Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

7 avqust 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Qızıldaş qəsəbə parkının yenidənqurulmasından sonra parkın açılışında olub. Hal-hazırda qəsəbə şəhidlər kompleksinin təmir işləri ilə maraqlanmış və Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.Keçirilmiş səyyar […]

Ərdoğan yenidən AKP-nin sədri seçildi

Türkiyənin hakim hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VI qurultayı keçirilib. Ankarada keçirilən qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən partiyanın sədr seçilib. Ərdoğan yeganə namizəd olub. Qurultayda qeydiyyatdan keçmiş 1457 iştirak edib və onlardan 1380 nəfəri səs verib. Ərdoğan bütün səsləri toplayıb.

Dünyada 2 milyard insan yoxsulluqdan əziyyət çəkir

“Qlobal Humanitar Yardım Hesabatı 2018” məlumatına görə, dünyada 2 milyard insan yoxsulluqdan əziyyət çəkir. Qaynarinfo xəbər verir ki, 753 milyon nəfər isə xüsusilə pis vəziyyətdə yaşayır. Quraqlıq, qarşıdurma, təbii fəlakətlər yardıma möhtac insanların sayını daha da artırıb. Suriya, Yəmən, Cənubi Sudandakı qarşıdurmalar, Afrikadakı quraqlıq və qida təhlükəsizliyi, Qəraib və Asiyada isə təbii fəlakətlər insanların vəziyyətini daha […]

Şəhid qızını “Jeep”lə vuraraq öldürən biznesmenin 17 yaşlı oğlu AZADLIQDA

Qarabağ müharibəsində şəhid olan Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi “Jeep” markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovla bağlı yeni qərar verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Rəhimov cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisində çəkəcək. Xatırladaq ki, məntəqə tipli cəzaçəkmə müəssiləri açıq rejimlidir, məhkum istənilən zaman müəssisədən çıxıb evinə, istənilən […]

BMT-nin sabiq baş katibi Kofi Annan vəfat edib

BMT-nin keçmiş baş katibi Kofi Annan vəfat edib. O, 80 yaşında dünyasını dəyişib. K.Annan 1997-2006-cı illərdə təşkilatın baş katibi olub. Daha sonra isə BMT-nin Suriyada xüsusi səfiri təyin edilib. 2001-ci ildə humanitar xidmətlərinə görə Nobel sülh mükafatı alan Annan Afrikanın qaradərili əhalisinin BMT-də ilk yüksək səviyyəli təmsilçisi idi.

Passsiv siqaret çəkməyin ölümcül riski üzə çıxdı: ALİMLƏRDƏN XƏBƏRDARLIQ…

Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, Amerika alimləri yeniyetmə yaşlarından passiv siqaret çəkməyin ciyərlərdə və ürəkdə ölümlə nəticələnən ağır xəstəliklərin yaranmasına səbəb olduğunu müəyyənləşdiriblər. Amerika onkoloji cəmiyyətindən olan bir qrup mütəxəssis heç vaxt siqaret çəkməyən, amma uşaqlıqda(16-18 yaş) siqaret çəkənlərin ətrafında olan 70 mindən çox ABŞ vətəndaşının səhhətinin vəziyyəti, dietası və həyat tərzi haqqında […]

Amerikanın desant gəmisi Qara dənizə daxil olub

Amerikanın sürətli desant gəmisi “Carson City” Qara dənizə daxil olub. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb. Gəmi Bosfor boğazını çərşənbə günü keçib və bölgədə hərbçi və texnika daşınması üzrə cari əməliyyatların həyata keçirilməsi üçün Qara dənizə doğru istiqamətlənib. “Carson City” itiyeriyən “Spearhead” […]

Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar

ABŞ-ın Miçiqan Universitetinin Sosiologiya Departamentinin nümayəndələri, kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu öyrənmək məqsədi ilə tədqiqat aparıblar. “Report” “NY Times” nəşrinə istinadən xəbər verir ki, tədqiqatda 200 min nəfər iştirak edib. Sosioloqlar, eksperiment iştirakçılarının sosial şəbəkələrdə tanımadıqları şəxslərdən aldıqları mesajların sayını araşdırıblar. Tədqiqatçıların sonda gəldiyi qənaətə görə, hər iki cinsin […]

Saakaşvilinin partiyası Ukraynada parlament seçkilərinə qatılacaq

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili rəhbəri olduğu “Yeni qüvvələr hərəkatı” partiyasının 2019-cu ildə Ukraynada keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bildirib. Oxu.Az xəbər verir ki, Saakaşvili hazırkı prezident Pyotr Poroşenkonun vəzifədən getməsindən sonra Ukraynaya qayıdacağını və məhkəmə vasitəsi ilə vətəndaşlığını bərpa edəcəyini deyib. O qeyd edib ki, ona qarşı edilən haqsızlıqlara görə bəziləri cavab verməli […]

Makqreqor-Nurməhəmmədov döyüşünün biletləri cəmi 3 dəqiqəyə satılıb

İrlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında “UFC229” turniri çərçivəsində baş tutacaq döyüşün biletləri cəmi 3 dəqiqə ərzində satılıb. TİA.AZ-ın məlumatına görə, biletlərin qiyməti 205-2505 dollar təşkil edib.  Döyüş oktyabrın 6-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək. Turnirin keçiriləcəyi arena 20 min nəfərlik yer tutumuna malikdir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2018
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031