Kitabxana etikası haqqında ilk kitab

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli ilə həmin  institutun Beynəlxalq əlaqələr şöbəsimin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun birgə yazdıqları və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” adlı kitab işıq üzü görmüşdür. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar […]

İsmayıllıda ilk dəfə səs verən gənclərin iştirakı ilə dəyirmi masa keçirilib-FOTO

13 mart 2018-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən İsmayıllı Peşə Tədris Mərkəzinin akt zalında  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin ( Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrası ilə bağlı  Peşə Tədris Mərkəzinin şagirdləri, […]

BSU-da Bolqarıstanın Avropa İttifaqı Şurasına sədr seçilməsinə həsr edilmiş beynəlxalq tədbir keçirilib

Martın 13-də Bakı Slavyan Universitetində (BSU) Bolqarıstan Respublikasının Avropa İttifaqı (Aİ) Şurasına sədr seçilməsi ilə bağlı  beynəlxalq tədbir keçirilib. Tədbirdə Avstriya, Macarıstan, Türkmənistan, Serbiya, Xorvatiya, Misir, Yunanıstan, Litva, Niderland, Fələstin, Ruminiya, İsveç , ABŞ, Rusiya, Norveç, Polşa,Yaponiya və digər ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Avropa İttifaqı, Avropa Şurası rəsmiləri iştirak ediblər. Qonaqlar əvvəlcə BSU-nun […]

İlham Əliyev yazıçı Anarı təltif və təbrik edib

Prezident İlham Əliyev Anar Rəsul oğlu Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net-in verdiyi xəbərə görə, yazıçı Anar Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. Dövlət başçısı həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarı 80 illiyi münasibətilə təbrik edib. “Hörmətli Anar müəllim! Sizi – […]

Serial aludəçiliyi: Bu təhlükədən qorunmanın yolu varmı?

Seriallar dilimizə və psixologiyamıza nə qədər ziyan vurur?; Doğrudanmı Azərbaycanda istedadlı və intellektual ssenaristlər, rejissorlar və aktyorlar heç yoxdur?; Dövlətin bu bayağı, təlxək obrazları ilə dolu olan və heç bir cəlbediciliyə malik olmayan serialları maliyyələşdirməsi doğrudurmu?.. Elçin Əlibəyli: “Azərbaycan Dövlət Televiziyası il ərzində büdcədən 56 milyon manat vəsait əldə edir. Bəs nəyə görə Azərbaycan Dövlət […]

Siqaretin əsəbə təsiri

Gündə azı 10 siqaret çəkən insanlar çəkməyənlərlə müqayisədə daha əsəbi olurlar. Novator.az-ın məlumatına görə, Finlandiya Elmlər Akademiyasının professoru Yuko Miettunen apardığı tədqiqat nəticəsində bu qənaətə gəlib. Professor “Acta Psychiatrica Scandinavica” jurnalında dərc etdirdiyi məqaləsində bildirir ki, hər gün və gün ərzində tez-tez siqaret çəkmək əsəbiliyi artırır. Erkən yaşlarından siqaret çəkənlərdə əsəbilik daha çox olur. Yuko […]

Xızıdakı bu baxçada uşaqların həyatı təhlükədədir — FOTO

Xızı rayonu Yeni Yaşma kəndində uşaqların həyatı təhlükə altındadır. Cumhuriyyet.net-in“Ölkə.Az”-a istinadən məlumatına görə, son günlər yağan yağışlar nəticəsində kəndin uşaq baxçası yarımadanı xatırladır. Ətrafını su basmış müəssisəyə yalnız bir istiqamətdən giriş-çıxış var. Yerli sakinlərin bildirdiyinə görə, hər qış övladları eyni təhlükəni yaşamaq məcburiyyətində qalırlar. Mövzunu diqqətdə saxlayacağıq.

Donald Tramp Tillersonu qovdu

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib. Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp qərar qəbul edib. Onun yerinə Mərkəzi Kəşfiyyat Agentliyinin sədri Mayk Pompeogətiriləcək. Pompeonu isə onun köməkçisi vəzifəsini icra edən Cina Haspel əvəzləyəcək. Dəyişikliyi Donald Tramp “Twitter” hesabından təsdiqləyib. Prezident Tillersona təşəkkür edib və yeni dövlət katibi Pompeonun bu vəzifədə uğurlu olacağına əminliyini qeyd edib.

Məktəb bufetlərində xaos və… aşkar korrupsiya əlamətləri

Azərbaycanda təhsil müəssisələrində qidalanma üzrə dövlət standartları mövcud olsa da bu sahədə əsl xaos hökm sürür. Virtualaz.org Azərbaycan məktəblərində bufetlərin vəziyyətini və bu sahədə fəaliyyətin necə qurulduğunu araşdırmağa çalışıb. Ortaya çıxan nəticə budur ki, məktəblərdə uşaqlara zərərli qidaların satışı sahəsində vəziyyət dəyişməyib, üstəlik məktəb bufetlərinin fəaliyyətinin təşkili ilə bağlı ciddi korrupsiya əlamətləri mövcuddur. Məktəblərdə uşaqlara […]

Gənc şair Mikayıl Müşfiqi təhqir etdi – FOTO

Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm. Oxu.Az-ın xəbərinə görə, bunu öz “Facebook” statusunda Elşad Barat adlı gənc şair yazıb. E. Barat iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin – red.) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür. “Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031