Futbol, bazar, qovhaqov…

Moskvadan bəd xəbər var. Özü də bizimkilərdən. Yox, heç kimi öldürüb-eləməyiblər. Sadəcə, düz bir ay, bir gün bizimkilərin günü göy əsgiyə bürünəcək. İyunun 14-dən iyulun 15-dək. Rusiyada keçirilən dünya çempionatı bitənədək. Artıq bir aya yaxındı ki, nəinki paytaxt Moskvada, çempionatın keçiriləcəyi bütün şəhərlərdə mühacirlərin total yoxlaması başlayıb. Kiçik bir inzibati pozuntu artıq cəriməylə nəticələnmir. Bunun […]

Yeni nazirdən qərar: Əjdər Cəbiyevin yaxın qohumunu işdən çıxartdı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) yaxın qohumunu tutduğu vəzifədən azad edib. Cumhuriyyet.net sfera.az-a istinadən xəbər verir ki, yeni nazirin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Nazim Hüseynovu fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarıb. Qeyd edək ki, Nazim Hüseynov Əjdər Cəbiyevin bacısı oğludur.

Gülər Əhmədovaya deputat pensiyası təyin olundu

Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunub. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Trend-ə G.Əhmədovanın vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə qərar elan olunub. Məhkəmənin qərarı ilə Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci qrup əlillik təyin […]

Azərbaycanın ən gözəl şeirini yazan adam

Bir neçə il öncə 20-ci yüzilliyin ən yaxşı şeirinin seçilməsi üçün 100 nəfər tanınmış ədəbiyyat adamı arasında sorğu keçirdik Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri qalib gəldi. Hər cür sorğular, hər cür yarışmalar bir az subyektivdir. Lakin həm də bir az obyektivlik var bu seçimlərin içində. Elə bir azərbaycanlı tapılmaz ki, bu şeirdən və […]

Qiymətlər qalxdı, baş nazir istefaya getdi: etirazlar nəticə verdi

İordaniyanın baş naziri Hani Əl Mülki istefa verib. Qaynarinfo Al Jazeera-yə istinadən xəbər verir ki, istefa Kral II Abdulla tərəfindən qəbul edilib. Baş nazir bu qərarı ölkədə qiymət artımı və yeni vergi qanunu əleyhinə təşkil edilən etirazlardan sonra qəbul edib. Mülki hökümətdəki digər nazirlərdən də istefa vermələrini istəyib. Kral II Abdulla yeni höküməti qurmağı Ömər Əl Rəzzaza tapşırıb. Qeyd edək ki, […]

Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb

Nikaraquada davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb. Cumhuriyyet.net-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hökumətə qarşı keçirilən kütləvi aksiyalarda 1000-dək insan yaralanıb. Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə […]

Prezident Goranboyda avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib. APA-nın məlumatına görə, səfər çərçivəsində dövlət başçısı bu gün Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 […]

Bu gün dollar neçəyədir?

Azərbaycan Mərkəzi Bankı 05 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, iyunun 5-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.  

Azərbaycan milli futbol komandası bu gün sınağa çıxacaq

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək. “Report”un məlumatına görə, bu dəfə rəqib Qazaxıstan yığması olacaq. “Astana Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Azərbaycan millisi Qurban Qurbanovun baş məşqçi təyin olunmasından sonra ilk dəfə rəqib meydanında çıxış edəcək. Əvvəlki 4 görüşdən 2-si – Belarus (0:1) və Qırğızıstanla […]

Günün qoroskopu: kimsənin sizə təzyiq göstərməsinə imkan verməyin

Qoç – gün ərzində bütün işlər ciddi səy, maneələrin dəf olunmasını, diqqətli davranışı tələb edəcək. İnformasiya azlığı, iş yoldaşlarınızın ətalət və astagəlliyi fəaliyyət ritmini aşağı salacaq. Lakin Ay və Əkizlər bir müddət sonra vəziyyəti dəyişəcək. Problemləri həll etmək imkanı yaranacaq, situasiya sürətlənəcək, gözlənilən məlumat gələcək. Yeni əməkdaşlıq formaları, faydalı məlumat axtarışı, çıxış və mühaizə hazırlamaq, bilikləri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2018
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930