“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

“Nar” 21 fevral 2018-ci il tarixində “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görüldü. Təşkilatçılar “Nar”-ın müasir trendlərə uyğun biznes modelini və müştəri yönümlülüyü ilə seçilən fəaliyyətini yüksək qiymətləndirdi.   “İlin ən yaxşı mobil operatoru” adına layiq görülməsinin səbəbi kimi “Nar”-ın dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi, irihəcmli […]

“Premium Clinic”də həkim səhlənkarlığı: “Boğaz əti yerinə, dilçəyini kəsdi…” (FOTOLAR)

Azərbaycan Respublikası, Astara rayonu Siyaku kənd sakini 1991-ci il təvəllüdlü Mahmudov Nurlan Tehrab oğlu 26.12.2017-ci il tarixində Bakı şəhəri, Nəsimi r-nu., A.Məhərrəmov küç., 25B ünvanında yerləşən “Premium Clinic”də burun-boğaz (Burun çəpərinin əyriliyi. Xroniki tonzillit d-kom olunmuş forma) əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olub. Bu barədə Nurlanın qardaşı İlkin Mahmudov Unikal.org-a şikayətində deyib. O, qardaşının başına […]

Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, Sərəncamda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti xüsusi vurğulanıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası […]

Sən nə yamansan, a buz!

Amal Abuşov Biz dərsə gedən qoçaq uşaqların buz üstünə çıxmasını, sonra da sürüşüb üzü üstə yerə dəyməsini rəhmətlik Mirzə Ələkbər Sabirin şeirindən bilirdik. Sevə-sevə əzbərləmişik. Elə əzbərləmişik ki, illər keçsə də, yadımızdan çıxmır. Uşağın buz üstünə çıxanda yıxılması təbii hadisədi. Elə sıravi insanların buzlu-qarlı yollarda yıxılması, qol-qıçını əzməsi də adi qarşılanır. Amma Qış Olimpiadasına qatılan […]

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib. “Report”un xəbərinə görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib. Polis faktla […]

“Boko Haram” 111 məktəbli qızı qaçırdı

“Boko Haram” terrorçuları Nigeriyanın şimalında yerləşən Yobe əyalətinin Dabçi bölgəsinə basqın edərək, 111 məktəbli qızı qaçırıblar. Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisədən dərhal sonra Nigeriya prezidenti Məhəmməd Buharinin tapşırığı ilə ölkənin daxili işlər və müdafiə nazirləri vəziyyəti araşdırmaq üçün Yobe əyalətinə yollanıblar. Bu barədə ölkənin informasiya naziri Lai Məhəmməd məlumat verib. Yobe əyalətinin […]

Gürcüstandan gələn maşınlar haqda şok faktlar- Müsahibə

Cumhuriyyet.net “VİP Escort” şirkətinin rəhbəri, avtomobil bazarı üzrə ekspert Rəşad Quliyevin Fins.az-a verdiyi müsahibəni təqdim edir: -Azərbaycan ikinci əl avtomobil bazarı əsasən Gürcüstanla əlaqəlidir. Tez-tez xarici bazarlarda olursuz. Azərbaycana bu ölkədən əsasən hansı avtomobillər gətirilir? -Gürcüstanda satılan avtomobillər əsasən Amerikadan gətirilir. Bunlar əsasən vurulmuş, əzilmiş, hava yastıqları açılan avtomobillərdir. Bu avtomobillər Gürcüstan təmir edilir və Azərbaycan, […]

Daha bir erməni əsgəri öldü

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri ölüb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə fevralın 22-də səhər saatlarında baş verib. Məlumata görə, 1998-ci il təvəllüdlü əsgər Qrigor Yeqoyan müəmmalı şəkildə ölüb. Faktla bağlı araşdırma aparılır.

Rayonlarda kinoteatrlar kütləvi şəkildə özəlləşdirməyə çıxarılır

Bakıda kinoteatr binalarının sökülməsindən sonra bölgələrdəki oxşar mədəniyyət mərkəzlərinin kütləvi şəkildə ləğvinə başlanılıb. Virtualaz.org Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu il ərzində özəlləşdiriləcək dövlət əmlaklarının siyahısına rayonlarda yerləşən 15 kinoteatr da daxil edilib. Bura Quba rayonunda yerləşən “Nizami”, Şamaxıda “Şirvan”, Tovuzda “Şəfəq”, Astarada “Azərbaycan”, Gədəbəydə “Aydınlıq”, Gəncə şəhərindəki “Xronika” kinoteatrı və digərləri […]

Offşorlar və milyardlar: deputatlar hökuməti bütün sirləri açmağa çağırır

Britaniya parlamentinin deputatları Birləşmiş Krallığın dəniz ərazilərində və protektoratlarında çirkli pulların yuyulmasına, sanksiyalardan və vergilərdən yayınmalara imkan yaradılmasının ləğvinə çağırırlar. Virtualaz.org “The Guardian” qəzetinin məqaləsinə istinadən bildirir ki, “Paradise papers” və “Panama papers” sənədləri üzrə araşdırmaların üzə çıxardığı mühüm tapıntılar hazırda Britaniya parlamentində müzakirə olunan, sanksiyalar və çirkli pulların yuyulmasına qarşı mübarizəni nəzərdə tutan qanunun […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728