Abşeron Gənclər Şəhərciyində sayğac anormallığı – Elektrik sayğacları abonentlərdən gizlədilib

Abşeron gənclər şəhərciyində elektrik sayğacları binaların zirzəmisində quraşdırılıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Avropa.info-ya Abşeron gənclər şəhərciyinin bir qrup sakini bildirib. Sakinlər qeyd edirlər ki, sayğaclar əvvəllər binaların blokundakı pilləkən meydançasında olub. Sonradan hansısa bilinməyən səbəblərdən sayğaclar sökülərək, zirzəmilərə daşınıb: “Bu da abonentlərin sayğaclara nəzarət etmək imkanlarını məhdudlaşdırır. Çünki zirzəmilərin qapıları hər zaman qıfılla kilidli […]

Masallıda 20 min insan susuz qalıb – “Deyirlər gedin, dua edin, yağış yağsın”

“İçməli suyu çəltik sahələrinə verirlər” Masallı rayonunun Hacıtəpə, Xırmandalı, Ərəb, Həsənli və digər kəndləri artıq 1 həftədir ki, susuz qalıb. Rayon Ağsaqqallar Şurasının üzvü, Hacıtəpə kənd sakini Həşim Abıyev Cebhe.info-ya açıqlamasında artıq bir həftədir ki, kəndə suyun verilmədiyini deyib. H.Abıyev deyir ki, kəndlərə kanal vasitəsilə gələn suyu rayon ərazisində əkilən çəltik sahələrinə yönəldiblər, içməli suyu […]

Bu gün dollar neçəyədir?

Avqustun 9-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 09.08.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2018-ci il avqustun 8-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edilib – Qərar

Azərbaycan Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib. “Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, qaydaların 6-cı (Adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə “Qeyd” əlavə olunub. Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən […]

“Qarabağ” komandasının oyunu təxirə salınıb

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. PFL-dən verilən məlumata görə, “Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib. “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan […]

İranda nazirin açıqlaması başına bəla oldu – İşindən uzaqlaşdırıldı

İranın əmǝk vǝ sosial müdafiǝ naziri Əli Rəbii vǝzifǝsindǝn azad edilib. “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İran parlamentində impiçment prosesinin sonunda millət vəkilləri nazir Əli Rəbiini vəzifəsindən azad etmək üçün 129 səs yığıblar. Bu, ötən 11 ay ərzində nazirin üçüncü impiçmentidir. Xatırladaq ki, Əli Rəbii ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinin İran xalqı üçün […]

“Bavariya” bir oyunda 20 qol vurdu – VİDEO

Futbol üzrə növbəti Almaniya çempionatına hazırlıqlarını davam etdirən “Bavariya” yoxlama oyununda 20 qol vurub. Oxu.Az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, Münhen komandası həvəskar liqa təmsilçisi “Rottax-Eqern”a 20:2 hesabı ilə qalib gəlib. “Bavariya”dan Koman, Levandovski, Vaqner, Frantske het-trik ediblər, Müller və Xames dubla imza atıblar, Tiaqo, Rudi, Riberi və Kimmix hərəyə 1 dəfə fərqləniblər.

Kolumbiya Fələstini müstəqil dövlət kimi tanıyıb

Kolumbiya kökuməti Fələstini müstəqil dövlət kimi tanıyıb. TİA.AZ xəbər verir ki, bu barədə yerli Xarici İşlər Nazirliyinə istinadən AFP məlumat yayıb. Avqustun 7-də Kolumbiyanın yeni prezidenti İvan Deukenin andiçmə mərasimi keçirilib.

Füzulidə məmur–vətəndaş münasibətləri müzakirə edildi-FOTO

Horadiz şəhəri Muğam Mərkəzində Füzuli rayonunda məmur–vətəndaş münasibətlərinə həsr olunan ümumrayon müşavirəsi keçirildi. Müşavirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri, QHT-lər və KİV-nin nümayəndələri iştirak etdi. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 1994-cü ildən bu günə kimi görülən işlər […]

Günün qoroskopu: cari proseslərlə məşğul olun

Qoç – gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun. Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun. Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks təqdirdə heç nəyə nail ola […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2018
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031