Bakıda süpürgəçi qadınlara qum daşıtdılar – VİDEO

Bakının Nizami rayonu Qara Qarayev prospektində çəkildiyi iddia olunan görüntülər müzakirələrə səbəb olub. Azxəbər.com-a xəbər verir ki, videogörüntülərdə süpürgəçi bir qrup qadın tikinti üçün qum daşıyırlar. Qadınlar onları çəkən şəxsə etirazlarını bildirərək, bu görüntülərin onların işlərini itirmələrinə səbəb olacağını deyirlər. Görüntülərin konkret hansı tarixdə çəkildiyi məlum deyil. Həmin görüntüləri təqdim edirik:

Azərbaycanın 4 idmançısına sanksiya tətbiq edildi

Azərbaycanın daha 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Modern.az-a verilən məlumata görə, ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev 96 ay (8 il) müddətinə bütün yarışlardan kənarlaşdırılıb. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısından alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun […]

700 bal toplayan Bakıda qalmağa ev tapmır – Kirayə evlər bahadır…

Bu il tələbə adını qazananlar arasında Bakı, Sumqayıt sakinləri ilə yanaşı, regionlardan gələnlər çoxluq təşkil edir Tələblərin bəziləri yataqxanalarda, bəziləri isə kirayə mənzillərdə yerləşir. Yüksək balla ali məktəbə qəbul olan tələbələrin çoxu regionlardan gəldiyindən onlar ev problemi ilə üzləşirlər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini çətinləşdirir. Cumhuriyyet.net xəbər verir ki, azvision.az 700 bal toplayan rekordçularla […]

“Zaxarçenko görməmişliyinin qurbanı olub” – Rusiya mətbuatı

Xəbər verildiyi kimi, Ukrayna separatçılarının liderlərindən Aleksandr Zaxarçenko avqustun 31-də, Donetskin mərkəzində “Separ” kafesinin işıq lampasına əvvəlcədən yerləşdirilən bombanın partlaması nəticəsində ölüb. Həm Rusiya, həm də onun Ukraynanın şərqində qurduğu oyuncaq “DXR”-in nümayəndələri hadisəni Ukrayna xüsusi xidmət orqanlarının üstünə yıxıb. Dünən isə Vladimir Putinin mətbuat katibi Peksov bunun siyasi nəticələrinin olacağı ilə bağlı rəsmi Kiyevi […]

“Bank of Baku” ilin sonuna qədər bağlana bilər – Əlillərə kredit verilmir

Maliyyə problemlərindən əziyyət çəkdiyi üçün ilin sonunadək bağlanma riski böyük olan “Bank of Baku” 1-ci qrup əlillərə nağd pul krediti vermir. Cumhuriyyet.net kommersant.az-a istinadən xəbər verir ki, 195 manatdan az təqaüd alan təqaüdçülər adı çəkilən bankdan kredit almaq üçün ölkədə fəaliyyət göstərən heç bir bankda öhdəçiliyi (zaminlik və ya kredit) olmamalıdır. Xatırladaq ki, Mərkəzi Bankın […]

Tanınmış aparıcıda qan xərçəngi aşkarlandı – Vəziyyəti kritikdir

Ölkəmizin tanınmış jurnalistlərindən olan Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb. Bununla bağlı AZXEBER.COM-a danışan Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub: “Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. […]

Azərbaycanda əhalinin 33 faizi siqaret çəkir

Azərbaycanda 15 və yuxarı yaşda olan əhalinin 33,1 faizi siqaret çəkir. TİA.AZ-ın məlumatına görə, 2017-ci ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, bu statistik göstəricinin hamısı kişilərin payına düşüb (ölkədə siqaret çəkən qadınların sayı çox kiçik rəqəmlərlə ifadə olunduğundan statistikada əksini tapmayıb). Siqaret çəkən kişilərin 0,1 faizi 15-19 yaşlı, 26,4 faizi 20-44 yaşlı, 50 faizi 45-64 […]

Türkiyə sularından gəmilərin keçmə şərtləri dəyişdi

Türkiyə ərazi sularından gəmilərin keçmə şərtlərini dəyişib. Dəyişikliyə əsasən, hərbi yük daşıyan gəmilərin hamısına mütləq şəkildə hərbi status veriləcək. Bundan başqa, statusundan asılı olmayaraq bütün gəmilər körpülərə 100 metrdən artıq yaxınlaşa bilməyəcək. Başqa bir dəyişikliyə əsasən, hər hansı problem yaranacağı təqdirdə Türkiyə Sahil Mühafizəsi üzən gəmilərin kapitanının icazəsi olmadan birbaşa insidentə müdaxilə edə biləcək. Bundan […]

Azərbaycanda problemli kreditlər artmaqda davam edir

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 782,1 mln. manat təşkil edib. Cumhuriyyet.net report-a istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,1% çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb, ötən il avqustun 1-nə nisbətən isə 1,7% azalıb. İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu […]

Rusiya kanalı “Qarabağ”la bağlı səhvini düzəltdi – FOTO

Rusiyanın “Russia Today” telekanalı Azərbaycanla bağlı səhvini düzəldib. Milli.Az xəbər verir ki, telekanalın saytı Avropa Liqasının püşkatmasının nəticələri ilə bağlı xəbərdə “Qarabağ”ı Ermənistan klubu kimi təqdim etmişdi. Yanlışlıq artıq aradan qaldırılıb. Sözügedən kanala erməni əsilli Marqarita Simonyan rəhbərlik edir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930