BSU-nun Elmi Şurası ilk iclasını keçirib

14 sentyabr  2018-ci il tarixdə Bakı Slavyan Universitetinin Elmi Şurasının 2018-2019-cu tədris ili ərəfəsində ilk iclası keçirilib. İclasda BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək bir gün əvvəl Təhsil Nazirliyində keçirilmiş kollegiya iclası barədə məlumat verib. N.Əliyeva tədbirdə təhsl naziri Ceyhun Bayramovun çıxış etdiyini, təhsil sahəsindəki uğurlu islahatlardan və əldə edilmiş nailiyyətlərdən söz açıldığını deyib. […]

“Nar”dan Bilik günü münasibəti ilə müsabiqə

“Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. “Nar” abunəçiləri internet üzərindən keçirilən “Məktəb illərini yada sal” müsabiqəsində iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək internet bonusları və hədiyyələr qazana bilərlər.Müsabiqə sentyabrın 14-ü saat 18:00-da başlayacaq və 16 sentyabr saat 23:59-da yekunlaşacaq. “Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqəsində digər mobil […]

Energetik içkilərə vergi tətbiq edilməlidir? – “Red Bull”, “Hell”, “Jaquar”… TƏHLÜKƏ MƏNBƏYİDİR!

Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb. Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür. İnsan orqanizmi üçün zərərli olan bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib. Unikal.org xəbər verir ki, artıq bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər […]

Rejimi ictimai rəydə daha böyük hesabla məğlub etməliyik

Siyasi məhbuslara qarşı repressiyaların növbəti dalğası nə ilə bağlıdır? Bir tərəfdən həbs müddəti başa çatan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və hicab məhbusu Telman Şirəliyevi ikinci dəfə şərləyib, onlara qarşı əlavə cinayət işi açıblar, digər tərəfdən isə siyasi məhbus, gənc cəbhəçi Fuad Әhmədlini “kars”a salıblar. Əvvəlki günlərdə isə Əfqan Muxtarlını, AXCP funksionerləri Aqil Məhərrəmlini, […]

Atatürkü təhqir edən qız məhkəmədə də bu əməlini davam etdirib

Məhkəmədə Safiyə İnci yenidən təhqir xarakterli sözlər işlədib Anıtkabirdə Mustafa Kamal Atatürkü təhqir edərək video çəkib paylayan Safiyə İnci barədə məhkəmə davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə araşdırmanın davam etdirilməsinə qərar verib. Safiyə İnci isə elədiyi hərəkətə görə çox utandığını desə də, əslində Atatürkü növbəti dəfə təhqir etməkdən də çəkinməyib. […]

ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ bu ilin noyabr ayından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. “İnterfaks” xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasında dinləmələr zamanı dövlət katibinin köməkçisi Manişa Sinqh bildirib. Onun sözlərinə görə, buna səbəb Rusiyanın öz ərazisində kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə yol verməməsidir. M.Sinqh qeyd edib ki, daha əvvəl birinci mərhələ sanksiyalar nəticəsində Rusiya on milyardlarla […]

Supermarketlərin qurduğu “tələ” – peşəkar marketoloqların ağıllı hiylələri

Hər gün üz tutduğumuz supermarketlərdə çoxlarımız belə bir halla rastlaşırıq ki, alış-verişə gedəndə nəzərdə tutduqlarımızdan daha çox şey alırıq. Supermarketlərin qurduğu “tələ” iradəmizdən asılı olmayaraq bizi daha çox alış-verişə cəlb edir. Bəs bu möcüzəli “tələ”nin sirri nədədir? Təbii ki, bu, öncə marketoloqların peşəkarlığının və sözün yaxşı mənasında hiyləgərliklərinin nəticəsidir. İlk növbədə supermarketlərin yaraşıqlı və zövqlə […]

San-Fransiskoda hinduları alçaldan heykəl götürüləcək – FOTO

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində parlament binası önündəki heykəlin Amerikanın yerli xalqlarını alçaltdığı və buna görə də götürülməsinə qərar verilib. FaktXəbər-in məlumatına görə, söhbət bir hindunun kovboy ilə katolik missionerin ayaqları altına yıxıldığını göstərən “Early Days” (İlk Günlər) heykəlindən gedir. San-Fransisko Sənət Komissiyasının sözçüsü Keyt Patterson açıqlamasında, heykəlin ən qısa zamanda götürüləcəyini bildirib. Patterson təhlükəsizlik […]

Sumqayıtda sələmçi qadın öldürüldü

Sumqayıt şəhərində 67 yaşlı qadın qətlə yetirilib. Cumhuriyyet.net-in Report-a istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza […]

Rövnəq Abdullayev cüdo üzrə Azərbaycan millisinin üzvləri ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb. “Report” xəbər verir ki, tədbirdə əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Natiq Bağırov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.  Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis mundialda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930