Avropa ölkələrində nazirlər, məmurlar marketə velosipedlə gedirlər. Bu faktları mediadan görmüşük. Onlar sadə vətəndaş kimi bazarlıq edərək evlərinə qayıdırlar. Bu günlərdə Ağstafanın icra başçısı Məhərrəm Quliyev də rayonun mərkəzi bazarına təşrif buyurub. Amma onun məqsədi evinə bazarlıq etmək yox, nəzarət olub. Cahan.info xəbər verir ki, “Xalq” qəzetində bəh-bəhlə təqdim edilən və təriflənən bu ziyarətin kosmetik […]
Yenidən məhkəmə qarşısına çıxarılacaq Cahangir Hacıyevin arvadı Londonda itlə gəzir; bir vaxtlar “Putinin bankiri” kimi tanınan Sergey Puqaçovun əmlakı da… Britaniyanın “Daily Mail” tabloidi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntülərini yayıb. Xatırladaq ki, 2014-cü ildən Bakıdan çıxmış xanım Hacıyeva Britaniyada dəyəri 25 […]
Dünyanın gecə əyləncəsinin ən məşhur ünvanlarından biri də Dubay barlarıdır. Dubayda açıq hava və çimərlik klubları olduqca məşhurdur. Müştərilərin çoxluğu ilə seçilən bu məkanlarda qiymət heç də hamının cibinə görə deyil. Bununla belə əylənmək və gəzmək üçün Dubaya gedən bir çoxları heç olmasa bir dəfə Dubayın həmin dünyaca məşhur gecə klublarında bir neçə saatını keçirməyə […]
Okt 30 2018 | Posted in
Son Xəbər |
Read More »
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. *** İlham Əliyev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin […]
Bu gün, demək olar ki, bütün marketlər, satış mərkəzləri alınan malları sellofan paketlərdə qablaşdırır. Elə insanlar da daşıma vasitəsi kimi daha çox sellofan torbalara üstünlük verirlər. Kağız torbalardan tək-tük satış yerlərində istifadə olunur. Əvvəllər isə vəziyyət belə deyildi. Bazarlarda əsasən kağız paketlərdən, həsir zənbillərdən istifadə edilirdi. Hazırda bir sıra xarici ölkələrdə plastik qabların, sellofan torbaların […]
Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun dəfn olunmasından 40 gün keçir. Bu ilin 19 sentyabrında Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən Etimad İsmayılov sentyabrın 21-də Nardaran qəbiristanlığında dəfn edilib. Mərhumun atası İlyas İsmayılov Modern.az-a açıqlamasında deyib ki, cinayəti törədənin işini Türkiyənin hüquq-mühafizə orqanları araşdırır: “Tam olaraq işin içində deyiləm. Amma bilirəm ki, […]
“Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib və bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətdə Konstitusiya […]
“Ümumiyyətlə, bu problemi kökündən həll etmək üçün kompleks tədbirlər həyata keçirmək lazımdır”. Bunu Reportyor.info-ya Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Azər Həsrət “realliq.info” saytının rəhbəri İkram Rəhimovun “reket”çilik ittihamı ilə saxlanmasına münasibət bildirərkən deyib. A.Həsrətin sözlərinə görə, Mətbuat Şurası səlahiyyətləri çərçivəsində gücü çatdığı qədər addımlar atır: “Jurnalistikadan sui-istifadə edənlərlə bağlı tədbirlər görürük. İlk növbədə el qınağının […]
Sağlam olmaq üçün verilən klassik tövsiyə ilə bağlı yeni detallar, araşdırma nəticələri Bir çoxumuz gün ərzində nə qədər idman etməli olduğumuzu bilmirik. Amma hamımız gündə 10 min addım atmaq fikrini çox sevirik. Bir çoxumuz ağıllı telefonlar, saatlar vasitəsilə gündəlik addım saylarımızı təqib edirik. Hətta bəzən evin içində bir otaqdan digərinə keçməklə addımlarımızın sayını artırır, o […]
Okt 30 2018 | Posted in
Müxtəlif |
Read More »
“Reket jurnalistika təkcə Mətbuat Şurasının deyil, həm də cəmiyyətin məsələsidir”. Bunu AzNews.az-a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli dedi. O, “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun reket fəaliyyətinə görə həbs edilməsini şərh edərək bildirdi ki, mediada reketlik yeni bir şey deyil, bu, neçə illərdir ki, Azərbaycan mətbuatını sarıyan bir xəstəlikdir: “Bu xəstəlik cəmiyyəti təhdid […]