Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” təqdim olundu

21 may 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIX əsrin görkəmli şairi Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə AMEA-nın əməkdaşları ilə yanaşı, şairin həmyerliləri-Hacqabul rayonunun ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbiri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, kitabın tərtibçilərindən biri, fil.ü.e.d. Paşa Kərimov açaraq Mirzə Baxış Nadim haqqında […]

Bakıda güclü partlayış: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb – Yenilənib

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib Bakıda kafedə baş verən partlayışın ilkin səbəbi açıqlanıb. İlkin olaraq hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova  bildirib ki, hadisə nəticəsində xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir. Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir. *** Bakıda kafedə partlayış olub. Binəqədi […]

Mədəniyyət nazirinə birinci müavin təyin olunub

Azərbaycan prezidentinin 18 may tarixli sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub Bu barədə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik […]

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi çərçivəsində “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitabı nəşr olunmuşdur. Son iki əsrdə milli məfkurəni, özü­nüdərki, azadlıq ideyasını, […]

“Stimul Hospital” CAN ALIR – Qadın plastik əməliyyatın qurbanı oldu

Bakıda xəstə əməliyyat masasında vəfat edib. Cumhuriyyet.net  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da baş verib. Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib. […]

Əfv üçün müraciət edənlərin siyahısı Prezidentə təqdim edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı Prezident İlham Əliyevə təqdim olunub. Tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb. Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir.“Report”

Bayılda hündürmərtəbəli bina çökür

Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb. Cumhuriyyet.net  xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, həmin köməkçi binanın sütunlarından biri təxminən 20 […]

Keçmiş bankirə “Aqrolizinq”də yüksək vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-yə daha bir sədr müavini təyin edilib. Cumhuriyyet.net report-a istinadən xəbər verir ki, bu, Mehman Məmməd oğlu İsmayılovdur.  O, bundan əvvəl “Kapital Bank” ASC-nin departament direktoru, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC-nin Audit Komitəsinin sədri, “Bank of Azerbaijan” ASC-nin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Mərkəzi Bankının şöbə müdiri vəzifələrində çalışıb.

103 yaşlı Hollivud aktrisası vəfat etdi

Hollivud aktrisası Patrişa Morison Los-Ancelesdə 103 yaşında vəfat edib. Cumhuriyyet.net-in məlumatına görə, o, yaşadığı mənzildə ölü halda tapılıb.  Aktrisa Şerlok Holmsla bağlı silsilə filmlərdə çəkilib. Ən uğurlu ekran işi “Ölüm haqqında prelüdiya” sayılır.

Pedro Aqramunt AŞPA-dan istefa verib

Avropa Şurası Parlament Assambleyasının keçmiş rəhbəri Perdo Aqramunt AŞPA-dan istefa verib. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı “El Мundo” nəşri yayımlayıb. Nəşrin bildirdiyinə görə, Pedro Aqramunt bu qərarı mayın 16-da AŞPA Müstəqil komitəsinin onun mandatının dondurulması barədə qərarını açıqladıqdan sonra verib. Sanksiyalar Aqramunta AŞPA-nın müşahidəçi missiyalarında iştirak etməyə və məruzəçi vəzifəsini tutmağa 10 il […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2018
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031