Növbəti seçki saxtakarlığı

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı müxalifәtin boykot etdiyi seçkilərdə səslərin 80 faizindən çoxunu qazanıb. ELS araşdırma mərkəzinin keçirdikləri exit-pollun rәyinә görə Əliyev səslərin 82,5 faizini alıb. “Opinion Way” şirkətinin rәyinә görә isә 86,5 faiz dəstək verilib. ELS-in məlumatına görə kiçik hökumət partiyasının lideri Qüdrət Həsənquliyev ikinci yerdə qәrarlaşıb. Seçkidә seçicilərin sayı 68 faiz olub. […]

Səsvermə başa çatıb

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar bu gün saat 08:00-da başlayan səsvermə başa çatıb. “Report”un xəbərinə görə, saat 19:00-da seçki məntəqələrinin qapıları bağlanıb. Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq. Ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 4 milyondan çoxu səsvermədə iştirak edib (yaxın dəqiqələrdə dəqiq rəqəm açıqlanacaq). Azərbaycanda 125 seçki dairəsi var. […]

Ramiz Mehdiyev səs verdi – VİDEO

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev prezident seçkilərində səsvermədə iştirak edib. Cumhuriyyet.net məlumat verir ki, R. Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

DİN jurnalistə qarşı zorakılığı araşdırır

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində jurnalist Famil Fərhadoğluna (İbrahimov) qarşı zorakılıq hadisəsi baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan Famil Fərhadoğlu hücumuna məruz qalıb. Unikal.org saytının əməkdaşı üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin, mobil telefonu əlindən alınaraq, sındırılıb. Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal […]

Valyutadəyişmə məntəqələrində dollar tapılmır, 1 dollar 66 rubla satılır

ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Rusiyada rublun dəyərdən düşməsi prosesi bu gün də davam edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvanın valyutadəyişmə məntəqələrində artıq dollar qıtlığı yaranıb. Valyutadəyişmə məntəqələri dollara sürətlə artan tələbatı ödəməkdə çətinlik çəkir, banklardan daxil olan valyuta sürətlə satılıb qurtarır. Valyutadəyişmə məntəqələrindən birində “Business.FM.”-ə bildiriblər ki, onlarda dollar qıtlığı yoxdur, […]

MSK: Saat 17:00-dək 3 milyon 716 min 135 seçici səs verib

Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçici fəallığı barədə sayca dördüncü hesabatı təqdim edib. “Yeni Müsavat” – ın müxbiri MSK-nın İnformasiya Mərkəzindən məlumat verib ki, səsverməyə start veriləndən saat 17.00-a qədər ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3716135 nəfər seçici seçkidə iştirak edib. Bu da seçici fəallığının 69,93% olması deməkdir. Səsvermə saat 19.00-da başa […]

ABŞ prezidentinin bəyanatı rublu “vurdu”

Rus rublu ABŞ prezidentinin “Hazır ol, Rusiya, raketlərimiz gəlir!” bəyanatından sonra yenidən dəyər itkisi ilə üzləşib. Dollar/rubl məzənnəsi 65,0125 səviyyəsinə düşüb. *** Rusiyada rublun dollara nisbətdə məzənnəsi ucuzlaşmaqda davam edir. Dollar 1,74 rubl bahalaşaraq 64,76 rubl olub. Beləliklə, dollar/rubl məzənnəsi 2016-cı ilin dekabrında qeydə alınan rekordu yeniləyib. Avronun məzənnəsi isə 2,29 rubl bahalaşaraq 80,14 rubl […]

KİV: “Əsədin ailəsi İrana qaçır”

Suriya prezidenti Bəşər Əl-Əsədin ailəsi bu həftənin sonunadək Tehrana gəlməlidir. Bu barədə İran KİV-ləri məlumat verib. Xəbərdə deyilir ki, ABŞ-ın Suriyaya irimiqyaslı hərbi zərbə hazırlaması xəbərindən sonra Suriya başçısı Bəşər Əsədin ailəsi və Suriya hökuməti üzvlərinin ailələri Tehrana gedirlər. Suriya liderlərinin ailələrinin bəzi üzvləri artıq bir neçə gün əvvəl İrana köçüblər. Əsədə yaxın mənbənin sözlərinə […]

Donald Tramp: “Rusiya hazır ol, raketlər uçacaq”

“Rusiya hazır ol, raketlər uçacaq”. “Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb. “Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış”, -deyə o, vurğulayıb.

Prezidentliyə namizədlər kimə səs verib?

Prezidentliyə namizədlərin çoxu artıq səsvermə hüququndan istifadə edib. Cumhuriyyet.net xəbər verir ki, yenicag.az 11 aprel prezident seçkilərində qeydə alınmış namizədlərin harada və necə səs vermələrini müəyyənləşdirib: Araz Əlizadə bir qədər əvvəl 17 saylı Yasamal üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsində və özünə səs verib. Fərəc Quliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı seçki məntəqəsində səs verib. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30