Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

“Nar” önümüzdəki günlərdə Bakıda keçiriləcək Formula Qran Pri yarışları ərəfəsində şəbəkəsinin optimallaşdırılması istiqamətində müxtəlif işlər görüb. Mobil operator paytaxta gələcək sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün müvafiq işləri başa çatdırıb. Belə ki, ərazinin şəbəkə testləri tamamlanıb və şəbəkənin keyfiyyət ölçüləri müəyyənləşdirilib. Bakı şəhərinin mərkəzində şəbəkə tutumu maksimum optimallaşdırılıb, 4G (LTE-A) şəbəkə […]

Gömrük Komitəsinə yeni sədr təyin olundu

Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib. Cumhuriyyet.net-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Səfər Məmməd oğlu Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri  təyin edilib. Xatırladaq ki,  bu təyinatadək S.Mehdiyev Dövlət Gömrük […]

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı – Video

“Bu gün də rəhbər vəzifələrə təyinatlar olacaq”. Cumhuriyyet.net  xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə açıqlamasında deyib. O qeyd edib ki, prezidentin məqsədi ondan ibarətdir ki, nazir vəzifələrinə, ümumiyyətlə isə rəhbər vəzifələrə gənc və bacarıqlı, güclü mütəxəssislər, xarici dilləri bilənlər və  müasir tipli kadrlar təyin olunmalıdır: “Bunları da cənab prezident həyata keçirir.  […]

“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

23 aprel 2018-ci il tarixdə, Ümumdünya kitab günü ilə əlaqədar olaraq, “Nar” Bakıda yerləşən internat məktəblərindən birinə 100-dək kitab hədiyyə etdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarət idi.   Azərbaycan Respublikası Təhsil nazirliyi ilə birgə həyata keçirilən aksiya çərçivəsində təqdim edilən kitablar əsasən […]

Yeni baş nazir vəzifəsinin icrasına başlayıb

Azərbaycanın yeni baş naziri Novruz Məmmədov vəzifəsinin icrasına başlayıb. Cumhuriyyet.net-in xəbərinə görə, Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir. Bundan başqa, baş nazirin müavini Hacıbala Abutalıbov da vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar iclasında prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı məsələsi […]

Məhkəmə DTX-nin 1 milyon manatlıq iddiasını təmin edib, MTN generallarının rütbələri əllərindən alınıb

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün yekunlaşan məhkəmə prosesində Dövlət Təhlükəsizliyi Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunması barədə qərar çıxarılıb. […]

MİDA-ya rəhbərlik Sadiq Sadıqova tapşırıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) direktorunun səlahiyyətlərini qurumun direktor müavini Sadiq Sadıqov icra edir. Cumhuriyyet.net-in “Report”a istinadən məlumatına görə, agentliyə rəhbərlik, yeni direktor təyin edilənə qədər ona tapşırılıb. Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyevin sərəcamı ilə MİDA-nın direktoru Samir Nuriyev vəzifəsindən azad edilərək Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədri vəzifəsinə […]

Dövlət Miqrasiya Xidmətinə rəis təyin olundu – Prezident daha bir deputata vəzifə verdi

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə deputat Vüsal Hüseynov təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri General-mayor Firudin Nəbiyev vəzifəsindən azad olunub. Qeyd edək ki, Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının […]

Muxtar Babayev ekologiya naziri təyin olundu

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyunqulu Bağırov vəzifəsindən azad olunub. Mia.az xəbər verir ki, onun yerinə Muxtar Babayev təyin olunub. Bununla bağlı Prezident sərəncamının yaxın vaxtda elan olunacağı bildirilir.

ABŞ bu tarixdə səfirliyini Qüdsə köçürür

ABŞ-ın Qüdsdəki səfirliyinin açılış tarixi müəyyənləşib. Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, açılış tarixi 14 may 2018-ci il, İsrailin müstəqillik günündə planlaşdırılır. Mərasimdə yüksək vəzifəli şəxslərin iştirakı gözlənilir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyin Tel-Əvivdən bu şəhərə köçürülməsi barədə qərar qəbul edib. Qüds Fələstin və İsrail arasında mübahisəli bölgədir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30