Mərhum jurnalistin bacısı “Qaçqınkom”un yeni sədrinə müraciət etdi – MƏTN

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan qaçqın düşmüş Sevinc Fərhadova Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevə müraciət edib. İnanırıq ki, adıçəkilən quruma yeni təyinat alan R.Rzayev evsiz-eşiksiz qalan, illərlə yataxanada yaşamağa məcbur olan, nəticədə evi yanıb kül olan və bütün ailə üzvlərini itirmiş S.Fərhadovaya kömək edəcək. Cumhuriyyet.net S.Fərhadovanın “Qaçqınkom”un […]

Prezidentdən ipoteka kreditləri ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, dəyişikliklərə əsasən fərmanda 5-7-ci hissələr ləğv edilir. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka […]

Jurnalistləri məhv edən xəstəliklər

Yuxusuz gecələr, saatlarla kompyuter qarşısında işləmək, stress, hazır yeməklərdən çox istifadə etmək….  Jurnalistlərin həyatı kifayət qədər gərgin və yorucudur. Bəs bu vəziyyət onlarda hansı xəstəlikləri yaradır? Xəstəliklərin qarşısını almaq üçün nə etməli? Cumhuriyyet.net  medicina.az-a istinadən bildirir ki, mütəxəssislər jurnalistlərin daha çox əziyyət çəkdiyi, yaxud tutulmağa meyilli olduğu xəstəliklərin adlarını açıqlayıb. Bu xəstəliklərin başında infakt və yüksək […]

“Həkimlərin və dərman preparatlarının telekanallarımızda reklam olunması ayıbdı”

Bir neçə gün öncə hüquq-mühafizə orqanları Azərbaycanda saxta dərman satışı ilə məşğul olan şəbəkəni ifşa etdilər. Araşdırma nəticəsində məlum oldu ki, tez-tez telekanallarımızdakı verilişlərdən birində iştirak edən həkimlərdən  biri də həmin dərman şəbəkəsiylə əlbir olaraq saxta dərmanların satışını həyata keçirir. Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Moderator.az -a açıqlamasında tibbin bu […]

Azərbaycanın Xalq rəssamı Tokay Məmmədov vəfat edib

Xalq rəssamı, heykəltaraş Tokay Məmmədov vəfat edib APA-nın məlumatına görə, o, bu gün evində dünyasını dəyişib. Tokay Məmmədovla vida mərasiminin keçiriləcəyi məkan və dəfn olunacağı yer dəqiqləşdirilir. Tokay Məmmədov Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir.

Nazir şagirdə görə müəllimi işdən qovdu

Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb. “Report”un xəbərinə görə, bu barədə uşağın valideyni Xanım Əliyeva öz “Facebook” səhifəsində məlumat yayıb. X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib. Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva “Facebook”da məlumat yayaraq qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.

Əjdər Zeynalov: “İrəvan Teatrı bu dəqiqə uşaq bağçasını xatırladır”

Ötən ilin oktyabr ayından İrəvan Dövlət Azərbaycan Dram Teatrının tanınmış aktyoru Əjdər Zeynalov işdən uzaqlaşdırılıb. Teatrın direktoru ilə aralarında yaranan problem əvvəl mətbuata, daha sonra isə məhkəmə müstəvisinə daşındı. Qaynarinfo çəkildiyi çoxsaylı serial və filmlərlə ölkə tamaşaçılarına yaxından tanış olan aktyorla müsahibəni oxuculara təqdim edir. – Əjdər müəllim, necəsiniz? – Əvvəla, diqqətinizə görə sizə və sizin timsalınızda bütün media […]

BSU-nun rektoru xarici qonaqları qəbul edib

2 may 2018-ci il tarixində Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva  Çexiya Respublikasının Karl Universitetinin professoru İvana Bozdechovanı və  Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassi Univesitetinin təhsil marketinqi tədbirləri və akademik imic şöbəsinin əməkdaşı Alexandru Griqorası qəbul edib. N.Əliyeva qonaqları salamladıqdan sonra onların gəlişinin xoş bir dövrə – Ümummilli Lider Heydər Əliyevin anadan […]

“Yeni merin kimliyini hamımız biləcəyik” – Bakı Şəhər İcra Hakimiyyətindən açıqlama

Prezidentin sərəncamları ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənəndən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısız qalıb. Prezident lham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunanandək mer vəzifəsinin […]

İlk finalçı “Real” oldu-VİDEO

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab qarşılaşması keçirilib.   “Real” “Santyaqo Bernabeu”da “Bavariya”nı qəbul edib. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion “Real” ardıcıl 3-cü dəfə finala adlamağa nail olub.   Gərgin mübarizə şəraitində keçən qarşılaşma qollu bərabərliklə yekunlaşıb. Nəticədə “Real” finala […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2018
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031