İsgəndər Həmidov xəstəxanaya yerləşdirildi

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problem yaranıb. Modern.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkədə məlumat verib.   İ. Həmidov Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdirilib. Sabiq daxili işlər nazirinin ürəyində problemlər var. Məlumata görə, İ.Həmidov “anju” olunacaq və həkimlər müalicənin istiqaməti haqda qərarı bundan sonra verəcəklər.

Təhsil Şöbəsinin sabiq rəhbəri barəsində cinayət işi başlandı

Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində cinayət işi başlanıb. Sabiq şöbə müdiri barəsində toplanan materiallar baxılması üçün Baləkən rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib. Cinayət işi məhkəmə baxışındadır. İş üzrə zərərçəkən iqsmində Balakən rayon Təhsil Şöbəsi tanınıb. Qeyd edək ki, Mahir Dibirova qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci […]

APU-da bıçaqlanma

Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib. Publika.az xəbər verir ki, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb. Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş […]

Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb. Report-un məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb. İçərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn VAZ-21099 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı […]

Saakaşvili Fazil Məmmədova zəng etdi – Video

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili azərbaycanlı bəy və gəlini təbrik edib. Unikal.org xəbər verir ki, dünən azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Bolnisi rayonu, Faxralı kəndində keçirilən Fazil Məmmədovun (Qurvanallar) toyuna canlı bağlanaraq bəy və gəlini təbrik edib, onlara xoş arzularını bildirib.

“İron İnşaat” camaatı evindən zorla çıxarır

“İron İnşaat” MMC razılaşma əldə etmədiyi mülk sahibini məhkəyə verərək pul kompensasiyası qarşılığında mənzilindən çıxarmaq istəyir. Bu barədə Yenicag.az-a mənzil sahibləri Qurban Məmmədov, Rövşən Məmmədov, Kamran Məmmədov, Səadət Vəliyeva məlumat veriblər. Rövşən Məmmədov bildirib ki, 4 ildir “İron İnşaat” MMC onları mənzillərindən çıxarmaq istəyir: “İron İnşaat” MMC Bakı şəhər, Nərimanov rayon N.Yusifbəyli küçəsindəki həyət evlərini […]

Hərbi vəziyyətdə telefonlar bloklana bilər – baş nazirdən qərar

Nazirlər Kabineti “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edib. Unikal.org xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sənəddə bildirilir ki, qaydalar “Hərbi vəziyyət haqqında” və “Telekommunikasiya haqqında” qanunlarına əsasən hazırlanıb. Bu Qaydalar hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin, poçt, televiziya və radio yayımı obyektlərinin mühafizəsinin gücləndirilməsini, eləcə də […]

Laçın icra başçısı fermerlərin payına da göz dikir – Video

Ağcabədi rayonun Taxta Körpü deyilən ərazisi sovetlər vaxtından Laçın rayonu kolxoz və sovxozlarının qışlaq yerləri olub. Laçın rayonu işğal olduqdan sonra da laçınlıların əksər hissəsi Taxta körpü qəsəbəsində məşkunlaşıb. Rayonun Minkənd kənd sakini Vəliyyəddin Məmmədov da doğma torpaqlarının işğalından sonra Taxta Körpüdə təsərrüfatını davam etdirib. 2008-ci ildən “Orxan-2008” fermer təsərrüfatı yaradan Vəliyyəddin Məmmədov heyvandarlıqla yanaşı […]

Xocavənd təhsilinin ümidini dəfn edən Ümidvar Məmmədov kimdir?

  Ümid varıydı ki, düşməni tapdağında olan Xocavəndin gələcək nəsilləri bilikli yetişdiriləcək, onların təhsilinə xüsusi əhəmiyyət veriləcək. Amma Xocavənd təhsil şöbəsi müdiri Ümidvar Məmmədovun fikri-xəyalından bu arzular keçmir. Cahan.info xəbər verir ki, Xocavənd təhsili respublikada ən geridə qalan bölgələr sırasında yer alıb. İşğal edilmiş rayonların siyahısında da Xocavənd sonunculardandır. Dəfələrlə Təhsil Nazirliyi tərəfindən gələn yoxlamalarda siniflərin […]

Laçının icra başçısı fermerlərə şərik olur VİDEO

Subsidiyanın yarısını icra başçısına vermədiyinə görə fermerə problem yaradılıb Ağcabədi rayonun Taxta Körpü deyilən ərazisi sovetlər vaxtından Laçın rayonu kolxoz və sovxozlarının qışlaq yerləri olub. Laçın rayonu işğal olduqdan sonra da laçınlıların əksər hissəsi Taxta körpü qəsəbəsində məşkunlaşıb. Rayonun Minkənd kənd sakini Vəliyyəddin Məmmədov da doğma torpaqlarının işğalından sonra Taxta Körpüdə təsərrüfatını davam etdirib. 2008-ci […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31