“KaTV”dən narazılıq: internetdə problem yaranıb-FOTO

“KaTV”nin internet xidmətində problem yaranıb. Qaynarinfo xəbər verir ki, çox sayda internet istifadəçisi sosial şəbəkələrdə provayderin xidmətindən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, artıq uzun müddətdir “KaTV”nin interneti ilə yalnız sosial şəbəkələrə və “Google” axtarış sisteminə daxil olmaq mümkün olur. İstifadəçilər həmçinin “KaTV”nin onları aldatdığını və internetin sürətinin həddən artıq aşağı olduğunu bildirirlər. “Katv”dən Qaynarinfo-ya bildirilib ki, problemin nədən […]

İlham Rəhimov abxaz separatçılarını Bakıya çağırıb – Foto

                    Oktyabrın 7-dən 9-dək Bakıda Qara dəniz -Xəzər regionu ölkələri hüquqşünaslarının iclası keçiriləcək. İclasla yanaşı “Beynəlxalq terrorizm və müasir şəraitdə onunla mübarizə” mövzusunda konfrans da olacaq. Bu konfransın təşkilatçısı Kremlə yaxın məşhur Rusiya biznesmeni İlham Rəhimovdur. Konfransda həmçinin Azərbaycanın sabiq baş prokuroru və hazırda Serbiyada səfiri […]

Əhmədzadələrin İngiltərəyə uzanan “biznes imperiyası” – Siyahı

            Azərbaycanın istiqlalının əleyhinə səs vermiş Ali Sovetin sabiq deputatı, hazırda Melirasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin 25 ildən artıq bir müddətdə ölkənin su təsərrüfatına rəhbərliyi öz əlində saxlaması və ailə üzvülərindən bir neçəsinin yüksək vəzifələr tutması haqqında “Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-Araşdırma” başlıqlı yazımızda geniş bəhs […]

TİA.AZ 9 yaşında – mediada ilklərdən…

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 9 yaşı tamam olur. Xatırladaq ki, TİA.AZ 2009-cu il, oktyabırın 6-da fəaliyyətə başlayıb. Həmin dövrdə xəbər portallarının sayı olduqca az idi. Bu, həm də həmin dövrdə Azərbaycanda sosial şəbəkələrdən və internetdən istifadə edənlərin sayının az olması ilə bağlı idi. Lakin TİA.AZ xəbər portal olaraq, qısa zamanda oxucu diqqətini və rəğbətini qazana bildi. Bu illər ərzində TİA.AZ ölkəmizdə […]

İki günün körpəsi xəstəxanda öldü – İmişli

İmişli rayonunda yeni doğulan körpə ölüb. Cumhuriyyet.net-in Trend-ə istinadən məlumatına görə, İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Şahbazlı Nəzrin Saleh qızı oktyabrın 3-də gecə saatlarında doğuş sancıları ilə İmişli rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Uşaq oktyabrın 6-da gecə saat 1 radələrində xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

“SNTV”də problem: Sumqayıtda 2 gündür internet yoxdur

“SNTV”nin internet xidməti 2 gündən artıqdır ki, işləmir. EkoNews xəbər verir ki, Sumqayıtda əksər insanlar məhz “SNTV”nin internet xidmətindən istifadə edirlər. Yaşanan problemə görə də çoxsaylı insan internetsiz qalıb. “SNTV”dən EkoNews-a problemin hələ dəqiq nədən qaynağlanmasının məlum olmadığını bildiriblər: “Bəli, 2 gündür problem var. Hələ dəqiq deyil internetdə olan problem nədən qaynaqlanır. Çox güman ki, […]

“Rəqibə göstərdik ki, biz “Neftçi”yik” – Braliç

  “Çox sevinirəm ki, gözəl qələbə qazandıq. Öz gücümüzü göstərməyi bacardıq. Rəqibə göstərdik ki, biz “Neftçi”yik və layiq olduğumuz 3 xalı qazandıq”. Qol.az-ın məlumatına görə, bu sözləri  “Neftçi”nin futbolçusu Slavko Braliç Topaz Premyer Liqasının 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, çempionluq mübarizəsində təkcə “Qarabağ”ı yox, bütün […]

Baş liftçinin qovulmasına Zakir Qaralov təqdimat veribmiş – Təfsilat

            Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə […]

Göygəldə “JEK” maşını aşdı: 2 ölü

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Report-un məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb. İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Meyidlərin yük maşının altından çıxıarılması üçün hadisə yerinə […]

Hesablama Palatası Bakı Metropolitenini “vurdu” – Yeyinti

Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə “Bakı Metropoliteni” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib. “Report”un Palataya istinadən verdiyi xəbərə görə, audit QSC-nin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 561 153,7 min manat məbləğində vəsaiti əhatə edib. Cəmiyyət tərəfindən 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031