Xızıya 2 milyon manat ayrıldı (SƏRƏNCAM)

Prezident İlham Əliyev fevralın 6-da Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net-in məlumatına görə, sərəncamla Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan […]

İlham Əliyevin xalq arasında heç bir dəstəyinin olmadığını bütün millət, bütün dünya gördü

Dövlət başçısı İlham Əliyev fevralın 5-də regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı müxalifətin ünvanına bir sıra ittihamlar səsləndirib. Son prezident seçkisinin müxalifətin sonu olduğunu deyən İ.Əliyev demokratik düşərgəni xarici qüvvələrə işləməkdə ittiham edib: «Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz […]

Azərbaycanlı jurnalist aclıq aksiyasına başladı – İntihar etmək istəyir – FOTOLAR

Qazaxda jurnalist aclıq aksiyasına başlayıb. Minval.info xəbər verir ki, jurnalist Fəridə Əbülfəti rayon ərazisində ağacların kəsilməsinə diqqət çəkmək üçün belə bir addım atıb. Fəridə Əbülfəti meşə zolağının gəlir məqsədilə qırıldığını qeyd edir: “2006-ci ildən bu günə qədər Qazaxda “Qırmızı kitab”a düşən ağacları, şam, qozalı çinar ağaclarını kəsirlər, məndə faktlar da var. 1970-ci ildə mərhum Prezident Heydər […]

Rus teleaparıcı erməniləri hiddətləndirdi: “Qarabağ Azərbaycanın ərazisidir” – VİDEO

Rusiyanın məşhur jurnalisti, televiziya aparıcısı Maksim Şevçenko Azərbaycan haqqında danışıb. BAKU.WS-in məlumatına görə, tanınmış aparıcı öz videoköşəsində bildirib ki, ermənilər Rusiyanın düşmənləridir. “Bəli bu belədir. Ermənilər Rusiyanın düşmənləridir. Qarabağ isə Azərbaycanın ərazisidir. Lakin Qarabağın talehini Rusiya, İran və Türkiyə həll edə bilər. Azərbaycanlılar mütləq Qarabağa qayıtmalıdırlar. Qarabağ Azərbaycana verməlidirlər. Mən istəyirəm ki, dünyada haqq ədalət […]

Anası narkotik alverçisi, atası kəşfiyyatçı olan, 130 milyon sərvətindən oğluna 1 dollar da verməyən – Ceki Çan – FOTOLAR

Məşhur aktyor Ceki Çanı yəqin ki, aranızda tanımayan yoxdur. Onun filmləri kimi maraqlı həyatı da var. Minval.İnfo aktyor haqqında eşitmədiyiniz 10 qəribə məlumatı təqdim edir: Ceki Çanın rol aldığı filmləri heç bir sığorta şirkəti qarşılamır. Məşhur aktyor öz dublyorlarını özü hazırlayır və xəstəxana xərclərini öz cibindən verir. Cekinin oğlu atasının 130 milyon dollarlıq sərvətindən bir qəpik […]

Evinə çağırdığı ustaya ərə getdi, indi küçələrdə qalır – Sumqayıtda şok olay – VİDEO

“Evimə çağırdığım usta bir müddət sonra mənə evlilik təklifi etdi. İlk vaxtlar buna etiraz etsəm də, sonradan razılaşdım. Bir gün anasını bizə elçi göndərdi. Evlənməmişdən əvvəl məndən pul istədi. Notarius qaydasında toydan əvvəl ona 23 min dollar pul verdim. Amma bunu borc kimi verdiyimi və evlilikdən sonra qaytaracağını dedim. Çünki o pulu məndən alarkən evlərinin […]

Azərbaycanlı milyonçuya görə ərindən boşanan, erotik səhnələri və gözəlliyi ilə dünyanı fəth edən qadın – FOTOLAR

«Bir qadının seks həyatı yoxdursa özünü öldürməlidir» O, illərdir hər kəsi özünə heyran etməyi bacarır. Monika Anna Maria Belluççi 1964-ci ildə sentyabrın 30-da İtaliyanın Citta di Castello kəndində anadan olub. Ailənin tək övladı olan və çox sadə ailədə böyüyən Monikanın  gözəlliyi başına böyük bəlalar açmasına baxmayaraq o, sübut etmək istəyirdi ki, gözəl qızlar heç də […]

Prezident Cəlilabad rayonuna yeni icra başçısı təyin etdi

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Azərbaycanda bahalaşma gözlənilir?

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkə başçısının sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Hələ bu sərəncama qədər ölkədə bəzi məhsullar, xüsusilə dizel yanacağının qiyməti ilə bağlı bahalaşma olacağı anonsları verilirdi. Maraqlıdır, seçkiqabağı dövrdə ölkə iqtisadiyyatındakı mənzərə necə olacaq? Milli Məclisin iqtisadi siyasət, […]

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin edib

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib. APA-nın məlumatına görə, MSK-nın qərarına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib. Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728