Ordumuz 11 min hektar ərazini və 1 kəndi düşməndən azad etdi (RƏSMİ/FOTO/VİDEO)

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub. […]

Diqqət: Siqaret korluğa aparır

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər gözlərin fəaliyyətini pozur. Yenicag.az xəbər verir ki, türk oftomoloq Şeyda Atabay siqaret tüstüsünün sadəcə ciyərlər üçün yox, gözlər üçün də təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, siqaret göz damarlarının qidalanmasına əngəl törədir, ondakı toksiki maddələr isə gözdə sarı ləkələrin əmələ gəlməsinə səbəb olur. İlkin mərhələdə adi görünən bu problem […]

“Azpetrol”u almış iri oliqarx vəfat etdi

Türkiyədə “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib. Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Onun adı Türkiyənin gündəminə sonuncu müstəqil media şirkəti olan “Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi. Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol […]

Dünya çempionatı və seks: Almaniya və Braziliyadan fərqli qərar

Almaniya millisində Yoahim Löv dünya çempionatı ərəfəsində futbolçulara cinsi əlaqə ilə məşğul olmaq qadağası qoyub. Cumhuriyyet.net-in Apasport.az-a istinadən verdiyi xəbərə görə, braziliyalılar isə həmişəki kimi bu mövzuda almanlarla müqayisədə daha liberaldılar. Cənubi amerikalıların fikrincə, seksin idmandakı performansa müsbət təsiri var. Həkimlərin tədqiqatlarının nəticəsində baş məşqçi Tite bu metoda üstünlük vermək qərarına gəlib. “Seks təbii bir şeydi. […]

“Məmurlar elə bilirlər ki, vəzifə dədələrindən qalıb”

“Özümü ziyalı hesab edirəmsə, birinci mən güllələnməliyəm” Efirlərimizdəki bayağı, şou verilişləri ziyalılarımız hər dəfəsində tənqid etsə də, çox təəssüflər olsun ki, nəticə çıxaran yoxdur. Yenə kim nə bilirsə, onu da edir. Elə telekanallarda baş verənlərin bir oyun olduğunu anlayıb və artıq verilişlərə çıxmaqdan imtina edən Azərbayan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov Moderator.az-a açıqlamasında […]

Portuqaliya yoldaşlıq görüşündə Əlcəzairi darmadağın edib – VİDEO

Portuqaliya milli komandası Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Əlcəzair yığması ilə yoldaşlıq görüşü keçirib. “Report” xəbər verir ki, Lissabonun “Da Luş” stadionunda keçirilən görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qolun müəllifi 17-ci dəqiqədə fərqlənən yarımmüdafiəçi Qonsalu Quedeş olub. Fasiləyədək digər yarımmüdafiəçi Brunu Fernandeş portuqaliyalıların üstünlüyünü iki topa […]

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

“Microsoft” korporasiyasının mütəxəssisləri dəniz suyu ilə soyutmanın səmərəliliyini müəyyənləşdirmək məqsədilə Şotlandiya sahili yaxınlığında 864 serveri dənizdə batırıblar. Cumhuriyyet.net “Life” resursuna istinadla xəbər verir ki, mütəxəssislər tərəfindən dəniz dibinə 27,6 istilik mübadiləsi və ya 27,6 min terabayt tutumlu məlumatı özündə birləşdirən 864 serverə malik 12 dirəkdən ibarət server otağı salınıb. Bu, yüksək məhsuldarlıqlı minlərlə fərdi kompüterin informasiyasının […]

Günün qoroskopu: yaşananlardan fayda əldə etməyə cəhd göstərin

Qoç – Haron və Tritonun münasibətləri günün ilk yarısında ətalət vəd edir. Təşəbbüslərinizin yarımçıq qalmasına imkan verməyin. Yaxın ətrafınızdakı insanların mövqeyi də tam aydın olmayacaq. Hadisələrin ərəfəsində yaranan siqnallara fikir verin. Yeni iş üçün əlverişli zamandır. Günün ikinci yarısıda yeni xəbər, yeni təklif, yeni tanışlıqla qarşılaşa bilərsiniz. Faydasız məqsəd və fantaziyalardan qurtulun, yerinizdə saymayın, qəti qərar […]

Fazil Məmmədovun “qanadların” aldılar

Bacısı oğlu Fazil Məmmədovun  “Qolfstrim” təyyarəsini ondan almaq məcburiyyətində qaldı 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil  Məmmədovun “Qolfstrim” markalı təyyarəsi “AtaBank”dan götürdüyü milyonlarla manat kreditlə əvəzləşdirilib. Bu haqda yayılan son məlumatlar yeni deyil. İlin əvvəlində sabiq nazirə məxsus təyyarənin əlindən alınacağı haqda xəbərlər vardı. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi “AtaBank”dan ona […]

Sumqayıtda Qədr gecəsi üçün məscidə gedən gənclər qəzaya düşüblər

Sumqayıt şəhərində yol qəzası nəticəsində 4 nəfər ağır xəsarət alıb. “Report”un yerli bürosunun məlumatına görə, ötən gecə şəhərin Səməd Vurğun küçəsi ilə Dənizkənarı bulvar istiqamətində hərəkətdə olan avtomobil qarşı tərəfdən gələn digər maşınla toqquşub. Hadisə nəticəsində Sumqayıt şəhər sakini – 1998-ci il təvəllüdlü Əliyev Nahid Zahid oğlu , 1998-ci il təvəllüdlü Məcidov Rövşən İslam oğlu, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2018
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930