Çoxlu səhvlər etmişəm – Səbuhi Məmmədli danışdı

Cumhuriyyet.net tanınmış jurnalist Səbuhi Məmmədlinin Teleqraf.com-a müsahibəsini təqdim edir: – Səbuhi, bildiyimə görə xaricə səfərə hazırlaşırsan… – Səfər deyəndə ki, Ukraynaya müalicəyə gedirəm. Mən hipertoniyadan və şəkərin ağır formasından əziyyət çəkirəm. Bu yaxınlarda baş vermiş hadisədən sonra Bakıda keçdiyim müalicə kursu müəyyən qədər effektlə nəticələnib, amma düşünürəm ki, müalicəni davam etdirməli və necə deyərlər, tam […]

Bu gün məşhur azərbaycanlı milyonçu,böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevun doğum günüdür

Azərbaycanın tanınmış milyonçusu, mеsenat, Rusiya İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anım günüdür. Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olarkən vəfat edib. 10 yaşında ikən atası onu bənnanın yanına usta köməkçisi düzəldir. Zeynalabdin 15 yaşında ikən bənnalıq […]

Kimlər şəxsiyyət vəsiqələrini dəyişməlidir? – Bu gündən yenisi verilir

“Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadəyə davam edə bilərlər. Onların vəsiqələrini dəyişdirməsi zəruri deyil”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “ASAN” Xidmətin şöbə müdiri Elnur Niftəliyev mətbuat konfransında deyib. O bildirib ki, bu gündən etibarən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN” xidmət mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb. Hazırda sənədlərin […]

XİN-dən “Mxitaryan” açıqlaması

Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər. Bunu  açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya – “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib. XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir […]

Con Kerri prezident olmaq istəyir

ABŞ-ın sabiq dövlət katibi Con Kerri 2020-ci il prezidentlik yarışında iştirakını istisna etməyib. Bununla bağlı o, CBC telekanalına müsahibəsinə danışıb. Kerri bildirib ki, Donald Tramp administrasiyasının dövründə siyasi cəhətdən fəal qalmaq niyyətindədir. “2020-ci illə bağlı indidən danışmaq vaxt itkisi və diqqətin yayındırılmasıdır”, – Kerri bildirib.

Marqvelaşvili növbəti prezident seçkilərinə qatılmayacaq

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. Bununla bağlı Gürcüstan prezidenti özü məlumat verib. “Prezident olduğum beş il müddətində olduğu kimi, gələcəkdə də ölkəmə xidmət edəcəyəm. Elə vaxt olmayıb ki, elit təbəqəyə və ya hansısa qrupa xidmət edim. Növbəti seçkilərdə iştirak etməyəcəyəm”, – Marqvelaşvili bildirib. Georgi Marqvelaşvili 2013-cü il oktyabrın 27-də Gürcüstan prezidenti seçilib. […]

Zaxarçenkonun qətlinin təfərrüatı məlum oldu – VİDEO

Tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin təfərrüatı məlum olub. Oxu.Az xəbər verir ki, qondarma respublikanın güc strukturlarındakı mənbə “İnterfaks”a bildirib ki, o, partlayış zamanı aldığı kəllə-beyin travması nəticəsində ölüb. Bildirilir ki, Zaxarçenko hadisə yerində ölüb. Müvəqqəti olaraq Zaxarçenkonun səlahiyyətlərini “Donetsk Xalq Respublikası” baş nazirinin müavini Dmitri Trapeznikov icra edəcək. “RİA Novosti” isə Zaxarçenkonun müşavirinə istinadən məlumat yayıb ki, qətldə […]

Putin Zaxarçenkonun qətlindən danışdı – “Cinayətkarlar layiqli cəzalarını alacaqlar”

Rusiya prezidenti Vladimir Putin qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun qətlə yetirilməsi ilə bağlı açıqlama verib. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, Zaxarçenkonun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, ən qısa zamanda cinayətkarların cəzalandırılacağına ümid etdiyini bildirib. Putin dialoq aparmaq əvəzinə terror yolunu seçənlərin sülh və sabitliyi pozmaq istədiklərini, lakin niyyətlərinə çatmayacaqlarını söyləyib. […]

Makron Danimarkada velosipedlə gəzintiyə çıxdı (VİDEO)

Fransa prezidenti Emanuel Makron Danimarkaya səfəri zamanı Kopenhagendə Danimarkalı həmkarı Lars Loke Ramussenlə birlikdə velosipedlə gəzintiyə çıxıb. Həmin görüntüləri təqdim edirik:

Soçidə təyyarə qəza enişi etdi: 18 yaralı var

Moskvadan Soçi şəhərinə yola düşən “UTair” şirkətinə aid “Boeing 737” sərnişin təyyarəsi qəza enişi edib. Küləkli və yağışlı hava şəraiti ilə əlaqədar 2 dəfə çətin eniş cəhdi edilib. Təyyarə çəpərlərə çırpılıb, qanadını itirib və motorunda yanğın baş verib. Hadisə zamanı təyyarədə olan 164 sərnişindən 18-i yaralanıb, onlardan 3-ü uşaqdır. Qəza ilə bağlı istintaq prosesinə başlanılıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930