Maliyyə naziri Samir Şərifov 2019-cu ilin büdcə müzakirələri zamanı tələbə kreditlərin verilməsinə qarşı çıxıb. Nazir bildirib ki, tələbə krediti alanların gələcəkdə həmin vəsaiti geri qaytarması sual doğurur. Ölkənin maliyyə qurumuna rəhbərlik edən rəsmi şəxsin bu cür çıxış etməsi cəmiyyətdə, xüsusəndə tələbə zümrəsində birmənalı qarşılanmayıb. Təhsil eksperti Etibar Əliyev Modern.az-ın əməkdaşı ilə söhbətdə bu məsələdən danışıb. […]
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın İngiltərənin paytaxtı Londonda yaşadığı lüks evin görüntüləri yayılıb. Publika.az xəbər verir ki, cütlük Londonun qərbində “Harrods” alış-veriş mərkəzinin yaxınlığında yerləşən bu evi 7 il öncə alıb. Lüks ev üçün 11.5 milyon funt sterlinq (təxminən 27 milyon manat) məbləğində ödəniş edildiyi […]
7 noyabr tarixi Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyevanın doğum günüdür, onun 67 yaşı tamam olur. Maraqlıdır ki, Lalə Şövkət heç vaxt doğum gününü qeyd etmit. Lideri olduğu partiya üzvləri belə, Lalə Şövkəti doğum günü ilə bağlı təbrik etmirlər. Modern.az saytı növbəti doğum günündə Lalə xanımla əlaqə saxlamağa cəhd edib. O ümidlə ki, bəlkə Lalə […]
Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin Muxtar Respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən (DGK) Qaynarinfo-ya verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Culfa gömrük-sərhəd buraxılış məntəqəsində qeydə alınıb. Belə ki, Naxçıvana gələn 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı “Renault” markalı yük […]
“İdman federasiyalarına dövlət büdcəsindən daha çox vəsait ayrılmalıdır”. Unikal.org xəbər verir ki, bunu parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib. Komitə sədri bildirib ki, bu gün Azərbaycanda, 81 idman federasiyası fəaliyyət göstərir: “Bizə Azərbaycanda fəaliyyət göstərən federasiyalardan çoxlu müraciətlər daxil olur. Həmin federasiyalar dövlət tərəfindən maliyyələşdirilməsini, həmçinin, ayrılan vəsaitlərin artırılması xahiş edirlər. Azərbaycanda 81 idman […]
“Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar”. Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. […]
“Milli Məclisin deputatlarının maaşı artılsın”. Modern.az-ın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib. Deputat qeyd edib ki, cənab Prezident 1 may 2017-ci il tarixdэ fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq […]
Noy 7 2018 | Posted in
Cəmiyyət,
ÖLKƏ |
Read More »
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib. “Report” xəbər verir ki, o, bu təklifi Milli Məclisdə büdcə müzakirələrində çıxışı zamanı irəli sürüb. E.Süleymanova qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır: “Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail […]
Ötən gün Bakıda “ABC Telecom” şirkətinin onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa etməsi barədə məlumat vermişdik. Belə ki, şirkət Bakı şəhər sakini olan qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib. Onlar da qadının 1583 manat borcunun olduğunu iddia edərək, qadının şəklini, adını və soyadını yazaraq divarlara yapışdırıblar. Dia.az xəbər verir ki, […]
Noy 7 2018 | Posted in
Cəmiyyət,
Olay,
ÖLKƏ |
Read More »
Daha çox qızına 400 minlik toy etməsi ilə məşhur olan “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov əmlaklarını satışa çıxarıb. Axar.az xəbər verir ki, bu məlumatı “Yeni Müsavat” yayıb. İddiaya görə, Şükürovun satışa çıxardığı əmlaklar sırasında Ali Məhkəmənin binasının yaxınlığında yerləşən Bakının məşhur “Womans Secrets” qadın hamam kompleksi də var. Bu hamam […]