AZAL-a məxsus təyyarədə partlayış olub – Fotolar

İstanbuldakı Atatürk hava limanında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində partlayış baş verib Türkiyə mediası  xəbər verir ki, partlayışa ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində baş verib. Bakı – İstanbul reysini həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 12.50-də Atatürk hava limanına enib. Ekipaj üzvü sərnişinlərin təyyarədən enməsi üçün qapıları açmağa başlayanda […]

Azərbaycan prezidenti Əlibəy Hüseynzadənin qızını “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Azərbaycan mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net-in xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilsin. Qeyd edək ki, Azərbaycanın tanınmış şəxsiyyətlərindən olan Əlibəy Hüseynzadənin kiçik qızı Feyzavər Alpsar Memar […]

Ənvər Əliyevə Prezidentin fərdi təqaüdü verilib- Sərəncam

Prezident İlham Əliyev Ənvər Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb Sərəncamda qeyd olunur ki, Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ənvər Adil oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Zaur efirə hamam xalatında çıxdı – Video

Azərbaycanın tanınmış aparıcısı Zaur Baxşəliyev canlı efirə hamam geyimində çıxıb.  “Qafqazinfo” xəbər verir ki, o, aparıcısı olduğu “Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında maraqlı addım atıb. Proqram başlayanda xanımı Günay Baxşəliyevanın mətbəxtdə olduğunu görünüb. Daha sonra Zaur hamamdan çıxdığını, qazın bitdiyini söyləyib. Həmin görüntüləri təqdim edirik.

Bir gündə 10 nəfər öldü – Dəhşətli statistika

Azərbaycanda martın 16-da baş verən cinayət hadisələrinin statistikası açıqlanıb. Cumhuriyyet.net DİN-ə istinadən xəbər verir ki, ölkə ərazisində gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb. Axtarışda olan 23 nəfər saxlanılıb. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Rusiya 23 Britaniya diplomatını ölkədən çıxarmaq haqqında qərar qəbul edib

Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb. APA-nın “Independent”ə istinadən verdiyi xəbərə görə, Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkədən çıxmaq üçün diplomatlara bir həftə vaxt verilib. Qərar açıqlanmazdan bir neçə saat öncə isə, Britaniyanın Rusiyadakı […]

Sumqayıtda “Karvan”da yanğından 325 min manat zərər çəkmiş sahibkarlar Zakir Qaralova müraciət edirlər

Cumhuriyyet.net-in redaksiyasına Sumqayıt şəhər sakinləri -Füzuli Quliyev, icarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən  baş prokuror Zakir Qaralova ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Şikayətçilər müraciətlərində  bildirirlər ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməkləri həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan” ın rəhbərliyi tərəfindən təsdiqlənsə də onlara dəyən zərər ödənilmir.Sahibkarlar […]

Ailəsi ilə vaqonda yaşayan əlil köçkün şikayət edir: ““Qaçqınkom”un nəvələrinin milyonluq maşın kolleksiyası var, amma mənə 6-7 ədəd şifer vermədilər…

“Qafqaz Xəbər” qəzetinin redaksiyasına Laçın rayonundan məcburi köçkün Quliyev İsak Qulu oğlu tərəfindən ölkə prezidentinə və birinci vitse-prezidentə ünvanlanmış şikayət məktubunun surəti daxil olmuşdur. Məktubunda 6 nəfərdən ibarət ailəsi ilə birlikdə acınacaqlı ev şəraitində-dəmir vaqonda yaşayan əill vətəndaş Əli Həsənovun sədri olduğu Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin ona adi şiferi belə qıymamasından, amma […]

“Nar” ölkə ərazisində satış şəbəkəsini gücləndirir

“Nar” ölkə üzrə bütün satış təmsilçiləri ilə ilin nəticələrinə həsr olunmuş görüş keçirib. Görüşün əsas məqsədi ötən ildə əldə edilmiş nailiyyətlərin müzakirəsi və 2018-ci ildə “Nar”-ın satış strategiyasının əsas istiqamətlərinin müəyyən edilməsi idi. Görüş zamanı ötən il bütün ölkə boyunca satış nöqtələrinin sayının artaraq 1647-yə çatdırıldığı qeyd olundu. Bölgələrdə yaşayan “Nar” abunəçilərinə xüsusi diqqətin ayrılması […]

11-ci sinif şagirdinin özünü güllələməsinin səbəbi: – “Ailəsi yarışa buraxmayıb”

Şəkidə 11-ci sinif şagirdinin özünü güllələməsinin təfərrüatı məlum olub. Şorsu kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Firəngiz Qalib qızı Əzizova ailəsi tərəfindən idman yarışına buraxılmadığı üçün özünü öldürmək istəyib: “Firəngiz hansısa idman komandasının üzvüdür. Yarış keçirilirmiş. Onu evdən yarışa buraxmayıblar. Ailəsi buna imkan verməyib. Qız da buna görə özünü öldürmək istəyib”. Sakinlər qeyd edib ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031