İlham Əliyevdən Pirverdiyevə sərt tənqid: Utanmalısınız..

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı kəskin tənqid edib. “Siz sadəcə olaraq xalq qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. […]

İsmayıllının Sumağallı kəndində yeni layihə həyata keçirilir-FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində qadın təşəbbüslərini dəstəkləməyə başlayıb. Layihədə yeni komponent olan “Kənd Qadınlarının İqtisadi Gücləndirilməsi” ailələrin iqtisadi imkanlarını artırmağa xidmət edir. Kənd İnvestisiya Layihəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Sumağallı kəndində yaradılmış “Arzu” Qadın İnkişaf Qrupunun iştirakı […]

Musiqili Teatr 108-ci mövsümün ən yaxşılarını mükafatlandırıb-FOTO

108-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Musiqili Teatrında mükafatlandırma mərasimi olub. Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar artist Pərviz Məmmədrzayev – “Ən yaxşı kişi roluna görə”, Gülnarə Abdullayeva – “Ən yaxşı qadın roluna görə”, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə – “Mövsümün ən yaxşı rejissor işinə görə”, Elnarə Nağdəliyeva – “Mövsümün sevilən aktrisası”, Nicat Əli […]

Bakıda fürsətdən istifadə edib qiyməti artıran taksi şirkətləri

Ölkə ərazisində elektrik enerjisinin təminatından yaranan problemi bəzi işbazlar fürsətə çevirib. Məlumdur ki, hazırda  Bakı metrosu fəaliyyət göstərmir və sakinlər digər ictimai nəqliyyat vasitələrinə üz tuturlar. “BakuBus”lar sərnişinləri ödənişsiz daşıyır. Həmçinin taksilərə də tələbat çoxdur. Bir çox taksi şirkəti isə yaranmış vəziyyətdən istifadə edib qiymətləri qaldırıb. Sosial şəbəkə istifadəçiləri yazırlar ki, “Taxify” və “Uber” bütün […]

Elmar Vəliyevin mühafizəçisi 2 güllə yarası alıb: vəziyyəti necədir?

3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, […]

Gəncə prokuroru: “Elmar Vəliyev həkim nəzarətində olduğundan onu dindirə bilməmişik”

“Elmar Vəliyev hazırda həkim nəzarəti altında olduğundan onu dindirə bilməmişik. Hadisə ilə bağlı hələlik hər hansı bir versiya üzərində dayanılmır. Dindirmədən sonra bəlli olacaq”. Moderator.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Gəncə şəhər prokuroru Fazil Həsənəliyev icra başçısına sui-qəsd cinayəti barədə danışarkən deyib. Prokurorun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı cinayət işi […]

NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib. Mobil operator abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri tədbirlər görür. Qeyd edək ki, gecə saatlarında elektrik enerjisinin kəsintisinə baxmayaraq, Nar şəbəkəsinin əksər hissəsi abunəçilərə xidmət göstərib. Hazırda paytaxtda xidmətlərin göstərilməsi baxımından vəziyyət qənaətbəxşdir, müəyyən bölgələrdə yaranmış çətinliklərin […]

DÇ-2018: 1/4 finalçılar müəyyənləşdi

Rusiyada keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulub. Qaynarinfo-nun məlumatına görə, baş tutan son iki görüşün ardından bütün 1/4 finalçılar müəyyənləşib. Son olaraq İsveç və İngiltərə rəqibini məğlub edərək, növbəti mərhələdə bir-birilərinə rəqib olublar. 1/4 final mərhələsinin oyunları iyulun 6-7-də keçiriləcək. Dünya çempionatı 1/4 final 6 iyul 18:00. Fransa – Uruqvay 22:00. […]

Qaranlıq iki gün: gizli qüvvələr Azərbaycana qarşı cəza ekspedisiyasını işə salıb?

İki gündür ki, ölkənin enerji təsərrüfatı iflic olub. Mingəçevir İES-də bir blokda olan partlayış və yanğın respublikanı işıqsız qoymaqdadır. İqtisadçılar ölkənin enerji təminatının bir blokdan asılı qalmasını və alternativ enerji mənbələrinin olmamasını tənqid edirlər. Anaxeber.Az yazır ki, ötən axşam da Bakı və bölgələr işıqsız qaldı, qatarlar, metro, təyyarələr, strateji müəssisələr fəaliyyətini dayandırdı. Bu dəhşətli istilərlə […]

Bakı metrosu bu gün işləməyəcək

03 iyul 2018-ci il tarixində Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb. Cumhuriyyet.net xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında öz əksini […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031