İlham Əliyev həmsədrləri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyadan olan həmsədr İqor Popovu, Fransadan olan həmsədr Stefan Viskontini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.  

Mədət Quliyev: “Əsas narazılığım odur ki…”

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevkomissiya üzvlərinə tapşırıqlar verib. Virtualaz.org-un əməkdaşının bildirdiyinə görə, M.Quliyev deyib ki, komissiya üzvləri daha ciddi şəkildə işləməlidirlər: “Dövlət Komissiyasının fəaliyyəti qənaətbəxş hesab edilsə də, Komissiyanın sədri kimi tələblərim var. […]

“Həbsxanalarda şərait biabırçı vəziyyətdədir”

“Bizim penitensiar müəssisələrmizdə şərait biabırçı vəziyyətdədir”. Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan hökumətin noyabrın 1-də keçirilən iclasında bildirib. “Penitensiar müəssisələrdə kameralarda şərait, binanın vəziyyəti, məişət durumu çox pis haldadır”, – o vurğulayıb. İclasda məhbusların köçürülməsi zamanı qohumları ilə ünsiyyətin nəzərə alınması barədə qərar da qəbul edilib.

Abutalıbov əsəbiləşdi, 200 protokolu ləğv etdirdi

Şəxsi maşınlarıyla yük daşıyan sürücülərin cərimələnməsi ilə bağlı narazılıqları Baş nazirin müavini Hacıbala Abutalıbov şəxsən nəzarətə götürüb. Axar.az xəbər verir ki, H.Abutalıbov sürücülərlə görüşərək, problemin həll edilməsi istiqamətində addımlar atıb. O, sürücülərlə görüşdə aidiyyəti qurum rəhbəri ilə telefon əlaqəsi yaradaraq, cərimələrin dərhal dayandırılmasını tələb edib. “Mən sizə deyirəm, dayandırın yığılan pulları! Dayandırın! Ümumi qərar qəbul edək, […]

Bakı səkiləri avtomobillərin cəngində – Video

Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həllini tapmayıb. “Report”un əməkdaşları bununla bağlı mütəmadi olaraq paytaxtın müxtəlif yerlərində müşahidələr aparıb və bu ilin may ayında hazırladığı materialda problemin ciddiliyini qeyd etmişdi. Həmin vaxt qeyri-qanuni parklanma məsələlərinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzarət edirdi. Bir müddət sonra isə bu istiqamətdə tədbirlərin görülməsi Bakı […]

Azərbaycan Dövlət Musiqili Teatrının 109-cu teatr mövsümü

Azərbaycan Dövlət Musiqili Teatrının noyabr ayına olan repertuarı açıqlanıb. Cumhuriyyet.net repertuarı təqdim edir: 2 noyabr, saat 19:00 – E.Sabitoğlu, V.Kolmanovski – “Bir dəfə Bağdadda”(rus dilində) 2-ci premyera 3 noyabr, saat 14:00 – Rus xalq nağılı “Qoğalın macərası”(rus dilində) 3 noyabr, saat 19:00 – R.Hacıyev, E.Ocaqov, F.Zöhrabov “Talelər qovuşanda” 11 noyabr, saat 12:00 – Ə.Səmədli “Meşə çaqqalsız olmaz” 11 […]

BSU-da leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək aksiyası keçirilib

Oktyabrın 31-də Bakı Slavyan Universitetində “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Leykemiya – hökm deyil” adlı xeyriyyəsərgisikeçirilib.Layihənin məqsədi leykemiya xəstəliyi (qan xərçəngi) haqqında tələbələri maarifləndirmək və bu xəstəliklə mübarizə aparan uşaqlara dəstək proqramları üçün vəsait toplamaqdır. “Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllüsü Fətulla Fətullayev qeyd edib ki, xeyriyyə sərgisinin təşkilatçıları həm də bədii ədəbiyyatla […]

Abşeronda inqilabi inkişaf: rayon necə dəyişir? – Fotolar

Son illərdə Abşeron rayonunda abadlıq-quruculuq işləri sürətlənib. Reportyor.info-nun əməkdaşı hazırladığı reportaj zamanı öyrənib ki, yolların asfaltlanması, yaşıllıqların salınması, qəsəbələrin infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Xüsusən də Qobu qəsəbəsində yeni yolun bərpası işləri gedir. Abşeronun icra başçısı İradə Gülmməmədovanın rəhbərliyi altında rayon görkəmini tamamilə dəyişib. İ.Gülməmmədova Abşeron sakinlərinin problemlərini diqqətdən kənarda saxlamır, hər zaman […]

Beyləqanda daha bir məmur təşvişdə: başçı müavini “dar ağacında” – İddia

Beyləqanda yeyintilərə görə daha bir məmur təşvişdədir Cahan.info-nun mozalan.az-aistinadla verdiyi xəbərə görə, İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov əl-ayağa düşüb. Beyləqanda indiyə qədər həyata keçirilmiş tenderlərin böyük əksəriyyəti məhz Məhəmməd Qələndərovun rəhbəri olduğu şöbənin səlahiyyətində olub. Elə bu səbəbdəndir ki, rayondakı tenderlərlə bağlı yeyintilərdə əsasən onun adı hallanır. Rayonun sosial-iqtisadi inkişafına hesablanan dövlət vəsaitlərini də M.Qələndərov […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930