Yaz fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı

Yaz fəsli Azərbaycana martın 20-si saat 20:15:30-da gələcək. Cumhuriyyet.net-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov AzərTac-a bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir: “Həmin vaxt Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. […]

İlham Əliyev Hüseynova general rütbəsi verdi

Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, sərəncamla Tofiq Vaqif oğlu Hüseynova general-mayor ali hərbi rütbəsi verilib. Prezident başqa bir sərəncamla Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə Şəmsəddin Səftər oğlu Heydərova “Əməkdar həkim” fəxri adı verib.

Azərbaycanda yeni porno fırıldağı – Sizə bu mesaj gəlirsə aldanmayın – FOTOFAKT

Azərbaycanda ağıllı telefonlar vasitəsilə internetdən istifadə edənlər qəribə fırıldaqla qarşılaşırlar. Cumhuriyyet.net-in  minval.info-ya istinadən verdiyi məlumata görə, hansısa vebsayta daxil olmaq istəyərkən istifadəçilər guya Daxili İşlər Nazirliyindən gələn xəbərdarlığı görürlər. Fırıldaqçıların DİN-in adından göndərdiyi bildirişdə pornoqrafik saytlara daxil olanlardan 80 manat cərimə ödəməkləri tələb edilir və əgər 6 saat ərzində məbləğ ödənilməzsə cinayət işinin açılacağı deyilir.  Bildiriş mətnində […]

Röya ilə sevgili olduğu deyilən oğlanın general atası: “Bu barədə oğlumla da danışmışam”

Bir neçə gün bundan əvvəl Azərbaycanın əməkdar artisti Röya Ayxanın yeni sevgi münasibətinə başlaması ilə bağlı xəbər yayılmışdı. Yayılan xəbərdə Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, general-leytenant Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşadığı bildirilirdi. 35 yaşlı müğənninin sevgilisinin özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovun olduğu qeyd edilmişdi. Cumhuriyyet.net xəbər verir ki, […]

Ərdoğan: “Onların məqsədi İslamı parçalayıb zəiflətməkdir”

“Heç kimin dinimizi karikaturalaşdırmaq haqqı yoxdur. Biz dində islahat aparmırıq. Bu bizim ixtiyarımızda və gücümüz daxilində olan məsələ deyil”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib. O qeyd edib ki, Əl-Qaidə, İŞİD, Boko Haram kimi terror qruplar İslamı təhrif edirlər: “Bəziləri sosial şəbəkələrdə mənə […]

“Sumqayıt”da yeni prezident – rəsmi

“Sumqayıt” Futbol Klubunun yeni prezidenti bəlli olub. Qol.az saytının məlumatına görə, klubun yeni rəhbərinin adına Müşahidə Şurasının növbəti iclasında aydınlıq gəlib. Klubun saytının yaydığı xəbərdə bildirilir ki, iclasda iştirak edən üzvlərin səs birliyi ilə RəfiyevRIAD Rasim oğlu “Sumqayıt”ın prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. O, sonuncuların qərarı ilə prezident təyin olunub. Qeyd edək ki, R.Rəfiyev bunadək […]

Bu ölkədə ev puluna 1 fincan kofe alırlar

Venesuelada ötən qeydə alınan 2600% inflyasiyanın bu il 13 000%-ə çatmağı gözlənilir. Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, sürətli qiymət artımı ilə mübarizə apara bilməyən ölkədə istifadəyə buraxılan pulun kağızı özündən daha dəyərlidir. 4 dollar qarşılığında bir torba pul alan venesuelalılar bu məbləğə sadəcə 1 fincan kofe əldə edə bilirlər. Bu qiymətə 15 il əvvəl […]

Ziya Məmmədovun qardaşı oğlunun 200 min dollarlıq işi

Ziya Məmmədovun qardaşı oğlunun 200 min dollarlıq işi – bankın filial müdiri məcburi gətiriləcək Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. İşə hakim Azər Paşayevin […]

“Lotu Quli” məşhur serialda – VİDEO

Rusiyada kriminal aləmdən bəhs edilən “Kaçeli” (“Yellençək”) adlı serial çəkilir. Cumhuriyyet.net Yenicag-a istinadən xəbər verir ki, sözügedən serialda azərbaycanlı “qanuni oğru” Nadir Səlifovdan da bəhs edilir. Sizə təqdim etdiyimiz kadrda “Lotu Quli”nin ünvanına tərif yağdırılır, onun “obşaq”a daima pul göndərdiyi bildirilir. Qeyd edək ki, sözügedən serialın rejssoru Vladimir Zinkeviçdir.

“On minlərlə məhkəmə çəkişməsi var” – Deputat problemli kreditlərlə bağlı AMNİSTİYA təklif edir

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanuna görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək. Əhali və banklar üzərində böyük yükə çevirilmiş problemli kreditlər məsələsinin həll olunacağına ümidlər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031