Prezident Biləsuvarda xalça istehsalı emalatxanasının yaradılmasına 2 milyon manat ayırıb

Prezident İlham Əliyev aprelin 3-də “Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət […]

“Whatsapp”da səs və görüntü yayıldı, polis hərəkətə keçdi – Video

Sumqayıt şəhərində orta məktəb və bağça yaxınlığında şübhəli şəxsin olması barədə məlumatlar yayılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, “Whatsapp” sosial şəbəkəsi üzərindən yayılan auido və video məlumatlarda orta yaşlı bir kişinin azyaşlılardan ünvan soruşub, sonra isə uşaqlardan onu həmin yerə aparmalarını və orada seksual xarakterli hərəkətlər etdiyi iddia olunub. Həmin şəxsin təhlükəsizlik kamerasından görüntüləri də əldə […]

Əbdülhəmidə göndərdiyi məktub 119 il sonra üzə çıxdı: yəhudilərin başçısı sultandan nə istəyib?

Sionuzmin qurucusu və ilk yəhudi dövləti yaradılması fikrini ortaya atan Teodor Herlzın Osmanlı sultanı II Əbdülhəmidə göndərdiyi məktub ilk dəfə üzə çıxarılıb. Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktubda iddia edilənlərin əksinə Herlzın Osmanlı sultanından torpaq deyil, yerləşmək üçün ərazi istədiyi və bunun qarşılığında da Osmanlı dövlətinə limitsiz kredit təklif etdiyi qeyd olunub. Arxiv məlumatlarına görə, şəxsən […]

Futbol oyunu zamanı ölən futbolçular – VİDEOLAR

Hər idman növündə olduğu kimi futbolda da insan ölümləri görülə bilir. Xüsusilə 90 dəqiqə meydançada bir yerdə dayanmayan futbolçular üçün risk hər zaman var. Sonuncu belə futbolçu ölümü isə Mart ayının 4-ündə baş verib. “Fiorentina” klubunun kapitanı, sabiq “Milan”-lı Davide Astori qaldığı oteldə ölü olaraq tapıldı. Bu gün isə biz, Minval.İnfo saytı olaraq meydançada, minlərin gözü qarşısında […]

Məşhur ginekoloq Səbinə Mirzəyeva vəfat etdi

“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib. Bu barədə “Qafqazinfo”ya “Baku Medical Plaza”nın plastik cərrahı Sirus Qoçqani məlumat verib. Onun sözlərinə görə,  həkimin qəflətən təzyiqi qalxıb, beyninə qan sızıb və vəfat edib.

Rusiyada saray intriqaları: Milyarderin həbsi baş nazir Medvedevə zərbədir

Xəbər verildiyi kimi, bazar günü rusiyalı milyarder Ziyavudin Maqomedov özünün şəxsi təyyarəsində ailəsi ilə birlikdə Mayamiyə istirahət etmək üçün hərəkət edərkən həbs olunub. Hüquq-mühafizə orqanları onu mütəşəkkil cinayətkar dəstə qurmaqda və külli miqdarda maliyyə vəsaitini (2,5 milyard rubl) talan etməkdə təqsirləndirirlər. “Maqomedova yaxın 3 şəxs onun hakimiyyətin yuxarı çevrələrində gedən müharibələrin qurbanı olduğunu söyləyirlər”, – “Financial […]

Oqtay Əsədov deputatlara əsəbiləşdi: – “Deyəsən, boğazları quruyub”

Milli Məclisin sədri Oqtay Əsədov deputatlara iradını bildirib. AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı qanunun qəbul edilməsi üçün səsvermədə deputatların sayı kifayət etmədiyindən məsələ səsvermədən keçməyib. Spiker buna əsəbləşərək “deputatları çağırın, deyəsən, boğazları quruyub, çox çay içirlər” deyib. Sonra yenidən səsvermə keçirilib.

Bakıda qəbir yerlərinin qiymətləri məlum olub

Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Cumhuriyyet.net  Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib. O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz […]

Fazil Mustafa: Bu qədər orden və medallar nəyə lazımdır?

Parlamentin aprelin 3-də keçirilən plenar iclasında  “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi geniş müzakirələrə səbəb olub. Oxu.Az-ın xəbərinə görə, millət vəkili Fazil Mustafa ölkədə orden və medalların sayının […]

DTX-nin tutduğu baş redaktor ifadə verməkdən imtina etdi

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Surxay Əliyevə ifadə vermək təklif edilib. S.Əliyev qısa ifadəsində özünü təqsirli bilmədiyini, istintaqda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30