Verilişə elə paltarda gəldi ki… – FOTO

“Dəb mənəm” verilişinin iştirakçısı geyimi ilə gündəm yaradıb. Publika.az xəbər verir ki, uzun müddətdir səbirsizliklə gözlənilən “Dəb mənəm” verilişi artıq yayıma başlayıb. Proqramın ilk buraxılışı şənbə günü efirə gedib. Aysu Bədəlova adlı iştirakçı dekolteli geyimi ilə verilişə damğa vurub.

“Nə etməliydim, gəlin məni də öldürün?!” – Müsahibə

Modern.az saytının “Qarabağ söhbəti” layihəsində budəfəki müsahibi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdur. Bayram Səfərov söhbətə Şuşanı xatırlamaqla başladı. – Şuşada anadan olmuşam, düz 41 il orada yaşamışam. 1992-ci il Şuşa işğal olunana qədər orada olmuşam. Bu gün də Şuşa qeydiyyatındayam. Şuşa dünyanın möcüzəli yerlərindən biridir.   Mən orada təhsil almışam. Şuşada […]

“Soliton”un kredit şöbəsinin əməkdaşını döyüb, xəstəxanalıq etdilər

“Soliton” Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin hansı səbəbdən baş verməsi […]

Ərəbləri Bakıya cəlb edən 2 səbəb – Səfir açıqladı

Cumhuriyyet.net Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun Report-a müsahibəsini təqdim edir: – Azərbaycanla BƏƏ arasındakı hazırkı münasibətləri necə qiymətləndirirsiniz? – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı anlaşma və etimada əsaslanan, həyatın bütün sahələrini əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur. […]

Gürcüstan hökumətindən JEST – 600 min vətəndaşın bank borcunu sildi

Gürcüstan hökuməti prezident seçkiləri öncəsi 600 mindən artıq vətəndaşının bank və mikromaliyyə təşkilatları qarşısında borcunu silib.   Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ümumilikdə 1,5 milyard lari (600 milyon dollardan çox vəsait) silinib. Baş nazir Mamuka Baxtadze hökumətin bu qərarı verdiyini və 2 min lariyə qədər borcu olan vətəndaşların 95%-nin borcunun sıfırlandığını elan edib.   […]

Əli Kərimli 2500 manat cərimələndi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli 2500 manat məbləğində cərimə edilib. Unikal.org-un məlumatına görə, bu barədə Səbail rayon Məhkəməsi qərar qəbul edilib. Cərimələnən Ə.Kərimli sərbəst buraxılıb. Həmçinin, məhkəmə tərəfindən Əli Kərimlidən başqa AXCP-in 10 üzvü barəsində cərimə cəzası tədbiq edilib. Qeyd edək ki, Baş şəhər Baş Polis İdarəsinin yaydığı məlumata əsasən, noyabrın 17-si […]

Uşaqların sevimli keksində kif aşkarlandı – Foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bir müddət öncə yoxlama apararaq satışına qadağa qoyduğu məşhur şirniyyat şirkəti “Ozmo”nun “Oqopoqo” keksində kif müəyyən edilib. Axar.az xəbər verir ki, kiflənmiş şirniyyat Sabunçu rayonu Hövsan qəsəbəsində yerləşən böyük super marketlərin biridən alınıb. Alıcı şirniyyatın üzərindəki istehsal tarixinə baxaraq alıb. Qablaşdırmanın üzərində 02.07.2018-ci il tarixdə istehsal olunduğu və 02.04.2019-cu ilə qədər vaxtının […]

Yeni ildə 5 gün iş olmayacaq – Rəsmi

Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq. Cumhuriyyet.net  “Report”a istinadən xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – […]

Amaliya Pənahovanın qızı direktor təyin edildi

Bakı Bələdiyyə Teatrının direktoru vəzifəsinə mərhum xalq artisti Amaliya Pənahovanın qızı gətirilib. Cumhuriyyet.net unikal.org-a istinadən xəbər verir ki, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru onun qızı Aynur Muxtarova təyin edilib. Aynur Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə tearının direktor müavini olub. Xəbəri  təsdiqləyən Bakı Bələdiyyə Teatrının Trubba müdiri […]

Əli Həsənov: “SSRİ vaxtında Azərbaycan sərhədləri…”

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın İranla dövlət sərhəddinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib və həmin ərazidən Avropaya narkotik vasitələr daşınır”. Strateq.az “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930