Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu müxtəlif tamaşalar nümayiş etdiriləcək. Qurumun mətbuat xidmətindən Cumhuriyyet.net-ə bildirilib ki, 23, 24 noyabrda saat 14:00-da “Hacı Qara” (M.F.Axundzadə), noyabrın 23-də “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski) musiqili komediyası (rus dilində), noyabrın 24-də “Mənim günahım” (İ.Əfəndiyev) və noyabrın 25-də “Baladadaşın toy hamamı” (Elçin) tamaşaları saat 19:00-da nümayiş olunacaq. Balaca teatrsevərlər noyabrın 24-də “Bremen musiqiçiləri […]

Ombudsmanın da maaşı qaldırılır

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılır. Modern.az saytının məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir. Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. Hazırki qanunvericilikdə isə belədir: “Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır”. Qanununun 1-ci maddəsində […]

“Ermənistana göndərilən malların sənədləri tapılıb…” – MTN işi

Həbsdə olan MTN generallarının işi üzrə zərərçəkənlər arasında «Maqnit» mağazalar şəbəkəsinin sahibi də var. İttihamda yazılıb ki, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini polkovnik Füzuli Əliyev və işçisi Natiq Alıyev Seymur Abdullayevi hədələyib, 500 min manat tələb edib, son nəticədə 250 min alıb əl çəkiblər. S.Abdullayev 1992-1994-cü illərdə DİN-in Narkomaniya və […]

“Pensiya almaq istəyənlərə 25 illik staj hədiyyə olunacaq” – Hadi Rəcəbli

“Həmişə hər bir vətəndaş yaşa görə əmək pensiyasına çıxan zaman ondan 25 il staj tələb olunurdu. Bu staj olmayan zaman isə müraciət edən vətəndaş pensiyaya çıxa bilmirdi və müəyyən problemlər yaranırdı”. Bu sözləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edərkən deyib. Komitə […]

Abel Məhərrəmovun oğlu atası haqqında yazılanlardan danışdı

Son günlər Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi haqqında bəzi mətbu orqanlarında dərc olunmuş yazılara Azərbaycanın İspaniyadakı səfirliyi rəsmi münasibət bildirib. Səfirliyin Modern.az saytının sorğusuna cavab olaraq göndərdiyi açıqlamasını olduğu kimi təqdim edirik:   “Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi ölkəmizin digər diplomatik nümayəndəlikləri kimi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam, fərman və tapşırıqlarını rəhbər […]

Enerji içkiləri cibə də ziyan olacaq

Azərbaycanda enerji içkilərinin satışı və istifadəsi sürətlə artır. Bu artımın ölkə əhalisinin sağlamlığına mənfi təsiri ilə bağlı Milli Məclisdə səslənən bəyanatlardan sonra onun bahalaşacağı barədə məlumatlar yayıldı. Çünki 2019-cu ildən yeni Vergi Məcəlləsi əsasında enerji içkilərinə aksiz vergisi tətbiq ediləcək, bu isə onun satış qiymətini artıracaq. Millət vəkili qadağalar təklif edir Oxu.Az xəbər verir ki, hazırda Azərbaycan […]

“Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək göstəriciyə nail olub. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə“Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı 500 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına baza stansiyalarının sürətlə artımı, 4G SIM və 4G smartfon penertasiyası […]

Nazir müavini: “Qovulanlardan deyiləm”

Prezidentin səəncamı ilə energetika nazirinin müavini Natiq Abbasov vəzifəsindən azad edilib. Report xəbər verir ki, sabiq nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib: “Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə, prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, […]

Müğənnilərimizin şokedici toy qiymətləri – Siyahı

Məhərrəm ayı başa çatıb və Azərbaycanda toyların keçirilməsində (Məhərrəm ayı ərzində ölkənin əksər bölgələrində toy mərasimləri olmur) yaranan fasilə də bitib. Cumhuriyyet.net Report-a istinadla tanınmış müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini təqdim edir: Nuri Sərinləndirici – 13 min dollar (ödəniş yalnız dollar ilə qəbul olunur) Əməkdar artis Abbas Bağırov – ansambl ilə 16 min manat […]

“Feys”in qara olsun, buynuzun qırılsın, İlqar!”

“İlqar Məmmədov məni Feysbuk-da dostluğundan çıxardı. İlqar Məmmədovun türmədən çıxandan bəri ən böyük ictimai-siyasi addımı budur”. Bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Real Partiyasının sədri İlqar Məmmədov haqda deyib. Baş redaktor qeyd edib: “Zati-möhtərəm haqqımda bu cümlələri ifadə edib: “İlham Əliyevdən orden-medal almış bütün siyasi şəxsləri sosial şəbəkədə friend siyahımdan çıxarıram. Rauf Arifoğludan başladım, “Yeni Müsavat” qəzetinin redaktorundan. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930