İsmayıllıda “Xüsusi təyinatlı” filminin İsmayıllıda təqdimatı olub-FOTO

Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasovun doğum məkanı Qərbi Azərbaycan, sonrakı yaşayış yeri, orta və ali təhsil aldığı ölkə Qazaxıstan, şəhidlik məqamına yetdiyi torpaq Azərbaycan torpağı olub. 6 iyun 2018-ci il tarixdə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş”  studiyasının Milli Qəhrəman Mehdi Abbasova həsr olunmuş “Xüsusi təyinatlı” filminin təqdimatı olub. Təqdimatdan əvvəl “Şəhidlər […]

Telman İsmayılovun milyard dollarlıq oteli əlindən çıxır – TƏFƏRRÜAT

Azərbaycan əsilli oliqarx Telman İsmayılovun daha bir aktivi rəsmi şəkildə satılıb. Minval.info xəbər verir ki, 2009-cu ildə Türkiyənin turizm bölgəsi Antalyada 1.4 milyard dollar sərmayə ilə açılmış “Mardan Palace” oteli “Rixos” otellər qrupuna keçib. Telman İsmayılovun müflisləşməsindən sonra bank tərəfindən əlindən alınan otelin administratoru Fettah Tamince otelin geri qaytarılması üçün çox cəhd etdiklərini bildirib: “Təəssüf ki, […]

Göyçay çayı üzərində körpünün uçması ilə əlaqədar cinayət işi başlanıb

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb. Cumhuriyyet.net-in xəbərinə görə, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər […]

Yeni icra başçısı bank sədrinin qardaşıdır

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinə  Elxan Allahverdiyevin başçı təyin edilməsi barədə sərəncam imzalayıb. “Qafqazinfo” nun əldə etdiyi məlumata görə, E. Allahverdiyevin uzun müddət bank sektorunda çalışdığı bildirilir. O, həmçinin Kapital Bankın İdarə Heyətinin  sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Rusiyadakı dünya çempionatı bildiyimiz möcüzəli nağıllara bənzəməyəcək-“Focus”

“Korrupsiya, dopinq, aqressiv futbol azarkeşləri, danışılmış oyunlar! Rusiyada keçiriləcək dünya çempionatı əslində böyük bir tamaşaya çevrilməlidir. Lakin bu tamaşa yaraşıqlı fasadın altındakı əsl həqiqətləri ört-basdır edə bilmir”. Bu cümlələr Almaniyanın “Focus” siyasi məcmuəsində, yazar Tomas Hayder tərəfindən yazılan məqalədə yer alıb. “Bu gün hamıya gün kimi aydındır ki, hər kəslə müharibə aparan və başqa bir […]

Azərbaycanlı mühacir Hollandiyada kampda intihar etdi

Azərbaycanlı mühacir Hollandiyada kampda intihar edib. Bu barədə AzEuroNews.com-a Hollandiyada deportasiya üçün nəzərdə tutulmuş kampda qalan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, Bakının Yasamal rayonu qeydiyyatında olan Fikrət adlı şəxs Azərbaycana deportasiya edilməmək üçün damarlarını doğrayıb. Hadisə ötən gün gecə saatlarında baş verib. Polis Fikrət adlı həmvətənimizi Azərbaycana göndərmək üçün onun qaldığı kampa gəlib. Lakin […]

Arif Əsgərovun baldızı ifadə verdi- “qara mühasibatq”lıq kitablarını kim gizlədib?

Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə R.Hüseynovun vəkili bir neçə əlavə şahidlərinin olduğunu deyib. Hakim isə bildirib ki, onların […]

Prezident Ağdamın icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev Ağdam rayonunun icra başçısını vəzifəsindən azad edib. Cumhuriyyet.net xəbər verir ki, prezidentin sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov icra başçısı vəzifəsindən azad edilib.

Binəqədiyə yeni icra başçısı təyin olundu – Sərəncam

Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, sərəncamda qeyd olunur: “Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev mayın 17-si Xaləddin İsgəndərovu Binəqədi icra başçısı vəzifəsindən azad etmişdi.

Strasburqda partlayış baş verdi: 11 nəfər yaralandı

Fransanın Strasburq şəhərində taxıl anbarında partlayış olub. Cumhuriyyet.net xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. İnsident zamanı azı 11 nəfər yaralanıb. Partlayışın baş vermə səbəbi hələ ki bilinmir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2018
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930