“Qazprom”un Hollandiyadakı aktivlərinə həbs qoyuldu

Hollandiya məhkəməsi Ukraynanın “Naftoqaz” şirkətinə 2,6 milyard dollar borcun ödənilməsi üçün Rusiyanın “Qazprom” şirkətinin Hollandiyadakı aktivlərinə həbs qoyub. Bu barədə “Naftoqaz” şirkəti məlumat yayıb. “Naftoqaz” ötən həftə “Qazprom” və “Qazprom”un törəmə şirkətlərinin Hollandiyadakı aktivlərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib. “Qazprom”un 6 törəmə şirkəti məhkəmə ilə əməkdaşlıqdan imtina etsə də, bu, aktivlərə həbs qoyulmasına […]

Netanyahuya sui-qəsdin qarşısı alındı

İsrail xüsusi xidmət orqanları Baş nazir Benyamin Netanyahuya sui-qəsd hazırlayan qrupu neytrallaşdırıblar. Axar.az xəbər verir ki, bu barədə məlumatı “Yerusəlim Post” yayıb. Xüsusi qrupun Şərqi Qüdsdə neytrallaşdırıldığı vurğulanıb. İddiaya görə, qrup Suriyadan idarə olunub. “Yerusəlim Post” zərərsizləşdirilən qrupun Netanyahu ilə bərabər Qüds meri Nira Barkat, Kanada nümayəndə heyəti və ABŞ Konsulluğuna hücum etməyi planlaşdırdığını da […]

Əxlaqsız təklif alan aktrisa azərbaycanlıların iradına cavab verdi

“Hörmətli azərbaycanlılar, sizlər mənə çox mesaj yazmısız. Bu səbəbdən açıqlama vermək məcburiyyətində qaldım”.  Cumhuriyyet.net  xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Özge Borak instaqram səhifəsində yazıb. O, bu gün biznesmenin ona əxlaqsız təklif etməsi barədə yazılan xəbərlərə bir daha münasibət bildirib. Aktrisa ona mövzu ilə bağlı azərbaycanlıların mesaj yazdığını deyib: “Baxın, hadisənin sizinlə heç bir əlaqəsi […]

Mehman Hüseynov məhkəməyə gətirilmədi

Video-bloqqer Mehman Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, Ali Məhkəmənin hakimi İmran Hacıqayıbov sədrliyi ilə keçirilən prosesdə Penitensiar Xidmətin konvoyunun M. Hüseynovu məhkəməyə gətirmədiyi məlum olub. Həmçinin, xüsusi ittihamçı və onun vəkili də prosesdə iştirak etməyib. Məhkəmə iyunun 25-də davam etdiriləcək. Qeyd edək ki, M. Hüseynov Nəsimi Rayon […]

“Hacı Beylaqanski” barəsində həbs qərarı verildi – VİDEO

Azərbaycanlı qanuni oğru kriminal aləmdə “Hacı Beylaqanski” kimi tanınan Hacıbaba Talıbxanlı barəsində həbs qətimkan tədbiri seçilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Moskva şəhər Xoroşevski Məhkəməsi tərəfindən Hacı Beylaqanski barəsində 29 günlük həbs qətimkan tədbiri seçildi. Hacı Beylaqanski məhkəmədə hakimin heç bir sualına cavab verməyib. Azərbaycanlı qanuni oğruya Rusiya Cinayət Məcəlləsinin 105 ( adam öldürmə), […]

Bakıdakı tarix müəllimi Avstriyada necə biznes qurdu – MÜSAHİBƏ

Avstriyada yaşayan azərbaycanlı iş adamı Rauf Kamillə bu ölkəyə səfərimiz zamanı, Azərbaycan səfirliyindəki tədbirdə tanış olduq. Tədbirə dəvət almış qonaqların sırasında olmaqla yanaşı, məlum oldu ki, qonaqlara təklif edilən şərablar da Rauf müəllimin müəssisəsində istehsal edilib. Azərbaycandan Avstriyaya 19 il əvvəl gələrək biznes quran iş adamının tarixçəsi maraqlıdır. – Rauf müəllim, gəlin əvvəlcə sizi tanıyaq… […]

Hər il 7 milyon insanı öldürən siqaretin ürəyə təsiri ilə bağlı qorxunc VİDEO

Dünya sağlamlıq təşkilatı “Siqareti tərgitmə günü” adlı bir video yayımlayıb. Video siqaret aludəçisi olan insanlara həsr edilib. Görüntülərdə siqaretin ürəyə necə zərər verməsi izah edilir. Təşkilat bu video ilə siqaretin ürəyə təsirini və ölümcül xəstəlik yarada biləcəyini çatdırır. Hazırlanmış 30 saniyəlik videoda insanlardan tütünün ürək xəstəliklərinə səbəbi olmasını bilib-bilmədikləri soruşulur. Verilən sual ilə yanaşı, ürəyin […]

TƏSADÜFƏN OXUDUĞU ROMAN HƏYAT YOLDAŞI İLƏ YAZIÇI QADININ EŞQ MACƏRASI İMİŞ…

36 yaşındakı F.G. 2 evli insanın qadağan olunmuş sevgisindən bəhs edən romanı oxudu. Medianews.az xəbər verir ki, 16 ildir evli olan 2 uşaq anası  F.G.  əri ilə yazıçı qadının onların evində zina etdiklərini məhkəməyə bildirdi və 100 min lirə təzminat, 2 uşaq üçün ümumilikdə 3 min lirə aliment tələb etdi. Əllərinin tərləməsi, evin divar kağızlarının rəngi, […]

ABŞ-dan İrəvana mesaj: Rusiyanı qovun, 8 milyard verək

Keçən illə müqayisədə Ermənistanın enerji sektoruna ABŞ-ın investisiya yatırma imkanları artıb. Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz deyib. “Mən yeni hökumətin nümayəndələri ilə görüşmüşəm və düşünürəm ki, onlar energetika bazarının liberalizasiyasını istəyirlər. Məhz bu bizə lazımdır”, – deyə o bildirib. Qeyd edək ki, Ermənistan mətbuatı ABŞ-ın Ermənistanın energetika […]

Arif Rəhimzadə: Azərbaycan dövlətini sovet hökuməti qurub

Sovet hakimiyyəti Azərbaycan xalqına divan çəkdi. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?! Oxu.Az-ın xəbərinə görə, bunu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2018
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930