Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni sədr seçdi

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransında qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş, yeni İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və sədr seçilmişdir.Qurumdan TİA.AZ-a verilən məlumata görə konfransın sonunda cəmiyyətin sertifikatlaşma üzrə kurslarının yekununda imtahanlarını uğurla vermiş şəxslərə sertifikat təqdim edilmişdir. AQC tərəfindən ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətlərini birləşdirən və əlaqələndirən yeni təsisat-Qiymətləndiricilər Şurası yaradılacaq”-deyən “Koneko Group” […]

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib. “ASAN kadr” Karyera Mərkəzinin təşkilati dəstək verdiyi yarmarkada müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkət iştirak edib. Yarmarkaya SOCAR, “Holcim”, “Təmiz Şəhər” ASC, “Schlumberger Logelko”, Gilan Holding, “Azərsun”, Ata Holding, “Bakcell”, “Azercell” kimi şirkətlərlə yanaşı aparacı banklar, sığorta və turizm şirkətləri və s. də qatılaraq vakansiya […]

İlham Əliyev ədliyyə, gömrük və miqrasiya işçilərinin maaşlarını artırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla […]

Azərbaycanda həbsxanada iki məhkum ölüb

Bakıda daha iki məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılanlar – 1965-ci il təvəllüdlü Mais Fazil oğlu Səfərov və 1951-ci il təvəllüdlü Fərman Nəriman oğlu Hüseynov xəstəlikdən ölüblər.

“Kapital bank”ın 1 illik gəlirinə “Real” futbolçu alıb

Neymarı satıb, “Azercell”i almaq olar – Futbolçulara verilən pullarla nələr almaq olardı? İsveçin “Telia” şirkəti “Azercell Telecom”dakı 51,3%-lik payını 222 milyon avroya satıb. Başda bu rəqəm gözümüzdə böyük görünsə də, sadəcə bir futbolçunun transfer qiyməti olduğunu nəzərə alsaq, yenidən düşünməliyik. Söhbət Braziliyalı hücumçu Neymardan gedir. 2017-ci ildə Paris Sen-Jermen Neymarı 222 milyon avro qarşılığında “Barcelona”dan […]

Avtovağzalda bilet fırıldağı – Sürücülər sərnişinləri belə aldadırlar – FOTO

Bakı Beynəlxalq Avtovağzalı öz vebsaytı vasitəsilə online bilet satışı da həyata keçirir. Ancaq sərnişinlər bu sistemin şəffaf işləmədiyini iddia edirlər. Sərnişinlərdən birinin Minval.info- a verdiyi məlumata görə, saytda satışa çıxarılan oturacaqların böyük hissəsinin satıldığı göstərilsə də, avtobus yola düşdükdən sonra yerlərin çoxu boş qalıb. Belə ki, sərnişin bilet alarkən 36 oturacaqdan 24-nün artıq satıldığını və […]

Mətbuat Şurası İdarə Heyətinin üzvləri və sədri seçildi- SİYAHI

Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib. Cumhuriyyet.net-in xəbərinə görə, bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib. Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət […]

Ağcabədidə 34 yaşlı kişi özünü yandırdı

Cumhuriyyet.net APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü Bəhruz Süleyman oğlu İbrahimov yaşadığı evin yaxınlığında üzərinə neft məhsulu tökərək özünü yandırıb. Dərhal xəstəxanaya çatdırılan B. İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, B. İbrahimov psixi xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə […]

Mal ətinin qiyməti bahalaşır

Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Məhsullarının Qiymət Məlumat Bazası mart ayı üçün qiymətləri açıqlayıb. Cumhuriyyet.net Fins.az-a istinadən xəbər verir ki, 8 km bazarında sümüksüz cavan qaramal ətinin 1 kq-ı 14 manata satılır. Hazırda bazarda sümüklü cavan qaramal ətinin 1 kq-ı 11 manat 50 qəpiyə, yaşlı sümüksüz mal əti 9 manata, yaşlı sümüklü mal əti isə, 7 […]

Müğənni Jeyson Derulo DÇ 2018-in himnini təqdim edib- VİDEO

Amerikalı müğənni Ceyson Derulo Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi himnini təqdim edib. “Report” xəbər verir ki, bəstə “Coca-Cola” şirkəti ilə birlikdə ərsəyə gətirilib. Derulo mahnını iyunun 14-də Moskvanın “Lujniki” stadionunda Rusiya – Səudiyyə Ərəbistanı matçından əvvəl keçiriləcək turnirin açılış mərasimində ifa edəcək. Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031