Azərbaycan Respublikaçılar Partiyası üzvlərini fəallığı artırmağa çağırıb

12 mart 2018-ci il tarixdə Azərbaycan Respublikaçılar Partiyasının İdarə heyətinin toplantısı keçirilib. Yığıncaq aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərinə həsr olunub. ARP-nin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov çıxışında bildirib ki, Azərbaycanda aprelin 11-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri Azərbaycan Respublikası Konstitusiyasına və beynəlxalq öhdəliklərə tam uyğundur. O qeyd edib ki, ölkəmizin […]

Cəlil Xəlilov: “Daxili Qoşunlar təhlükəsizliyimizin təminində hər zaman əlahiddə rol oynayıb”

Bu gün DİN-nin Daxili Qoşunlarının yaranmasının növbəti ildönümüdür. Azərbaycanın ərazi bütövlüyünün təminatında , erməni təcavüzünə qarşı mübarizədə, habelə ölkədaxili sabitliyin qorunmasında yaxından iştirak edən Daxili Qoşunlar, bu gün də ölkəmizin təhlükəsizliyinin əsas qarantlarından biri hesab edilir. Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Daxili Qoşunların […]

Deputatlarımız hiyləylə qalib oldu – Onların əvəzinə keçmiş futbolçular oynayıb – FOTO

Bakıda Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuş parlament komandalararası beynəlxalq futbol turniri başa çatıb. Minval.info xəbər verir ki, turnirin finalında Azərbaycan və Ukrayna deputatları qarşılaşıblar. Görüş azərbaycanlı millət vəkillərinin 2:1 üstünlüyü ilə yekunlaşıb. Lakin turnirdə bizim deputatların əvəzinə, keçmiş futbolçuların oynadığı bildirilir. Belə ki, komandamızda 5 veteran oyunçunun yer alıb. Amma onlar […]

Daxili Qoşunların yaranmasının 26-cı ildönümü qeyd olunub

Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 26 il ötür. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının növbəti ildönümünə həsr olunmuş  təntənəli mərasim keçirilib. Mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov iştirak ediblər. Daxili işlər nazirinin müavini – Daxili Qoşunların […]

Oleq Tabakov vəfat etdi

SSRİ-nin xalq artisti Oleq Tabakov 82 yaşında vəfat edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb. Aktyor xəstəxanada dünyasını dəyişib. O.Tabakov dekabr ayında süni komaya yerləşdirilib. Yanvar ayında aktyorun ağ ciyərləri süni ventilyasiya aparatına qoşulub. Oleq Tabakov “Hərb və Sülh”, “Baharın on yeddi anı”, “On iki stul”, “Dartanyan və üç muşketyor”, “Moskva göz yaşlarına […]

Pensiyanın gülünc formada qalxması

Pensiyaları güya artırdılar.Cəmi üç manat altmış qəpik pensiyalar artdı.Minimum əmək haqqını artırdılar.Yüz otuz manatdan yüz səksən manata qaldırdılar.Xalqı ələ salırmışcasına hətta deputatlardan biri deyir ki,yüz səksən manat çoxdur,bu pulla əla dolanmaq olar.Bunu deyən deputatların övladlarının ciblərinə həmən pulu qoysan evdən çölə çıxmazlar.Deyərlər ki, yüz səksən manat o qədər azdır ki,sanki biz pulsuz kimiyik.Övladları bir günlük […]

Yarmarkalar gözdən pərdə asmaq üçündür? – Günün sualı

Azad İstehlakçılar Birliyinin sədri : “Nazirlik əməkdaşları bahalı kostuyumların geyinib, qalstukların vurub gəlib qiymət tənzimləməməlidirlər” “Kənd Təsərrüfatı Nazirliyinin adamları ayaqlarına rezin çəkmə geyinib kənd təsərrüfatı ilə məşğul olan insanların yanında olmalıdırlar. Çünki onlar kəndlilərə yaşı əkməyi-biçməyi öyrətməlidirlər”. Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov son zamanlar yarmarlakarda qiymətlərin marketlərdən də baha olması məsələsini PİA.AZ-a şərh edərkən qeyd […]

Binəqədidə azı 10 maşın yağan yağışın qurbanı oldu – SƏBƏB (FOTO)

Bu gün Bakıya yağan yağışlar yenə problemə yol açıb. Minval.info xəbər verir ki, o qədər kəskin olmayan hava şəraitindən sonra Binəqədidə nəqliyyat vasitələri üçün çətinliklər yaranıb. Eyni adlı qəsəbənin mərkəzində meydana çıxan çatışmazlıq səbəbindən 10-a yaxın avtomobil zərər görüb. Qəsəbənin mərkəzində “sentralni” adlanan ərazidə kanalizasiya lyukunun qapağının olmaması nəqliyyatın hərəkətinə əngəl yaradıb. Belə ki, bu yoldan […]

Almaniyada polis işləyən azərbaycanlı Nurlana: “Onlar mənə gülüb, lağa qoyurdular” – FOTOLAR

Bu gündən etibarən xarici ölkələrdə uğur qazanan, ölkəmizin adını yüksəldən şəxslərlə müsahibələri təqdim edəcəyik. Beləliklə, “Elçilərimiz” adlanan rubrikanın ilk qonağı Almaniyada polis komissarı çalışan 29 yaşlı Nurlana Atakişiyevadır. Alman, rus, türk, ingilis və fransız dillərində danışa bilən müsahibimiz ana dilimizi də unutmayıb. Onun haqda mətbuatda və sosial şəbəkələrdə çox yazılsa da, xanım ölkə mediasına ilk […]

67 nəfərin olduğu təyyarə qəzaya uğradı: 50 ölü, 17 yaralı var (YENİLƏNİB/FOTO/VİDEO)

İlkin məlumata görə, Nepalın paytaxtı Katmandunun hava limanında təyyarənin qəzaya uğraması nəticəsində 50-dək insan ölüb, 17 nəfər xəsarət alıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb. Nepalın paytaxtı Katmanduda yerləşən Tribhuvan Beynəlxalq Havalimanında təyyarə qəzası qeydə alınıb. Cumhuriyyet.net BBC-yə istinadən xəbər verir ki, Banqladeşin “US-Bangla” havayolu şirkətinə aid təyyarə eniş edən zaman qəzaya uğrayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasetmə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031