkəsinin sivilizasiyasının qədimliyi barədə danışıb. Kult.az xəbər verir ki, Ruslana ukraynalıların əcdadının e.ə II minillikdə Dəclə və Fərat çayları vadisində yaşamış şumerlərin olduğunu bildirib. “Biz dərin, tarixi, daha maraqlı, orijinal, ekzotik bir ölkəyik. Bizim köklərimiz qədim mədəniyyətlər və sivilizasiyalardan bəhs edir. Skiflərin, sarmatların, Tripol mədəniyyətinin və şumerlərin olan bir […]

İtkin alpinistlərlə bağlı – Üzücü xəbər

Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin Qəbələ rayonu ərazisindəki axtarışları nəticə verməyib. Bu barədə Trend-ə açıqlamasında “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib. Onun sözlərinə görə, Qəbələdə axtarışlar fasiləsiz aparılsa da, nəticə verməyib: “Artıq biz qayıtmışıq. Qubanın Xınalıq istiqamətində Fövqəladə […]

Polisin qəza törədib qaçması ilə bağlı – Açıqlama

Sosial şəbəkələrdə Yeni il ərəfəsində Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində, 10 XX 955 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomaşınla, vətəndaşın ölümü ilə nəticələnən avtoqəzanın baş verməsi və qəzanı törədən avtomobilin sürücüsü – polis baş serjantı İbrahimli Nicat Əfqan oğlunun hadisə yerindən qaçaraq gizlənməsi barədə məlumatlar verilmişdir. İddia olunur ki, “Toyota Prado”nun sürücüsünün […]

Bakıda “şalvarsız aksiya” olacaqmı? – Metropolitendən açıqlama

Metroda şalvarsız bir gün flaşmobu dünyada məhşur olan bir flaşmob formasıdır. Bu ilin yanvarın 7-də dünyanın 25 ölkəsinin 60-dan çox şəhərində belə aksiya keçirilməsi nəzərdə tutulur. Dünyada bu tip flaşmoblar 13 ildir keçirilir. 13 il ərzində flaşmobun bu formasında demək olar ki, heç bir ciddi dəyişiklik olmayıb. Xatırladaq ki, 2014-cü il martın 1-də metrostansiyalarda “Metroda […]

Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? – İDDİA

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun qardaşının rayona rəhbər göndəriləcəyi deyilir. Yenicag.az xəbər verir ki, Fazil Məmmədovun ötən ay vergilər naziri vəzifəsindən azad olunmasından sonra onun “kurasiya”sında olan Şəmkir rayonu icra hakimiyyəti başçısının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Hazırda Şəmkirin icra başçısı olan və Fazil Məmmədovun ən yaxın adamlarından biri kimi tanınan Alimpaşa Məmmədovun vəzifəsindən göndəriləcəyi, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031