Azərbaycan idmançıları seçkilərdə Prezident İlham Əliyevə dəstək marafonuna qoşulublar – VİDEO

Azərbaycan idmançıları 11 apreldə keçiriləcək Prezident seçkilərində İlham Əliyevə dəstək üçün elan olunan marafona qoşulublar. “Report” xəbər verir ki, marafonu peşəkar kikboksinq üzrə dünya çempionu Zabit Səmədov başlayıb və digər idmançıları estafeti davam etdirməyə çağırıb. Ötən həftə ərzində estafeti sərbəst güləş üzrə Avropa və 3 qat dünya çempionu Hacı Əliyev, kikboksinq üzrə dəfələrlə dünya və […]

AXC-nin 100 illiyi ilə bağlı “moneta” hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı yubiley sikkəsi (moneta) buraxacaq. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Elman Rüstəmov jurnalistlərə məlumat verib. O, Cümhuriyyətin 100 illiyi ilə bağlı yubiley monetasının hazırlandığını bildirib: “Həmin moneta ölkəyə hazırlanıb gətiriləcək və təqdimat prosesi olacaq”.  

Prezident: “Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb”. Cumhuriyyet.net-in xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı bildirib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” konfransında qəbul edilən qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir.

Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb

 Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, aprelin 8-i və 9-da Ermənistan kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan ordusunun […]

“Hafka”nın oğullarının bankı onun şirkətini məhkəməyə verib

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini məhkəməyə verib. “Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə borcun qaytarılması barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Lakin kredit borcun məbləği açıqlanmır. Qərardan narazı qalan bank apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində […]

Beynəlxalq Bankın şöbə müdiri ölkədən qaçarkən tutuldu-FOTO

Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının “Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb. Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti (1 milyon manatdan artıq) mənimsəyib. Onun, hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir. […]

“Lotu Quli”nin tərəfdaşı olan “qanuni oğru” Türkiyədə öldürüldü – Təfərrüat

Dünən gecə saatlarında Türkiyədə 60 yaşlı “qanuni oğru”, kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb, yanında olan 27 yaşlı övladı isə ayağından yaralanıb Hadisə Antalyanın Kəmər rayonunda kriminal avtoritetin evinə bir neçə metr məsafədə baş verib. Belə ki, maskalı 2 killer kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadzeyə və oğluna […]

“Azərpoçt”a yeni baş direktor təyin edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib. Cumhuriyyet.net  Şirkətə istinadən xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir. O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib. E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti […]

Səhiyyə nazirinin müavini vəfat edib

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, A. Vəlibəyov aprelin 8-də 71 yaşında dünyasını dəyişib. A. Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. 1971-1974-ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə […]

Azərbaycanda daha bir süpürgəçini maşın vurub öldürdü

Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Cumhuriyyet.net -in Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30