11 aprel seçkiləri: daha bir saxtakarlıq – İlham Əliyevin 4-cü və bu dəfə 7 illik prezidentliyi demokratik standartlara cavab vermir

11 aprel 2018-ci ildə baş vermiş seçkilər həm seçkiöncəsi vəziyyətə, həm də seçki günündə baş verən total saxtakarlığa, qanun pozuntularına görə beynəlxalq normalara uyğun gəlməyən, cəmiyyətdə olan real siyasi güclər nisbətini əks etdirməyən, formal xarakter daşıyan, indiki prezidentin səlahiyyətlərini xalqın idarəsinə əsaslanmadan 7 il uzadılmasına xidmət edən qeyri-legitim bir proses idi. Bu seçki prosesi Azərbaycanda […]

Prezidentin köməkçisi ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçilərini tənqid edib

“Beynəlxalq Seçki Müşahidə Missiyasının prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Avropada bəzi qurumların tərəfdaşları ilə əməkdaşlığı hansı cür başa düşdüyünü yaxşı bildiyim üçün bəyanatın məhz indiki variantda verilməsi məni təəccübləndirmədi”. Cumhuriyyet.net -in məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovözünün “facebook” səhifəsində yazıb. “Hər şeydən əvvəl bu qədər şişirtmək heç […]

Milli Şuranın mitinqinə icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şurasının aprelin 14-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb və müsbət cavab verib. Cumhuriyyet.net xəbər verir ki, muxalifətin aprelin 14-də saat 15.00-dan 17.00-dək Yasamal rayonunda yerləşən “Məhsul” İdman Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirməsinə etiraz edilməyib.

“Lotu Quli”nin qardaşından gözlənilməz qərar

“Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun qardaşı Müşfiq Səlifov 2005-ci ildə Avropa Məhkəməsinə şikayət edib. Yenicag.az xəbər verir ki, o, Konvensiyanin 6.1 və 6.3-cu maddələrinin pozuntusunun tanınmasını tələb edib. Məhkəmə 2016-cı ildə kommunikasiyaya başlayıb. Bu gün məhkəmə qərarını elan edib. Lakin ərizəçı məhkəməyə məktub göndərərək ,işin aparılmasında maraqlı olmadığını bildirib. Buna görə […]

“”Kontakt Home” hüquqları pozmaqda davam edir, ehtiyatlı olun!”

“”Kontakt Home”şirkəti istehlakçıların hüququnu pozmaqda davam edir.” Minval.info-nun xəbərinə görə, bu barədə “Azar İstehlakçılar” İctimayi Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, şirkətdən şikayətçi Ziyafət Abbasova buradan aldığı və tələbatını ödəməyən malı qanunla nəzərdə tutulan vaxtda dəyişmək istəyib. Lakin bu, mümkün olmayıb. Z.Abbasova həmçinin aldığı malı qaytarmağa çalışsa da,  “Kontakt Home” onun istəyini yerinə yetirməyib. […]

Azərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLAR

Məşhurlarımızın dəfələrlə ən sadə suallara belə cavab verə bilmədiklərinin şahidi olmuşuq. Bəziləri Eynşteyni tanımır, bir çoxları isə nitqlərini düzgün qura bilmir. Azərbaycanlı məşhurların, sənət adamları, aparıcıların çox istifadə etdiyi “İnstagram”-da şəkillərə yazdıqları başlıqlar isə əksəriyyətinin Azərbaycan dilində bir cümləni belə normal yaza bilmədiklərini göstərir. Dilin normaları bir yana, çoxları heç Azərbaycan əlifbasını belə bilmir. “Ş” […]

“Facebook”dan Azərbaycan açıqlaması

“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq ötən gün ABŞ konqresinə ifadə verib. İfadə mətnində Azərbaycanla əlaqədar məsələ öz əksini tapıb. Cumhuriyyet.net xəbər verir ki, ifadə “Cambridge Analitica” şirkətinin 50 milyondan çox “Facebook” istifadəçisinin məlumatlarını oğurlaması və ABŞ, İngiltərədəki seçkilərə müdaxiləsi ilə əlaqədar olub. Son hadisələrdən məyus olduğunu dilə gətirən Zükerberq təhlükəsizlik tədbirlərini artıracağını vurğulayıb. Rusiyanın ABŞ-dakı prezident seçkilərinə […]

Skripalın qızı Rusiyanın köməyindən imtina etdi

Britaniyalı keçmiş cəsus Serqey Skripalın qızı Yuliya Skripal Rusiya səfirliyinin və əmisi qızı Viktoriyanın köməyindən imtina edib. Yuliya Viktoriya Skripalın Böyük Britaniyaya gəlməsini istəməyib. O, əmisi qızına göstərdiyi qayğıya görə təşəkkür edib və hazırda onunla əlaqə yaratmamağı tövsiyə edib. Y. Skripal bəyan edib ki, onun və atasının bəyanatı ilə Viktoriyanın dedikləri üst-üstə düşmür. Bundan başqa, […]

Bank xəzinədarı müştəriləri necə aldatdı — TƏFƏRRÜATLAR

“Muğanbank” ASC-nin xəzinədarı olmuş Azad Malik oğlu Əliyev və zərərçəkmiş İsmixanov Eldar Vəlixan oğlu Ali Məhkəməyə müraciət ediblər. “Ölkə.Az”ın məlumatına görə, məhkumun və zərərçəkmişin məhkəmə psosesinə hakim Əli Seyfəliyev sədrlik edəcək. İttihama görə, Azad Əliyev külli miqdarda dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib. Belə ki, Bakı […]

Ukrayna rəsmən MDB-dən çıxır

Moderator.az Ria Novosti-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko nazirlər kabinetinə Ukraynanın rəsmi olaraq MDB-nin təsisçi orqanlarından çıxmaq prosedurunu başlamağı haqqında göstəriş verdiyini bildirib. “Xahiş etdim ki, hökümətlə birlikdə, bizim MDB-nin təsisçi orqanlarında içtirakımızın rəsmi olaraq dayandırılması, eləcə də Minskdə müvafiq institutlarda Ukrayna nümayəndəliklərinin birdəfəlik olaraq bağlanması haqqında təklif hazırlasınlar”- Ukrayna prezidenti təhlükəsizlik […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30