Türkiyə prezidenti azərbaycanlı atleti təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlində atletika üzrə Avropa çempionatında qızıl medal qazanan sprinter Ramil Quliyevi təbrik edib. Cumhuriyyet.net report.az-a istinadən bildirir ki, prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan Türkiyə millisinin Azərbaycan əsilli idmançısına telefonla zəng edib. Ərdoğan telefonda qızıl medal ilə bütün Türkiyəni qürurlandıran Ramil Quliyevi təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb. […]

Türkiyədə dollar şoku: Məzənnə 5,7 lirəni keçdi

Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə çatıb. Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, qonşu ölkədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterlinqin məzənnəsi isə 7,35 lirə olub. Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır.

Xanəndələrin işindəki “Spays” haqda bilmədiklərimiz…

“Spays” nədir və onun təsiri olmasaydı, bu cinayət törədilərdimi? Bərdədə xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun müəmmalı ölümündən 1 həftədən artıq vaxt ötür. Bu müddət ərzində üzə çıxan məlumatlar cinayətin törədilməsində narkotiklərin həlledici rol alması haqda ehtimalları gücləndirir. “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, iyulun 31-də M.Mirizadə xanəndə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib. […]

Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub

Bu gün rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub. Cumhuriyyet.net xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Atəşkəs 94 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, […]

Ramil Quliyev Avropa çempionu oldu – VİDEO

Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Berlində keçirilən Avropa çempionatının qalibi olub. Cumhuriyyet.net xəbər verir ki, bu gün 200 metr məsafəyə qaçışda o, finişə 19,76 saniyəyə çatıb və Böyük Britaniya, İspaniya, İsveçrə, İtaliya, İrlandiya və Hollandiya atletlərini qabaqlayaraq, 1-ci yeri tutub. Xatırladaq ki, ötən il Ramil dünya çempionu titulunu qazanıb.

Bu əşyalar daha çox elektrik enerjisi sərf edir – SİYAHI

Bu günlərdə hər kəs elektrik enerjisinə görə gələn hesablardan narazıdır. Böyük əksəriyyət ötən ay ərzində gələn fantastik qəbzlərin fotosunu sosial şəbəkə vasitəsilə paylaşır və durumun kritik olduğunu yazır. Cumhuriyyet.net musavat.com-a istinadən xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq, hansı ev əşyalarının daha çox enerji sərfiyyatına yol verməsi ilə bağlı arayış hazırlayıb. Kompüter Kompüter çalışanda gücü […]

Günün qoroskopu: müəyyən gərginlik hiss olunacaq

Qoç – ifrat dərəcədə əqli və emosional yük tələb etməyən işlərlə məşğul olun. Münasibətlərdə diqqətli davranın. Dəyər verdiyiniz insanın gözləntisini anlamağa çalışın. Təzyiq və ya izafi aşkarlıq bu insanla təmasların ssenarisini qəflətən poza bilər. Maliyyə məsələlərində astagəllik hadisələrin inkişafına mane ola bilər. Verilən vədin yerinə yetirilməsinə çalışın. Axşam saatlarında qayğıkeş olun. Buğa – işlərdə tam qarışıqlıq olsa […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031