Abid Şərifovun ailəsində FACİƏ

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb. Cumhuriyyet.net bakupost-a istinadən xəbər verir ki, A. Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan […]

“Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın!” — Milli Məclisdə deputatlara MÜRACİƏT

“Bu qanun əlillərin həyatını yaxşılaşdırmayacaq. Çünki əlillərə çox az müavinət verilir. Bu müavinət onların problemlərini həll etməyə imkan vermir”. Bu sözləri millət vəkili Araz Əlizadə “Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi” nə münasibət bildirərkən deyib. Araz Əlizadə bu əlillərə verilən təqaüdün minimum istehlak səbətindən az olması ilə əsaslandırıb: “Minimal tələbat zənbili 175 manat qəbul […]

BSU-da IX Beynəlxalq Elmi Konfrans öz işinə yekun vurub

May 4-də Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IX Beynəlxalq Elmi Konfransın bağlanış mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov iki gün davam edən konfransın işi, proqram əsasında nəzərdə tutulmuş bölmələr, eyni zamanda Beynəlxalq Elmi Konfransla paralel […]

“Atletiko” “Arsenal”ı məğlub edərək finala yüksəldi – VİDEO

Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilir. “Atletiko” doğma meydanında “Arsenal”a 1:0 hesabı ilə qalib gələrək finala adlayıb. Madrid klubu həlledici görüşdə “Zalsburq” – “Marsel” cütünün qalibi ilə qarşılaşacaq. “Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə) – 1:0 Qol: Dieqo Kosta, 45+2 İlk oyun: 1:1

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub

Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub. Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb. S. Mehdiyevin imzaladığı digər əmrlə İsa Quliyev Balakən Gömrük İdarəsinin rəisi təyin edilib. İ.Quliyev bundan əvvəl də […]

Yanan narkoloji mərkəzin direktoru həbs edildi

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. APA-nın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat […]

İcra hakimiyyətlərinin bu səlahiyyəti ləğv edildi

Nazirlər Kabineti “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişiklik edib. Cumhuriyyet.net APA-ya istinadən xəbər verir ki, indiyə qədər qüvvədə olan Qaydaya əsasən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2018
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031